Azərbaycan Prezidenti İlham Əliyev bildirib ki, Azərbaycanla Ermənistan arasında de-fakto sülh artıq mövcuddur, lakin bu prosesin məntiqi yekunlaşması üçün sülh müqaviləsi imzalamaq və Ermənistanın Azərbaycana qarşı “ərazi iddialarına” son qoymaq lazımdır.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
“Ermənistanın müstəqillik haqqında Bəyannaməsində Azərbaycanın Qarabağ bölgəsinin Ermənistanla birləşdirilməsinə və Azərbaycanın ərazi bütövlüyünün pozulmasına birbaşa çağırışlar var və bu sənədə istinadlar da Ermənistanın Konstitusiyasında öz əksini tapıb. Ermənistanın digər normativ-hüquqi sənədlərində Azərbaycana qarşı ərazi iddiaları, Ermənistanın qoşulduğu bir çox konvensiyalarda və digər sənədlərdə Azərbaycanın Qarabağ üzərində suverenliyini tanımayan çoxsaylı qeyd-şərtlər mövcuddur. Ermənistan tərəfinin Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü tanımaması, Qarabağın Azərbaycandan ayrılması kimi məsələlər Azərbaycana qarşı beynəlxalq məhkəmələrdə şikayətlərin əsasını təşkil edir.
Bu iddialara son qoyulub, Ermənistan Konstitusiyasına və digər normativ-hüquqi sənədlərə düzəlişlər edilərsə, sülhə nail oluna bilər”, - deyə İlham Əliyev bildirib.
Sülhə nail olunma prosesində müstəqillik bəyənnaməsi faktorundan Ermənistanın baş naziri Nikol Paşinyan da danışıb. Fevralın 1-də İctimai Radioya müsahibəsində o, bildirib ki, Ermənistanın dövlət siyasəti 1990-cı ildə qəbul edilmiş, indiki konstitusiyanın preambulasında da istinad edilən bəyannamə əsasında aparılırsa heç vaxt sülh olmayacaq. Bəyannamədə bildirilir ki, Dağlıq Qarabağ və Ermənistan birləşməlidir. Bundan əlavə, bəyannamə 1915-ci ildə Osmanlı İmperiyasında 1,5 milyon erməninin qətliamının soyqırım kimi tanınması çağırışını da ehtiva edir.
“Bu gün həqiqətən də bəyannamə ilə münasibətlərimizi tənzimləmək lazımdır. Söhbət ondan ibarətdir ki, bizim dövlət siyasətimiz buna yönəlməlidirmi və dövlət siyasətimiz bu mesajı rəhbər tutmalıdırmı, o, Dağlıq Qarabağ Milli Şurasının və Ermənistan Ali Şurasının Qarabağ və Ermənistanın birləşdirilməsi ilə bağlı qərarına əsaslanmalıdırmı?. Bu, siyasi seçim məsələsidir. Əgər belədirsə, bu o deməkdir ki, biz heç vaxt sülhə nail olmayacağıq”, - Paşinyan bildirib.
2023-cü ildə Azərbaycan və Ermənistan arasında fəal danışıqlar gedirdi və iki ölkə liderləri hətta ilin sonuna qədər sülh sazişinin imzalana biləcəyini desələr də, bu baş vermədi. Sentyabrın 19-20-də Azərbaycan hərbi əməliyyat keçirib, bundan sonra Dağlıq Qarabağ ərazisi üzərində nəzarəti tam bərpa edib və suverenliyini bərpa etdiyini bəyan edib. Etnik ermənilər [təxminən 100 min nəfər] kütləvi şəkildə bölgəni tərk edərək Ermənistana köçüblər.