“Kvareli Gölü” yaxınlığındaki aksiyada azı 16 nəfər saxlanılıb

“Gürcü Arzusu”nun rus qanunu müstəqil medianın və ictimai təşkilatların mövcudluğuna təhlükə yaradır, Gürcüstanın Avropa İttifaqına üzv olmasına mane olur.

Rus qanunu Gürcüstanda, eynilə Rusiyada söz azadlığını yox edən Putinin qaydalarının təməlini qoyur.

Məzlum olduğunuz zaman probleminizi işıqlandıran və yanınızda duran olmayacaq.

“Gürcüstan Xəbərləri” “Gürcü Arzusu”nun rus tipli qəsdinə sona qədər müqavimət göstərəcək!

Kaxetidə, “Kvareli Gölü” mehmanxana-kompleksin girişində polis əməkdaşları inzibati qaydada azı 16 nəfəri saxlayıb. Aksiya iştirakçıları Rusiyanın xarici işlər naziri Sergey Lavrovun kürəkəni ilə Putinə yaxınlığı ilə bilinən biznesmen Aleksandr Vinokurovun qardaşının Gürcüstanda toy keçirməsinə etiraz edirlər.

Aktivist Qiorqi Mumladzenin sözlərinə görə, həbs olunanlar arasında Nika Narsia, Laşa Xuskivadze, Dimitri Çikovani, Tite Qedenidze və Şuşana Matsaberidze də var. Onlar polisə tabe olmamaqda ittiham olunurlar.

“Biz burada qalırıq. Biz, onların, gürcü xalqı üçün təhqiramiz xarakter daşıyan şənliyini poza bilmək üçün mümkün qədər səfərbər olmuşuq”, - Mumladze mediaya bildirib.

Daxili İşlər Nazirliyi saxlanılanlarla bağlı heç bir məlumat yaymayıb.

“Kvareli Gölü” yaxınlığında DİN Xususi Təyinatlılar Departamentinin və digər polis bölmələrinin xüsusi səfərbərliyi var. “Milli Hərəkat” partiyasının keçmiş sədri Nika Melia, təxminən səhər saat 5 radələrində mehmanxana binasının girişinə getməyi bacara bilib. Polis əməkdaşları onu yaxalayaraq kompleksin ərazisini tərk etməyi xahiş ediblər. Tbilisi Şəhər Şurasının üzvü İrakli Edzveradzeni saxlayıblar. Bir neçə dəfə Melia ilə polis rəisləri arasında mübahisə yaşanıb və bu zaman yüksək rütbəli polis zabiti QiorqiKlimiaşvili Meliyanı siyasi meyit adlandırıb.

Mətbuatda Sergey Lavrovun kürəkəni Moşe Vinokurovun “Kvarli Gölü”ndə toy keçirməsi ilə bağlı məlumat, ötən gün, axşam saatlarında yayılıb. “Mtavari Arxi”nin məlumatına görə, Lavrovun qızı - Yekaterina Vinokurova [Lavrova] və kürəkəni Aleksandr Vinokurov da Kaxetidədir. Onların hər ikisi Avropa İttifaqı, Böyük Britaniya və bir sıra digər ölkələr tərəfindən sanksiyaya məruz qalıb.

Mehmanxana-kompleks rəhbərliyi Lavrovun oğlunun “Kvareli Gölü”nə səfərinin həqiqətə uyğun olmadığını bəyan edib. Onların sözlərinə görə, mehmanxanada Lavrovun soyadını daşıyan qonaq yoxdur, indiyə qədər də olmayıb.

Gürcüstanın heç bir rəsmi qurumu hələlik bu məsələyə münasibət bildirməyib.

Gürcüstan xəbərləri
Gürcüstan xəbərləri
müstəqil, ictimai-siyasi onlayn nəşrdir. Vebsayt İnformasiya Resursları Şəbəkəsi (IRN) tərəfindən idarə olunur