Mədəniyyət Nazirliyinin Baş Müfəttişliyinin nümayəndələri İncəsənət Sarayının əməkdaşları ilə birlikdə bu gün Gürcüstan prezidentinin iqamətgahına daxil olublar. Onlar Orbeliani Sarayında müvəqqəti olaraq yerləşdirilmiş beş əsəri götürüblər.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
Söhbət rəssam Svimon Dadianinin əsərlərindən gedir. “Rustavi 2” teleşirkətinin məlumatına görə, əsərlərin Orbeliani Sarayında iki il müddətinə yerləşdirilməsi üçün müqavilə 2020-ci il noyabrın 30-da imzalanıb, lakin müddət bitdikdən sonra prezident administrasiyası onları geri qaytarmayıb.
“Bir əsərdə çox cüzi zədə var, amma bütün əsərlərin fotofiksasiya olması üçün aparırıq. Qəbul-təhvil aktı, restavrasiya nəticəsi, hər iki tərəfdən bütün sənədlər qaydasındadır... amma oldu... hər şey təsadüfən olur. Gəlmişik ki, bu əsərləri götürək, bərpa edək [zədələnmiş əsərləri], sonra müzakirə edək ki, bu əsərlər müvəqqəti qaytarılacaq, ya yox”, - bu barədə jurnalistlərə İncəsənət Sarayı Fondunun mühafizəçisi Elo Çiçinadze məlumat verib.
Mədəniyyət Nazirliyinin Baş Müfəttişliyinin əməkdaşları əsərləri götürmək üçün Orbeliani Sarayına fevralın 10-da da gəliblər. Müfəttişliyin rəis müavini Kaxaber Çumbadzenin sözlərinə görə, “anlaşılmaz izahat alıblar” və onların rəsmləri götürməsinə mane olunub.
“Prezident institutuna hücum və ya hücum cəhdini ifadə edən prezidentlə bağlı istənilən fakt siyasidir”, - bu barədə Gürcüstan prezidentinin mədəniyyət məsələləri üzrə müşaviri Konstantine Natsvlişvili bildirib. Onun izahına görə, prezident administrasiyası rəsm əsərlərinin sərgisi ilə bağlı müəyyən edilmiş müddətləri pozmayıb, çünki İncəsənət Sarayı ilə imzalanmış qarşılıqlı əməkdaşlıq memorandumu Salome Zurabişvilinin prezidentlik müddətinin sonuna qədər qüvvədədir.
Bundan əlavə, Konstantine Natsvlişvili deyir ki, rəsmdə kiçik bir zədənin nə vaxt olduğu müəyyən edilə bilməz – saraya gətiriləndən sonra, yoxsa ondan əvvəl olmuşdu bu?
“Mavi Qalereyanın həyətində 20 polis maşını. Sənətkar dövlət üçün belə təhlükə yarada bilərmi? Ən azı, bu bizə başqa bir dövrü xatırladır və həqiqətən də müasir Gürcüstanı biabır edir”, - dünən, fevralın 12-də Milli Qalereyanın yanında rəssam Sandro Sulaberidzeyə dəstək məqsədilə keçirilən aksiyaya Salome Zurabişvili bu cür münasibət bildirib.
Rəssamlar, qeyri-hökumət təşkilatlarının nümayəndələri və fəallar aksiyanı Daxili İşlər Nazirliyinin Sandro Sulaberidzenin qalereyanın divarını yazması faktını oğurluq ittihamı ilə araşdırmağa başlamasından sonra keçiriblər.
Fevralın 4-də sərginin açılışında Sandro Sulaberidze öz əsərini divardan götürərək yerinə gürcücə “incəsənət canlı və müstəqildir” ifadəsini yazıb. Hadisə ilə bağlı sərginin kuratoru Keti Şavqulidze polisə çağırılıb və dindirilib.
Sənətkarlar hesab edirlər ki, Mədəniyyət Nazirliyi ifadə azadlığını məhdudlaşdırmağa çalışır, onlar Sandro Sulaberidzeyə qarşı qaldırılan cinayət işinin kvalifikasiyasının dəyişdirilməsini tələb edirlər.