Amerika Birləşmiş Ştatları Gürcüstan parlamentinin Kremldən ilhamlanan “xarici təsir haqqında” qanunun ikinci oxunuşunu və hökumət rəsmilərinin qanunu müdafiə etmək üçün istifadə etdiyi saxta narativləri pisləyir.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller “Gürcü arzusu” rus qanunu ilə bağlı növbəti dəfə bəyanat yayıb:
“Hakim partiyanın üzvləri açıq şəkildə bildirdilər ki, bu qanunun məqsədi tənqidi səsi susdurmaq və istənilən demokratik ölkədə hakimiyyətə qarşı tənqidi yoxlama rolunu oynayan Gürcüstanın fəal vətəndaş cəmiyyətini məhv etməkdir.
Bu qanunvericilik və “Gürcü Arzusu”nun anti-qərb ritorikası Gürcüstanı şübhəli trayektoriyaya salıb. Gürcüstan hakimiyyətinin bəyanatları və hərəkətləri Aİ və NATO üzvlüyünün əsasını təşkil edən demokratik dəyərlərlə bir araya sığmır və beləliklə, Gürcüstanın Avroatlantik inteqrasiya yolunu təhdid edir.
Gürcüstanın iqtisadiyyatını, demokratiyasını və Rusiyanın təcavüzünün qarşısını almaq üçün 32 il ərzində verdiyimiz xarici yardımı yanlış xarakterizə edən şərhlər Gürcüstan hökuməti və xalqı ilə inkişaf etdirdiyimiz möhkəm əlaqələri əsaslı şəkildə pozur.
Biz gürcü xalqını və onların səsinin eşidilməsi hüququnu dəstəkləyirik. Biz dinc etirazlara, o cümlədən nümayişləri işıqlandıran jurnalistlərə qarşı zorakılığı pisləyirik. Dinc toplaşmaları və söz azadlığını boğmaq üçün gücdən istifadə yolverilməzdir və biz hakimiyyəti zorakılıq tətbiq etməyən etirazçılara ifadə azadlığı hüquqlarından istifadə etməyə davam etməyə imkan verməyə çağırırıq”.
Metyu Miller X sosial şəbəkəsində də yazıb ki, rus qanunu “ABŞ-Gürcüstan münasibətlərinə xələl gətirir” və Gürcüstanın Avropa İttifaqı və NATO-ya üzv olmaq istəklərinə təsir edəcək. ABŞ hamını dinc toplaşmalara hörmət etməyə və gərginliyin qarşısını almağa çağırır.
Böyük etirazlara səbəb olan rus qanununu parlament mayın 1-də ikinci oxunuşda 23 əleyhinə 83 lehinə səslə qəbul edib. İki gün əvvəl “Gürcü Arzusu” qanuna dəstək məqsədilə parlament binası qarşısında etiraz aksiyası təşkil edib, partiya lideri Bidzina İvanişvili Qərb əleyhinə mesajlarla çıxış edib. İvanişvili qeyd edib ki, “bizim tez-tez təşəkkür etdiyimiz və xaricdən kömək kimi qiymətləndirdiyimiz qeyri-hökumət təşkilatlarının maliyyəsi faktiki olaraq demək olar ki, tamamilə agentliyin gücləndirilməsi və hakimiyyətə gətirilməsi üçün istifadə olunur”. İvanişvili etiraf edib ki, onun “engeolar” haqqında qanun kimi istinad etdiyi rus qanununun məqsədi qeyri-hökumət sektorunu, yəni “agentlikləri” məhv etməkdir.
3 aprel 2024-cü ildə “Gürcü Arzusu” bir il əvvəl on minlərlə insanın iştirak etdiyi etiraz aksiyaları nəticəsində geri götürdüyü və bir daha qəbul etməyəcəyinə söz verdiyi “xarici agentlər” haqqında rus qanunu təkrardan irəli sürüb. Rus qanunu beynəlxalq fondların qrantları hesabına dəstəklənən və hökumət və ya əlaqəli qruplar tərəfindən idarə oluna bilməyən müstəqil media və qeyri-hökumət təşkilatlarının xarici agent kimi qeydiyyatdan keçməsini tələb edir. 150-dən çox qeyri-hökumət təşkilatı və media qurumu heç bir halda “ləyaqət alçaldan reyestrdə” qeydiyyatdan keçməyəcəklərini bəyan ediblər.