Mədəniyyət Nazirliyi Gelatinin reabilitasiya işlərini Patriarxlığa təhvil verib

“Gürcü Arzusu”nun rus qanunu müstəqil medianın və ictimai təşkilatların mövcudluğuna təhlükə yaradır, Gürcüstanın Avropa İttifaqına üzv olmasına mane olur.

Rus qanunu Gürcüstanda, eynilə Rusiyada söz azadlığını yox edən Putinin qaydalarının təməlini qoyur.

Məzlum olduğunuz zaman probleminizi işıqlandıran və yanınızda duran olmayacaq.

“Gürcüstan Xəbərləri” “Gürcü Arzusu”nun rus tipli qəsdinə sona qədər müqavimət göstərəcək!

Mədəniyyət Nazirliyi Gelati monastır kompleksində aparılan bərpa işlərini Pravoslav Kilsəsinin Patriarxlığına təhvil verib. Nazirlik aparılan işlərə maliyyə dəstəyi də verir. Patriarxlığın İctimaiyyətlə Əlaqələr Xidmətinin rəhbəri, Dekanoz Andria Caqmaidze deyir ki, onların məqsədi növbəti səhvləri sığortalamaqdır və Patriarxlıq prosesi elmi çərçivədə saxlamaqda maraqlıdır.

Fevralın 24-də Milli Muzeydə Mədəniyyət Naziri Tea Tsulukianinin və Patriarxlığın nümayəndələrinin iştirak etdiyi Gelatidə yaranan problemlərlə bağlı görüş keçirilib. Bu görüşdən əvvəl patriarxlığın qiymətləndirilməsi olmuşdu ki, “Gelatidə vəziyyət təkcə dəhşətli deyil, həm də kritikdir və tablonu xilas etmək üçün konservasiya qrupu dəyişdirilməlidir”.

“Çox vacib bir görüş baş tutdu. Müzakirəmizi xidmətim dövründə Gelati monastır kompleksində çox fəal şəkildə aradan qaldırılmağa başlayan problemlər üzərində qurduq və razılaşdıq ki, Gürcüstan Patriarxlığı - açıq şəkildə təşəkkür etmək istəyirəm onlara - mənim təşəbbüsümü bölüşür ki, Gelati monastır kompleksində nasazlıqların aradan qaldırılması, vaxtı gələndə həm divarlar rəsmlərinin həm də dam örtüyünün konservasiyası və bərpası məsələsi ilə bağlı işi öz üzərlərinə götürürlər və Nazirlik artıq bu prosesdə aparıcı olmayacaq.

Nazirlik xərcləməli olduğu maliyyə vəsaitlərini Gürcüstan Patriarxlığına köçürəcək və Patriarxlıq bu maliyyə resursu ilə həm baş məbədin daxilində, həm də ətrafında yaranan problemlərin həm də kompleksin digər komponentləri ilə əlaqədar problemlərin aradan qaldırılması prosesinə rəhbərlik edə biləcək.

Həmçinin biz razılaşdıq ki, müzakirənin platforması və formatı Gürcüstan Patriarxlığında, onların rəhbərliyi altında olacaq və burada bütün incəsənət mütəxəssisləri, peşəkarlar, ümid edirəm ki, siyasətdən kənar müzakirələrdə iştirak edə biləcəklər, çünki bu, aydındır ki, heç kim Gürcüstan Patriarxlığına siyasi element daxil edə bilməz. Düşünürəm ki, bu, gələcəkdə abidənin marağından irəli gələrək çox yaxşı olacaq. Hamımızın övladları olduğumuz kilsəmizə Gelati monastır kompleksində yaranmış problemlərin aradan qaldırılması prosesində böyük uğurlar arzulamaq istəyirəm”, - deyə mədəniyyət naziri bildirib.

Patriarxlığının Memarlıq, İncəsənət və Bərpa Mərkəzinin rəis müavini Alaverdili Mitropolit Davitin (Maxaradze) sözlərinə görə, işlərə Patriarxlıq rəhbərlik edəcək və Mədəniyyət Nazirliyi bu prosesdə monitorinq və təftişdə iştirak edəcək.

