Gürcüstanlı ağır atlet Laşa Talaxadze (+102 kq) üçqat Olimpiya çempionudur. Paris Olimpiadasında o, ümumilikdə 470 kiloqramı qaldıraraq qızıl medal qazanıb.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
Laşa Talaxadze Atatsidə 210 və 215 kiloqram, Akvrada isə 247 və 255 kiloqramı qaldırıb.
Gümüş medalı Ermənistanı təmsil edən Varazdat Lalayan, bürünc medalı isə Bəhreyn adından mübarizə aparan erməni Qor Minasyan qazanıb.
Laşa Talaxadze ardıcıl üç dəfə qızıl medal qazanıb. O, həmçinin Rio 2016 və Tokio 2020 Olimpiya Oyunlarının qalibidir.
Hazırda Gürcüstanın üç qızıl, iki gümüş və bir bürünc medalı var. Gürcüstanlı cüdoçu, ikiqat Olimpiya çempionu Laşa Bekauri və sərbəst güləşçi Qeno Petriaşvili də qızıl medal gətiriblər. Cüdoçular Tatoqriqalaşvili və İlya Sulamanidze gümüş, boksçu Laşa Quruli isə bürünc medal qazanıblar.