Gürcüstanlı cüdoçu, 24 yaşlı Laşa Bekauri (90 kq) Parisdə keçirilən Olimpiya Oyunlarında Gürcüstana ilk qızıl medalı gətirib. Finalda Bekauri turnirin əsas favoritlərindən olan yaponiyalı Sanşiro Murao ilə qarşılaşıb və onu məğlub edib.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
1/8 finalda bolqar İvailo İvanovu nokautla məğlub edən Laşa Bekauri 1/4 finalda cənubi koreyalı Juyeop Hana ipponla qalib gəlib. Cüdoçu yarımfinalda İspaniya adından yarışan Tristan Moşlaşvili ilə qarşılaşıb və əlavə vaxtda qalib gəlib.
Laşa Bekauri 2020-ci il Tokio Olimpiadasında ilk dəfə yarışıb və qızıl medal qazanıb.
Parisdə keçirilən Olimpiya Oyunlarında Gürcüstan nümayəndə heyətinin qazandığı iki medal var - bir qızıl və 81 kq çəki dərəcəsində Tato Qriqalaşvilinin qazandığı gümüş medal.