İctimai etirazdan sonra Kvareli Mədəni İnkişaf Mərkəzində yerli büdcədən maliyyələşdirilməsi nəzərdə tutulan pulsuz rus dilinin öyrənilməsi proqramı ləğv edilib. Proqramın ləğvi haqqında məlumatı “Gürcüstan Xəbərləri”nə mədəniyyət mərkəzinin rəhbəri Maia Zardiaşvili təsdiqləyib.
Əsas xəbərlər
Oxucunun seçimi
- 1 “Gürcü Arzusu” prezident Salome Zurabişvilinin impiçmenti proseduruna başlayır
- 2 Ukraynada daha bir gürcü döyüşçü, Nikoloz Axvlediani həlak olub
- 3 Mamuka Çxikvadze və Kaxaber Natadze Tsxinvali həbsxanasından azad edilib
- 4 Konstitusiya Məhkəməsi Malxaz Maçalikaşvilinin iddiasını təmin edib
- 5 “Mənim istefamla bağlı xəyalları hər kəs unutmalıdır. Səfərlərimi davam etdirəcəyəm” - Prezident
- 6 DTX ABŞ-dan Otar Partsxaladzeyə sanksiya tətbiq edilməsi ilə bağlı sübut tələb edir - Papuaşvili
Yerli hökumət bu il Kvareli Mədəni İnkişaf Mərkəzində məktəblilər üçün pulsuz rus dili kursu açıb və buna səbəb kimi “rəngarəng əhalinin” xahişini göstərib.
“Əgər siz Rusiyanın düşmən olduğunu düşünürsünüzsə, uşaqlar Gürcüstanın nə qədər əla olduğunu başa salmaları üçün düşmənin dilini bilməlidirlər”, - mərkəzin direktoru martın 23-də “Gürcüstan Xəbərləri”nə deyib. Maia Zardiaşvilinin sözlərinə görə, “Biliyi artırın” layihəsi çərçivəsində rus dili kursunun əlavə edilməsi qərarı bələdiyyənin meri Qivi Zautaşvili ilə razılaşdırılıb.
İctimai məktəblərdə rus dili beşinci sinifdən seçim fənni kimi tədris olunur.
“Nədir, nə ajotaj qopub? Məktəbdə 45 dəqiqə ərzində başa düşə bilmədiklərini başa düşməyə kömək edirik ki, fənni normal öyrənə bilsinlər. Rusiya bizim düşmənimiz ola bilər, amma rus dili deyil. Rusiyaya qarşı mübarizə aparırıq, amma dillə, mədəniyyətlə, yazıçılıq ilə mübarizə aparmamalıyıq. Məncə, bütün normal insanlar belə düşünür. Böyüklər də onlar üçün rus dili kursları açmağımızı tələb edirdilər. Evdə açacağam və heç kim mənimlə mübahisə edə bilməyəcək”, - rus dili müəllimi Maia Xvtisaurişvili deyir.
Kvareli Mədəni İnkişaf Mərkəzi 7-16 yaş arası uşaqların rus dili kursuna qəbuluna fevralın 20-dən başlayıb. Sözügedən elan mərkəzin feysbuk səhifəsində artıq mövcud deyil. İyirmi nəfər dinləyicidən iki qrup yaradılmış və dərslər də başlamışdı. Mərkəz rəhbərinin sözlərinə görə, istəyəni ifadə edən altmışa yaxın uşaq olub, lakin imkanları az olduğundan iyirmidən çoxunu qəbul edə bilməyiblər.
“Gürcü Arzusu”ndan olan Kvareli bələdiyyəsinin meri Qivi Zautaşvili bir neçə gündür ki, mediadan gizlənir və izahat vermir.
