"Korrupsiya qoxusu gəlir" - Kobaxidze “Namaxvan SES” ilə bağlı Avropa Parlamentinin deputatı haqqında

“Gürcü Arzusu”nun rus qanunu müstəqil medianın və ictimai təşkilatların mövcudluğuna təhlükə yaradır, Gürcüstanın Avropa İttifaqına üzv olmasına mane olur.

Rus qanunu Gürcüstanda, eynilə Rusiyada söz azadlığını yox edən Putinin qaydalarının təməlini qoyur.

Məzlum olduğunuz zaman probleminizi işıqlandıran və yanınızda duran olmayacaq.

“Gürcüstan Xəbərləri” “Gürcü Arzusu”nun rus tipli qəsdinə sona qədər müqavimət göstərəcək!

“Gürcü Arzusu” partiyasının sədri İrakli Kobaxidzenin sözlərinə görə, son iki ildə energetikanın inkişafı həmçinin “Namaxvan SES”nin tikintisinin qarşısının alınması Gürcüstanın ikirəqəmli iqtisadi artımı ilə ayaqlaşa bilmədi. Kobaxidze deyir ki, Gürcüstandakı qeyri-hökumət təşkilatlarını maliyyələşdirən Avropa Demokratiya Fondu (EED) və idarə heyətinin üzvlərindən biri, Avropa Parlamentinin deputatı Eidi Hautala Namaxvanhesinin tikintisinin dayandırılmasında maraqlı ola bilərdi.

Kobaxidze “İmedi” telekanalının efirində parlamentdə xarici təsir agentləri haqqında irəli sürülən qanun layihəsi barədə danışıb və əsas diqqəti “Namaxvan SES”ə qarşı 2020-21-ci illərdə baş vermiş etiraza yönəldib.

“Namaxvan SES”nin tikintisinin qarşısı alınarkən müxtəlif maraqlar özünü göstərirdi. Bu SES Gürcüstanın enerji müstəqilliyini möhkəmləndirmək üçün son dərəcə vacibdir. Bu və bir sıra digər su elektrik stansiyalarının tikintisi iqtisadiyyatımızın enerji inkişafı ilə ayaqlaşa bilməsi üçün ekzistensial əhəmiyyət kəsb edir.

İqtisadiyyat nə qədər inkişaf etsə, elektrik enerjisi istehlakı da bir o qədər artır. Bu, təkcə iqtisadiyyatın artımı hesabına daha çox gəlir əldə edən və müvafiq olaraq enerji resurslarına daha çox tələbatı olan əhaliyə lazım deyil, həmçinin iqtisadiyyatın böyüməsi əsasında genişlənən və ya yaradılan müəssisələr buna ehtiyac duyur. İqtisadiyyat iqtisadi artımla ayaqlaşmasa, o zaman ciddi böhran, ciddi problem yaranır.

Bu iki il ərzində bizdə ikirəqəmli iqtisadi artım var - keçən il və ondan əvvəlki ildə də, elə deyilmi? Siyasi maraqların olduğu yerdə “Namaxvan SES”in tikintisi əngəlləndiyindən energetikanın inkişafı bununla ayaqlaşa bilmədi. Bilirəm bu kimin maraqları idi, amma gəlin ümumi olaraq mühakimə edək. Burada, məsələn, idxal şirkətlərinin marağı ola bilərdi. Burada Rusiya tərəfinin marağı ola bilərdi - əlbəttə ki, Rusiya üstünlük verir ki, öz elektrik enerjisini Gürcüstana satsın, nəinki bunu özümüz istehsal edək. Birincisi, Rusiya tərəfi bundan faydalanır və biz hələ də elektrik enerjisi baxımından Rusiya idxalından asılıyıq və üstəlik, enerji asılılığının dərəcəsi yüksək olaraq qalır.

Başqa subyektlər də var idi. Bu mümkün tərəfdən başqa, digər mümkün tərəf də var idi. Konkret mənbələrdən maliyyə alan konkret qurumlar, qeyri-hökumət təşkilatları var idi. Məsələn, Karl Hartzel Meliyanın girov pulunu ona ödətdiyinə görə Gürcüstanda tanınan EED. Həmçinin ABŞ-daki NED. Elə qurumlar var ki, müxtəlif məqsədlər üçün qeyri-hökumət təşkilatlarını maliyyələşdirir. Belə olan halda, bu tip mənbələrdən maliyyələşən və etiraz aksiyalarında da fəal iştirak edən konkret qeyri-hökumət təşkilatları var idi ki, onların da məqsədi açıq desək, siyasi məqsədi, ölkənin enerji müstəqilliyini zəiflətmək idi. Bu, siyasi məqsəd idi.

