Gürcüstan parlamentinin Ətraf Mühitin Mühafizəsi və Təbii Sərvətlər Komitəsinin sədri Maia Bitadzenin sözlərinə görə, Raça meşələri ilə bağlı verilmiş lisenziyanın ləğvi prosesinə dövlətin özü başlayıb və bu ajiotajın təşkilində məqsədin nə olduğu bəlli deyil.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
“Bizim ölkədə meşə satışı yoxdur! Nazirlik tərəfindən bir neçə həftə əvvəl elan edilən şərtlər yerinə yetirilmədiyi üçün ovçuluq təsərrüfatının təşkili üçün lisenziyanın ləğvi prosesinə dövlət özü başlayıb! İctimaiyyəti çaşdırmaq, isterik şəkildə yalan məlumatlar tirajlamaq və paytaxtda ajiotaj yaratmaqda məqsəd nədir, bəlli deyil!”, - deyə Bitadze noyabrın 18-də Ətraf Mühitin Mühafizəsi və Kənd Təsərrüfatı Nazirliyi binasının önündə başlayan “Rioni Vadisinin Xilası Uğrunda” hərəkatının idarə etdiyi aksiyanı şərh edib.
Hərəkat rusiyalı oliqarxın şəriki Davit Xidaşeliyə xüsusi ovçuluq təsərrüfatının təşkili bəhanəsi ilə 49 il müddətinə 104 712 hektar meşə sahəsinin verildiyi lisenziyanın ləğvini tələb edir. Bu tələblə hərəkat fəalları son iki aydır ki, əvvəlcə Onidə, sonra isə Ambrolauridə şəhər meriyası binası qarşısında çadır quraraq etiraz aksiyaları keçirirlər. Ətraf Mühitin Mühafizəsi Nazirliyi və yerli icra hakimiyyətinin rəhbərləri aksiya iştirakçıları ilə görüşüb və onlara bildiriblər ki, hazırda lisenziyanın ləğvi prosesi gedir. Nazirlik bununla bağlı bir bir neçə dəfə bəyanat da yayıb. Varlam Qoletiani və hərəkatın digər üzvləri hesab edirlər ki, nazirlik öz bəyanatları ilə insanları çaşdırmağa və etirazı zəiflətməyə çalışır. Noyabrın 18-də onlar Raçadan Tbilisiyə keçiblər. Aksiya təşkilatçıları nazirliyin həyətində çadır qurmaq istəyiblər, polis isə buna icazə verməyib. Çadırı nazirliyin həyətindən kənarda olan ərazidə belə açmağa qoymayıb, sındırıblar. Nümayişçilərin magistral yolunu bağlamaq cəhdi zamanı “Mautskhebeli” onlayn platformasının jurnalisti də daxil olmaqla 11 nəfər həbs edilib. Saxlanılan şəxslər 24 saat müvəqqəti təcridxanada saxlanılıb. Onlar bu gün məhkəmə tərəfindən azadlığa buraxılıblar - vəkillərin vəsatəti ilə iş üzrə iclas noyabrın 29-na qədər təxirə salınıb. Nazirlik önündə aksiya davam edir.
Ətraf Mühitin Mühafizəsi və Kənd Təsərrüfatı Nazirliyi bildirir ki, “aksiyaların keçirilməsi üçün heç bir əsas yoxdur”. Nazirlikdən verilən məlumata görə, ovçuluq lisenziyasının etibarsız sayılması məsələsi qanunvericiliyə uyğun olaraq müvafiq müddətlərdə müzakirə olunacaq.
Bundan əvvəl, noyabrın 15-də Davit Xidaşeli “HG Capra Caucasica” MMC-ni və müvafiq olaraq lisenziyanı satdığını açıqlayıb.
“Artıq müqavilə imzalanır və yaxın həftə ərzində məlum olacaq ki, Raça meşə lisenziyasının iştirakçılarından biri İspaniyanın ovçuluq təsərrüfatları ilə bağlıdır; Daha bir gürcü şirkəti də səhmdar olacaq. Əgər mənim sərmayələrim onları maraqlandırmırsa, mənsiz yaxşı olsunlar. Bir çox başqa ölkələr məni sərmayələr üçün qucaq açıb gözləyirlər”, - Xidaşeli bildirib. Nazirlik bildirir ki, lisenziya onlarla razılaşmadan satıla və ya başqasına verilə bilməz.
Gürcüstan hökumətinin qərarına əsasən, Milli Ətraf Mühit Agentliyi 2022-ci ilin martında Davit Xidaşelinin şirkətinə lisenziya verib. Lisenziyanın şərtlərinə görə, Xidaşeli Raça və Kvemo Svaneti meşələrində Avropa bizonu, Qafqaz dombası və qırmızı maral yetişdirməli, sonra isə onları ovlamalı idi. Yarım əsr ərzində Rusiya hökuməti ilə sıx bağlı olan şəxsə təhvil verilən meşələrə Raçanın 79 kəndi və Kvemo Svanetinin 2 kəndi ətrafında yerləşən meşələr, həmçinin Rusiyanın işğalı altında olan Tsxinvali rayonu və Gürcüstan-Rusiya sərhədi də daxildir.
“Dağ Xəbərləri”nin jurnalist araşdırması göstərdi ki, meşələr Xidaşeliyə bir çox qanun pozuntuları ilə verilib. Bu qəsdi həyata keçirmək üçün hakimiyyət saxta sənədlər də hazırlayıblar.
Bu qərarları “Yaşıl Alternativ”ə və “Raçi İcma Təşkilatı” məhkəməyə şikayət ediblər və onun ləğvini tələb edirlər.