Azərbaycan Prezidenti İlham Əliyevin sözlərinə görə, Bakı Gürcüstanla birgə layihələrin həyata keçirilməsində, o cümlədən Anaklia limanı məsələsində maraqlıdır.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
“Biz artıq uğurlu layihələr, təşəbbüslər yaratmışıq. Məncə, onların adlarını çəkməyə ehtiyac yoxdur. Bu uğurlu layihələri hamı bilir, biz enerji və nəqliyyat layihələrini birgə həyata keçirmişik. Bu gün biz, burada da, müxtəlif ölkələrdə enerji təhlükəsizliyini təmin etmək üçün hər şeyi edirik. Biz əməkdaşlıq edirik və əməkdaşlığı dərinləşdiririk. Bu, gündəmimizin bir hissəsidir.
Biz məmnuniyyətlə iştirak edəcəyik və müzakirə olunan infrastruktur layihələrində iştirak etməyə hazırıq, istər Anaklia limanı, istərsə də hər hansı digər istiqamət.
Gürcüstanda Qara dənizin sahilində yerləşən Ğulevi limanının sahibiyik. Biz bu limanı da genişləndirə bilərik. Bu, əməkdaşlığımızı gücləndirəcək və daha da bərkidəcək. Bakı-Tbilisi dəmir yolu istiqamətində biz məhsuldarlığı beş dəfə artıracağıq, bunun üçün hər şeyi edəcəyik. Bu, bizim Orta Dəhlizimizin inkişafı istiqamətində ən böyük komponent olacaqdır”, - Gürcüstanda səfərdə olan İlham Əliyev oktyabrın 8-də deyib.
Onun sözlərinə görə, bu gün müxtəlif ölkələrdə enerji təhlükəsizliyinin təmin edilməsi üçün hər şey edilir.
“Energetika sahəsində ənənəvi sahələrdən başqa bu gün bizi birləşdirən “Yaşıl enerji dəhlizi” layihəsidir. Burada da biz - yenə də Gürcüstan və Azərbaycan - iki qardaş ölkə Avropa ölkələri ilə sıx əməkdaşlıq edirik və yaxın aylarda bu layihənin texniki-iqtisadi əsaslandırması hazır olacaq. Əminəm ki, ondan sonra biz konkret işlərə start verə bilərik. Böyük sərmayə qoyuluşu nəzərdə tutulur və beləliklə, “Yaşıl enerji dəhlizi”, enerji kabeli inşa edilərək həm bizim, həm də ki, tərəfdaş ölkələrin enerji təhlükəsizliyini gücləndirəcək. Bir sözlə, bu gün Gürcüstanın və Azərbaycanın birlikdə və digər qonşu ölkələrlə birgə icra etdiyi layihələr böyük məna daşıyır, təkcə Cənubi Qafqaz regionu üçün deyil, böyük mənada Avrasiya üçün və biz buna hazırıq. Bizdə həm güclü siyasi iradə var, artıq yaradılmış güclü infrastruktur var. Ən əsas amil isə Gürcüstan-Azərbaycan dostluğu və strateji tərəfdaşlığıdır”, - İlham Əliyev deyib.
Sentyabrın 22-də Gürcüstanın iqtisadiyyat naziri Levan Davitaşvili bildirib ki, İsveçrə-Lüksemburq və Çin-Sinqapur şirkətləri Gürcüstanda Anaklia dərin su limanını tikmək istəyirlər. Nazirin sözlərinə görə, seçim prosesində ümumilikdə dörd şirkət iştirak edib, onlardan yalnız ikisi növbəti mərhələyə keçib.
“Biz güman edirik ki, birinci fazanı başa çatdırmaq üçün tikintinin başlanmasından üç il vaxt lazımdır. İnşaatçının seçilməsindən sonra 9 ay ərzində bütün hazırlıq işləri tamamlanacaq və şirkət işə başlamağa hazır olacaq”, - Davitaşvili qeyd edib.
Hökumətin investora ötürülən 49 faizlik payın gələcəkdə Rusiyanın əlinə keçməyəcəyinə zəmanəti varmı? - suallına, nazir bleə izahat gətirib:
“Anaklia limanının səhmlərinin strukturu belə olacaq: 51%-i Gürcüstan dövlətinə, 49%-i isə özəl tərəfdaşa məxsus olacaq. Bu, elə vacibdir ki, heç bir dövlətin marağı və təsiri Gürcüstanın maraqlarında üstün olmasın və bu layihə də hər bir mühüm, kritik infrastruktur layihəsi kimi ölkəmizin və iqtisadiyyatımızın maraqlarına xidmət etməlidir”, - nazir deyib.
"Anaklia İnkişaf Konsorsiumu" Anaklia dərin su limanı layihəsini həyata keçirməli idi, lakin Gürcüstan hökuməti onunla müqaviləni 2020-ci ildə ləğv etdi. TBC Holdinq də daxil olmaqla bir neçə investor şirkəti konsorsiuma daxil edilib. 2019-cu ildə Baş Prokurorluq holdinqin təsisçiləri Mamuka Xazaradze və Badri Caparidzeyə qarşı istintaqa başlayıb və onları 16 milyon 664 min ABŞ dolları məbləğində qanunsuz gəlirlərin (çirkli pulların yuyulması) leqallaşdırılmasında ittiham edib. 2022-ci ilin yanvarında Tbilisi Şəhər Məhkəməsi Mamuka Xazaradze və Badri Caparidzeni ittiham tərəfinin irəli sürdüyü kimi qanunsuz gəlirləri leqallaşdırmaqda deyil, qrup fırıldaqçılığında təqsirli bilib. Daha sonra məhkəmə cinayət təqibinin müddətinə görə hakim onları cəza çəkməkdən azad etsə də, onları 7-7 il müddətinə azadlıqdan məhrum edib. 2023-cü ilin sentyabrında məlum olub ki, Ali Məhkəmə Mamuka Xazaradze və Badri Caparidzenin işini qəbul etməyib. Xazaradze və Caparidze hesab edirlər ki, onlara qarşı təqibi Anaklia dərinsu limanı layihəsini dayandırmaq üçün başlayıblar.
Anaklia limanı layihəsi ilə bağlı arbitraj məhkəməsində iş dəvam edir. Müqavilənin ləğvinə görə investor 1,5 milyard dollar tələb edir.