Mən EED-i qeyd etdim. Bu rəsmi olaraq Avropa İttifaqı tərəfindən yaradılmış bir strukturdur və bu təşkilatın idarə heyətinin üzvlərindən biri keçmiş ya indiki Avropa Parlamentinin üzvü olan xanım Hautaladır, o, əvvəllər Avropa Parlamentinin deputatı olub. Məqsədi Gürcüstanda enerji müstəqilliyini məhdudlaşdırmaq olan o etirazları birbaşa o vaxt çıxıb dəstəklədi ki, qeyri-hökumət təşkilatlarının fəallığı yetmirdi.

Belə şeylər baş verəndə burada da heç nəyi məhdudlaşdırmırıq. Hautala da keçmişdə dediyi kimi eyni şeyi deyə bilər, məqsədi Gürcüstanda enerji artımının qarşısını almaq olan həmin etirazlarda həmin təşkilatlar da iştirak edə bilər. Bu qanun layihəsi ilə edilən və bu qanun layihəsində bizim bəyəndiyimiz yeganə şey odur ki, hər şey şəffaflaşsın, yəni Gürcüstan əhalisi bilsin ki, etiraz edən və “Namaxvanı”nın tikintisinə mane olan təşkilatlar bu və digər mənbədən maliyyələşdirilir - bu ola bilər ki, şimal mənbəyi olsun, bu ola bilər ki, qərb mənbəyi olsun və bu ola bilər ki, şərq mənbəyi olsun”, - Kobaxidze bildirib.

“Gürcü Arzusu” sədrinin sözlərinə görə, Eidi Hautalanın açıqlamalarından korrupsiya iyi gəlir: “Biz narahatıq ki, bu korrupsiya problemləri [Avropa Parlamentində və ya Avropa İttifaqının icra strukturlarında] Gürcüstanda gedən proseslərə birbaşa əksini tapacaq. Açığı, bütün bunların içində korrupsiya iyi gəlir, Hautala çıxıb Namaxvaninin tikintisinə mane olanda, bunun arxasında nə ola bilər, bilmirəm. Hautala nə bilir, Gürcüstanda Namaxvani yaxşıdır, ya yox. Təsəvvür edilməzdir ki, o, bu məlumatlara sahib olsun və belə məsələlərlə maraqlansın. Anidən çıxır etiraz hərəkatına qoşulur… Səhv etmirəmsə, artıq 6-cı deputat, o cümlədən məmurlar korrupsiya qalmaqallarına görə tutulub. Ərəblərdən pul gələndə, araşdırmalar kifayət qədər sürətlə gedir, amma görünən odur ki, pul gürcü mənbələrindən gələndə istintaq o qədər də sürətli deyil”.

“Rioni Vadisinin Xilası uğrunda” hərəkatı “Namoxvani SES” kaskadına qarşı etirazlara 2020-ci ilin oktyabrında başlayıb. Son illərdə ilk dəfə idi ki, on minlərlə insan öz-özünə təşkilatlanmış bir qrupun başlatdığı hərəkata qoşuldu və etirazlar 20 ay fasiləsiz davam etdi.

“Mən gürcü xalqının bu geridə qalmış və dağıdıcı iqtisadi modelə qarşı yeni səfərbərliyini alqışlayıram. Gizli müqavilələrlə bağlı şəffaflığın və hesabatlılığın olmaması şok edicidir”, - Avropa Parlamentinin vitse-prezidenti və “Yaşıllar – Avropa Azad Alyansı” partiyasının üzvü olan Eidi Hautala 2021-ci ilin iyununda “Namahvan SES”ə qarşı aksiyalara bu cür münasibət bildirmişdi.

Bundan əvvəl, aprelin 22-də o, “Twitter”də yazmışdı ki, Gürcüstanın qərbində Namoxvani su elektrik stansiyasının tikintisinə etiraz edən “Gürcüstan Yaşılları” və yerli qeyri-hökumət təşkilatlarını dəstəkləyir.

“Rioni Vadisinin Xilası uğrunda” hərəkatının rəhbəri Varlam Qoletianinin sözlərinə görə, hökumət “Namaxvan SES”in tikintisini yeniləməyə hazırlaşır və bu mövzuda işləyən təşkilatları gözdən salmağa çalışır.

Audit hesabatına görə, 15 oktyabr 2020-ci il tarixindən 31 iyul 2021-ci il tarixinədək “Rioni Vadisinin Xilası uğrunda” hərəkatı ianə kimi 283.498 lari alıb. Donorlar daimi rezident və mühacirətdə olan Gürcüstan vətəndaşları idi.

Gürcüstan xəbərləri
Gürcüstan xəbərləri
müstəqil, ictimai-siyasi onlayn nəşrdir. Vebsayt İnformasiya Resursları Şəbəkəsi (IRN) tərəfindən idarə olunur