Tbilisi Şəhər Məhkəməsinin hakimi Lela Tsaqareishvili rus qanunu əleyhinə etiraz aksiyalarının iştirakçısı Qiorqi Dumbadzeni qanun pozucusu kimi tanıyıb və onu 5000 lari cərimələyib. Daxili İşlər Nazirliyi 18 yaşlı fəalı toplaşmaq və ya nümayiş keçirmə qaydalarını pozmaqda, xüsusən də parlament binası qarşısında yolu kəsməni təşkil etməkdə ittiham edir.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
Vəkil Dimitri Nozadzenin sözlərinə görə, Daxili İşlər Nazirliyi televiziyada yayımlanan videogörüntüləri məhkəməyə sübut kimi təqdim edib və bu, Qiorqi Dumbadzenin yolun bağlanmasının təşkilatçısı olduğunu sübut etmir.
“Daxili İşlər Nazirliyinin məntiqinə görə, şəxsin əlində səsgücləndirici tutması təşkil halı ola bilər. Bizə cavab verə bilmədilər, bunu hansı meyarlarla müəyyənləşdirdilər, nədə təzahür etdi. Hakim vəsatəti təmin etməyib və protokol tərtib edən polis məhkəməyə gətirilməyib”, - deyə vəkil bildirib.
Nümayişçilər aksiyalarda iştirak etdikdən bir neçə həftə sonra öyrəniblər ki, barələrində inzibati xəta haqqında protokol tərtib edilib. Qiorqi Dumbadzenin işində söhbət aprelin 24-də rus qanunu əleyhinə keçirilən yürüşdən gedir.
“Aprelin 24-də baş vermiş hadisələrlə bağlı mayın 15-də məhkəməyə inzibati xəta haqqında iş verilib.
Polislər bizə yerindəcə müqavimət göstərmədilər, əksinə, yolu keçməyimiz üçün yolu açdılar. Hakimə dedim ki, orada heç kim təşkilatçı deyildi, insanların yolu keçməsi üçün çağırışa ehtiyac yoxdur. Yolun bağlanması prioritet deyildi, lakin bu, bizim üçün yürüş yolu idi. Biz onu da dedik ki, avtobuslar, təcili yardım maşınları və digər maşınları buraxacağıq. Məqsədimiz vətəndaşlara narahatlıq yaratmaq deyildi.
Bununla belə, bu otaqlarda kimin nə dediyinin əhəmiyyəti yoxdur. Qərarlar əvvəlcədən verilib və hakim, yəqin ki, bir neçə gün əvvəl ona deyilənləri bizimlə bölüşüb”, - Qiorqi Dumbadze bildirib.
Tbilisi Şəhər Məhkəməsində rus qanunu əleyhinə hərəkətlərin iştirakçılarının məhkəməsi davam edir. Fotoqraf Luka Qviniaşvili, Dimitri İoseliani və Nikoloz Alxazaşvili bu gün 2400-2400 lari məbləğində cərimələnib.
Polis “xarici agentlər” haqqında rus qanunu əleyhinə hərəkətlərə görə inzibati qaydada 200-ə yaxın şəxsi saxlayıb. Polis əməkdaşına hücum etmək və əmlaka ziyan vurmaq ittihamı ilə 9 nəfər prokurorluq tərəfindən cinayət məsuliyyətinə cəlb edilib.