Avropa İnsan Haqları Məhkəməsi “Çxartişvili Gürcüstana qarşı” işi üzrə Avropa Konvensiyasının pozulduğunu müəyyən edərək, mənəvi zərərin bərpa edilməsi üçün təzminat kimi dövlətin “Leyboristlər Partiyası”nın üzvü Laşa Çxartişvilinin xeyrinə 1200 avro ödəməsini təyin edib.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
Məhkəmənin qərarında dövlətin Laşa Çxartişviliyə qarşı Avropa İnsan Haqları Konvensiyasının 11-ci maddəsini - toplaşmaq və birləşmək azadlığını [10-cu maddə - ifadə azadlığını nəzərə almaqla] pozduğu bildirilir.
Avropa Məhkəməsinə şikayət edilən iş Laşa Çxartişvilinin 2019-cu il noyabrın 29-da parlamentin Milli Kitabxanası yaxınlığında keçirilən etiraz aksiyasında həbsi ilə bağlı olub. Həmin gün müxalif siyasətçilər, vətəndaş fəalları və sadə vətəndaşlar proporsional seçki sisteminə keçidlə bağlı konstitusiyaya dəyişikliklərinin ləğv edilməsinə etiraz ediblər. Laşa Çxartişvili kiçik xuliqanlıq və polisin tələbinə tabe olmamaq ittihamı ilə inzibati qaydada həbs edilib. Polisin tərəfindən təqdim olunan protokolda onun yolu bağladığı və ictimaiyyət nümayəndələrini təhqir etdiyi, bundan sonra polis əməkdaşlarının göstərişlərinə tabe olmayaraq onların üzərinə lobya tökdüyü, təhqir etdiyi və onları qul adlandırdığı qeyd edilib.
Elə həmin gün Tbilisi Şəhər Məhkəməsi işə baxıb. Laşa Çxartişvili bütün siyasi cəhətdən həssas işlərə baxdığına, qərəzli olduğuna və məhkəmə zalından kənardan alınan göstərişlərə tabe olduğuna inandığına görə hakim Valerian Pilaşvilinin işdən kənarlaşdırılmasını tələb edib. O, məhkəməyə hörmətsizlik etdiyi üçün 300 lari cərimələnib və məhkəmə zalınından uzaqlaşdırılıb. Saxlanılan şəxsin vəkili prosesin təxirə salınmasını istəyib və inzibati işin materialları ilə tanış olmaq və sübutların toplanması üçün vaxt lazım olduğunu bildirib. Vəkil onu da bildirib ki, polis onun yerini gizlətdiyi üçün Çxartişvili ilə məhkəməyə qədər görüşə bilməyib. Hakim iclası üç saat on dəqiqə müddətində təxirə salıb. İclasın bərpasından sonra Valerian Pilaşvili müdafiə tərəfi Çxartişvilini şahid qismində dindirməkdən, iclası təxirə salmaqdan və saxlanılan şəxsi buraxmaqdan imtina edib.
Prosesdə inzibati xəta haqqında protokolu tərtib edən Daxili İşlər Nazirliyinin əməkdaşı Laşa Çxartişvilinin əvvəllər də qanun pozuntusu törətmiş şəxs kimi tanındığını qeyd edib və qeyd edib ki, ən azı iki dəfə - 2008 və 2014-cü illərdə ona inzibati cərimə ödəmək göstərişi verilib. Polis daha sərt cəza istəyib.
Hakim Valerian Pilaşvili Laşa Çxartişvilini qanunu pozan şəxs kimi tanıyaraq 8 sutkalıq həbs cəzasına məhkum edib. Məhkəmə hesab edib ki, Çxartişvilinin hərəkətləri polis əməkdaşlarını təhqir edib, onlara “qullar” deyə qışqırmaq, əvvəllər lobyanın qul yeməyi olduğu göstəririşi ilə onlara lobya atmaq – etiraz forması sayıla bilməz.
Çxartişvili qərardan apellyasiya məhkəməsinə şikayət etsə də, onun iddiasına baxılmayıb.
Avropa İnsan Haqları Məhkəməsi müəyyən edib ki, Gürcüstan məhkəməsi dinc etiraz aksiyası zamanı saxlanılmış vətəndaşa verilən həbs cəzasının mütənasibliyini əsaslandırmaq üçün kifayət qədər əsaslar təqdim etməyib. Xüsusilə, məhkəmə belə izah edib:
- Dövlət qulluqçularının, o cümlədən polis əməkdaşlarının öz vəzifələrini yerinə yetirərkən digər vətəndaşlarla müqayisədə tənqidə dözmək öhdəliyi daha yüksəkdir;
- Zorakı olmayan əmələ görə şəxsə azadlıqdan məhrum etmə cəzasının tətbiqi məsələsi məhkəmə tərəfindən xüsusi diqqətlə yoxlanılmalıdır. Hətta bir neçə günlük həbsdən istifadə belə ifadə azadlığına həddindən artıq müdaxilədir və soyuqqanlı təsirə malik ola bilər;
- İfadə azadlığı ilə təkcə etirazın məzmununu deyil, həm də ifadə forması da qorunur. Əgər dinc nümayiş zamanı şəxsin davranışı zorakılıq xarakteri daşımırsa, onun hərəkəti nə zərər vurur, nə də hadisələri qızışdırmaq təhlükəsi yaratmırsa, onun barəsində həbs qəti imkan tədbiri qeyri-mütənasib olur.
Strasburq məhkəməsinin izahatına görə, milli məhkəmə Laşa Çxartişviliyə qarşı həbs cəzasından elə istifadə edib ki, bu halları ümumiyyətlə nəzərə almayıb. Bundan əlavə, məhkəmə hakim Valerian Pilişvilinin qərarının ümumi və şablon olduğuna diqqət çəkib.
Laşa Çxartişvilinin maraqlarını qeyri-hökumət təşkilatı “Beynəlxalq Şəffaflıq – Gürcüstan” qoruyub. Təşkilat bildirir ki, dinc etiraz aksiyalarının iştirakçılarına qarşı çox vaxt qanunsuz, əsassız və qeyri-proporsional qərarlar qəbul edən milli məhkəmələr cinayət işlərinə baxarkən Strasburq Məhkəməsinin müəyyən etdiyi təcrübəni nəzərə almağa borcludurlar.
Valerian Pilaşvili 2019-cu ilin iyul ayından Tbilisi Şəhər Məhkəməsinin İnzibati İşlər Kollegiyasının hakimidir. O, vəzifəyə ömürlük təyin edilib.