“Bizə tez-tez xatırladılır ki, konstitusiyada Avropaya inteqrasiya və Avropa gələcəyi yazılıb. Təbii ki, bunu biz yazmışıq və məhz bizim komandamızın qərarı ilə bu qeyd edilib, amma unutmaq lazım deyil ki, biz ilk növbədə ölkənin ərazi bütövlüyünün bərpa edilməsi barədə yazmışıq. Bu vacibdir, qalan şey isə başqa”, - Bu barədə “Gürcü Arzusu”nun baş katibi və Tbilisi Meri Kaxa Kaladze bildirib.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
Kaladze Müstəqillik Günü ilə əlaqəli Aİ bayrağının götürülməsinə görə vətəndaşların və müxalifətin tənqidlərini “başqa bir spekuliyasiya və adi çirkinlik” adlandırıb.
“26 may Gürcüstanın Müstəqillik Günüdür və təbii ki, Gürcüstan bayrağı olmalıdır. Həmçinin hər Müstəqillik Günündə müvafiq şüarımız var idi və müvafiq məzmun kampaniyası gedirdi. Məsələn, onlardan biri o kampaniya idi ki, o zaman əsas mövzu Şota Rustavelinin “Pələng Dərisi Geyinmiş Qəhrəman” əsəri idi. O zaman parlamentin binasında ümumiyyətlə Gürcüstan bayrağı əks olunmurdu və bu poemadan parçalar təqdim olunurdu. Keçən il kampaniyanın əsas mövzusu Avropa idi və dekorasiyalar da buna uyğun idi, o cümlədən Aİ bayraqları. Spekulyasiyaya ehtiyac yoxdur. Bu çirkinliyin nəyə xidmət etdiyini bilmirəm. Ola bilsin ki, kimsə ictimaiyyəti inandırmağa və ya bütün bunları “Gürcü arzusu”na qarşı istifadə etməyə çalışıb. Xalq hər şeyi anlayır”, - qeyd edib Kaladze.
Tbilisi meri əlavə edib ki, “Gürcü arzusu” Avropaya inteqrasiya istiqamətində konkret addımlar atır və Avropa İttifaqının müəyyən etdiyi 12 tövsiyəni yerinə yetirir, “müxalifət isə əngəl törətməkdən başqa heç nə etmir”.
Bu il Gürcüstanın Müstəqillik Günü ilə əlaqədar hökumət parlament binasının fasadını Aİ bayrağı ilə bəzəməyib. Bələdiyyələrin bayram dekorasiyalarında da Avropa Birliyinin simvolları görünmür. Hökumət administrasiyasının deyir ki, builki mövzu keçənilkindən fərqlidir və buna görə də “milli simvolizm” seçilib.
Rusiyayönümlü “Mühafizəkarlar Hərəkatı/Alt İnfo” partiyası Aİ bayraqlarının götürülməsini alqışlayıb, müxalifət partiyalarının əksəriyyəti isə hökumətin qərarını mənfi qiymətləndirib. Onlar hesab edirlər ki, Gürcüstanın namizəd statusu almaq üçün Avropa İttifaqından cavab gözlədiyi bu il nümayiş olunan simvollardan Aİ bayrağının götürülməsi Gürcüstan vətəndaşlarının bəyan edilmiş iradəsinə və konstitusiyasına ziddir. Parlamentdəki müxalifət nümayəndələri parlamentin sədri Şalva Papuaşviliyə məktubla müraciət edərək qanunverici orqanın binasının fasadında, Gürcüstan bayrağının yanında Aİ bayrağının qoyulmasını tələb ediblər.