Gürcüstan Konstitusiya Məhkəməsinin birinci kollegiyası Malxaz Maçalikaşvili, Samson Tamariani və Merab Mikeladzenin Gürcüstan parlamentinə qarşı konstitusiya iddialarını təmin edib. İddiaçılar bütün insanların ədalət mühakiməsinə çıxış və qanun qarşısında bərabərlik hüquqlarına zidd olaraq prokuror özbaşınalığı və vəzifə səlahiyyətlərindən sui-istifadə riskləri ilə bağlı prokurorun cinayət təqibinə başlamaq, dayandırmaq və ya ondan imtina etmək qərarını məhkəməyə şikayət edə bilmədiklərini iddia ediblər.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
Malxaz Maçalikaşvili 2017-ci il dekabrın 26-da Pankisi vadisində keçirilən xüsusi əməliyyat zamanı Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən öldürülən 19 yaşlı Temirlan Maçalikaşvilinin atasıdır. Xüsusi təyinatlılar onun oğlunu evinin yataq otağında başından ölümcül çəkildə yaralayıblar. Dövlət Təhlükəsizliyi Xidməti Temirlan Maçalikaşvili və Pankisi vadisində yaşayan bir neçə başqa şəxsi beynəlxalq terrorçu kimi tanınan Əhməd Çatayevə və onun dəstəsinə kömək etməkdə ittiham etsə də, yaralı Maçalikaşvili 2018-ci il yanvarın 10-da heç bir ittiham irəli sürülmədən dünyasını dəyişib. Digər şəxslər həbs edilib. Məhkəmə onları təqsirli bilib və həbs cəzasına məhkum edib.
Prokurorluq Temirlan Maçalikaşvilinin ölümcül yaralanması ilə bağlı Cinayət Məcəlləsinin zorakılıqla vəzifə səlahiyyətlərindən sui-istifadəni nəzərdə tutan 333-cü maddəsinin 3-cü hissəsi ilə araşdırma aparırdı. 25 yanvar 2020-ci il tarixdə prokurorluq cinayət əməlinin olmadığını əsas gətirərək istintaqa xitam verib.
Maçalikaşvili ona zərərçəkmiş şəxs statusu verilmədiyi üçün istintaqa xitam verilməmişdən əvvəl Konstitusiya Məhkəməsinə müraciət edib, lakin prokurorun bu qərarı məhkəməyə şikayət edilə bilinmirdi.
Qeyd edək ki, 2023-cü ilin yanvarında Avropa İnsan Haqları Məhkəməsi Malxaz Maçalikaşvilinin iddiasını qismən təmin edib. Məhkəmə müəyyən edib ki, hakimiyyət orqanları Konvensiyanın 2-ci maddəsinə əsasən səmərəli və hərtərəfli istintaq tələblərini yerinə yetirməyib. Bununla belə, məhkəmə hesab edib ki, Temirlan Maçalikaşvilinin dövlətin məsuliyyəti olan şərtlər altında öldüyünə dair əsaslı şübhə doğurmayan nəticəyə gəlmək üçün kifayət qədər sübut yoxdur.
Konstitusiya Məhkəməsi Gürcüstanın Cinayət-Prosessual Məcəlləsinin sözlərini konstitusiyaya zidd hesab edib - ali prokurorun qərarı qətidir və ondan şikayət verilə bilməz.
Konstitusiya iddialarına baxılarkən cavabdeh tərəfin parlament nümayəndəsi müraciət edib ki, prokurorun qərarlarından apellyasiya şikayəti məhkəməni daha da yükləyir.
Konstitusiya Məhkəməsinin izahatına görə, cəza tələb edən əməlin vəzifəli şəxs və ya ona bərabər tutulan şəxs tərəfindən törədildiyi hallarda, qorunmama hissi, zərəçkmişin nihilizmi, istintaq-əməliyyat fəaliyyətini həyata keçirən dövlət orqanlarına qarşı yadlaşma daha çox olur. Müvafiq olaraq nəzarətin vacibliyi, məlumata ehtiyac və təyinat obyektiv olaraq artır.
Konstitusiya Məhkəməsi qeyd edib ki, zərərçəkmişin məlumatı təkcə onun şübhələrini aradan qaldırmaq, maraqlarını təmin etmək və ya dövlətin onun hüquqlarını qoruduğuna əmin olması üçün yox, həm də onun öz hüquqlarını effektiv şəkildə qoruması üçün lazımdır.
Konstitusiya Məhkəməsinin göstərişinə əsasən, prokurorun çıxardığı qərara məhkəmə nəzarəti və onun qanuniliyinin yoxlanılması prokurorluq tərəfindən özbaşınalıq və ya səlahiyyətdən sui-istifadə riskinin olduğu qədər vacibdir.