“Patriarxa bütün resurslar veriləcək - maliyyə büdcəsi, orada işlərin içəridə və xaricdə davam etdirilməsi üçün lazım olan skelet, lazımi şərtlə ki, YUNESKO-nun göndərdiyi qrup işin rəhbəri olsun. Birgə iclaslar zamanı qrupun dəyişdirilməsi zərurəti ortaya çıxsa, bu barədə sonra qərar verəcəyik. Bu gün konkret şəxslərdən söhbət getmirdi. Növbəti görüşlərin səlahiyyəti bu və ya digər istiqamət qrupunun üzvlərini bir-bir seçmək olacaq və yəqin ki, Çubinaşvili İnstitutu da bu işə cəlb olunacaq. Amma onların vaxtından əvvəl addım atıb-atmayacağını demək mümkün deyil, amma növbəti iclasda bütün işçi qrupu qarşılıqlı razılaşma əsasında formalaşacaq”, - Alaverdili mitropolit bildirib.

2021-ci ilin martında Mədəniyyət, İdman və Gənclər Naziri təyin edilmiş Tea Tsulukiani, 2022-ci ilin sentyabrında, Gelatidə prosesin düzgün yolda olduğunu və 2021-ci ilin martına qədər orada baş verənlərə görə cavabdeh olmadığını açıqlayırdı.

Mədəniyyət və Abidələrin Mühafizəsi Nazirliyinin tabeliyində olan Gürcüstan İncəsənət Tarixi və Abidələrin Mühafizəsi üzrə Qiorqi Çubinaşvili Milli Tədqiqat Mərkəzi Gelati məbədlərindəki freskaların zədələnməsi ilə bağlı tənqidi və narahatlıq doğuran hesabatını yanvarın axırı yayımladı.

Hesabatda cinayət tərkibinin əlamətləri olan bir sıra faktlar ortaya çıxır.

  • İş ilkin layihə olmadan qeyri-kvalifikativ insanlar tərəfindən görülüb. Dama suyun sızmasının səbəbi keyfiyyətsiz kirəmitlərlə yanaşı, həm də qeyri-peşəkar döşənməsi, yanlış düzəldilmiş novlar, su boruları, divarlarla birləşmələr olmuşdu.
  • Nəticədə bir neçə il ərzində hər şiddətli yağış zamanı divarlara və tağlara onlarla litr su axırdı. Bəzən su öz yolunu tapıb səpintiylə içəri axırdı (məsələn, cənub-qərb pendentivindən) və onun çox hissəsi bina tərəfindən udulur, bu da divar rəsmlərinə ağır təsir göstərirdi.
  • Müvəqqəti damı quraşdırarkən, kirəmitlərin qoyulması zamanı edilən eyni səhv təkrarlandı: kirəmitlər divarlardan kifayət qədər kənar çıxmır.
  • Dam örtüyünün qismən götürülməsi binanın qeyri-bərabər quruması probleminə səbəb oldu. Rütubətin buxarlanması bu istiqamətdə getdi və bu, qərb qolunun divar rəsmləri üçün əlavə problemlər yaratdı.
  • Gelati məbədləri ilə bağlı qərarların qəbulu prosesi həddən artıq mərkəzləşdirilmiş və qeyri-şəffafdır.

Hesabat müəllifləri Gelatinin orijinal gips işlərinə bərpaçıların müdaxiləsini son dərəcə narahatedici metodoloji pozuntu kimi qeyd edirlər - “Tarixi gerçəkliyi onların şərh etdiyi reallıqla əvəz etmək mahiyyətcə rəsm əsərinin saxtalaşdırılmasıdır və Ümumdünya İrs Abidənin görkəminə xələl gətirir.

Vəziyyəti o da ağırlaşdırır ki, qərb qolunun rəsminin orijinal üzünə dağıdıcı müdaxilələr peşəkar dairədən gizli şəkildə həyata keçirilirdi - heç bir peşəkar qiymətləndirmə, nəzərdən keçirmə və ya təsdiqləmə mərhələsindən keçməmişdir bu”.

Çubinaşvili Mərkəzinin bu narahatlıq doğuran hesabatınının yayımlanmasından sonra Mədəniyyət Nazirliyinin auditi mərkəzin fəaliyyətini öyrənməyə başlayıb.

Gürcüstan xəbərləri
Gürcüstan xəbərləri
müstəqil, ictimai-siyasi onlayn nəşrdir. Vebsayt İnformasiya Resursları Şəbəkəsi (IRN) tərəfindən idarə olunur