Tbilisi şəhər məhkəməsi rus qanunlarına qarşı martın 7-9-da keçirilən etiraz aksiyalarının iştirakçısı 21 yaşlı Lazare Qriqoriadisiyə qarşı həbs qətimkan tədbiri seçib. Vəkil onun 10 000 lari girov müqabilində azadlığa buraxılmasını tələb etsə də, hakim Arsen Kalatozişvili prokurorluğun vəsatətini təmin edib.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
Bugünkü məhkəmə prosesində Lazare Qriqoriadisi susmaq hüququndan istifadə edib və istintaqa ifadəni təkrardan verəcəyini bildirib. Təqsirləndirilən şəxsin vəkilləri həbs qətimkan tədbiri ilə razılaşmırlar.
“Biz 48 saat ərzində hakimin qərarından apellyasiya şikayəti verəcəyik. Təqsirləndirilən şəxs özü bizə bildirdi ki, mən ifadə verən an çox çaşqın idim, ona görə də sizinlə məsləhətləşəcəm və imkan daxilində susmaq hüququmdan istifadə edəcəyəm. Biz izah etdik ki, o, susmaq hüququndan istifadə edə bilərdi və etdi.
Prokurorluq təqsirləndirilən şəxsin gizlənməsi, sübutların toplanmasına mane olması, yeni cinayət törətməsi təhlükəsini arqumentlərlə əsaslandıra bilmədi. Bundan başqa, ittiham edən tərəf bu barədə hər hansı bir hökmün olmasına baxmayaraq, bildirirdi ki, təqsirləndirilən şəxs barəsində daha əvvəldən hökm çıxarılıb. Hesab edirəm ki, prokurorluq təqsirsizlik prezumpsiyasını pozub”, - vəkil Lika Bitadze jurnalistlərə bildirib.
“Rustavi 2” Qriqoriadisinin istintaq üçün verdiyi ifadəni yayımlayıb, burada televiziya şirkətinin məlumatına görə, təqsirləndirilən şəxs polisə iki dəfə eyni adlı “molotov kokteyli” atdığını etiraf edir və polis maşınına od vurduğunu deyir.
Lazare Qriqoriadisi martın 29-da saxlanılıb. Prokurorluq onu polis əməkdaşlarının xidməti vəzifələrini yerinə yetirərkən sağlamlığına zərər vurma və dövlət əmlakını məhv etmə maddələri ilə ittiham edib. Cinayət 7 ildən 11 ilə qədər azadlıqdan məhrumetmə ilə cəzalandırılır.
Daxili İşlər Nazirliyindən verilən məlumata görə, aparılan araşdırmalarla müəyyən edilib ki, martın 7-i saat 23:15 radələrində Rustaveli prospektində keçirilən mitinq zamanı Lazare Qriqoriadisi Daxili İşlər Nazirliyinin Xüsusi Tapşırıqlar İdarəsinin əməkdaşlarına peşə fəaliyyətlərini yerinə yetirən zaman 2 dəfə eyni adlı “molotov kokteyli” atıb. Nəticədə Xüsusi Tapşırıqlar İdarəsinin iki əməkdaşı müxtəlif növ yanıq xəsarətləri alıb. Prokurorluğun məlumatına görə, təqsirləndirilən şəxs martın 9-da gecə saatlarında Q. Çanturiya küçəsində Daxili İşlər Nazirliyinə məxsus “Toyota Corolla” markalı avtomobilə qəsdən od vurub, avtomobil yerindəcə yanıb. İttiham tərəfi iddia edir ki, avtomobilin yandırılması nəticəsində dövlət büdcəsinə 39 500 lari dəyərində maddi ziyan dəyib.
Hökumətdən maliyyə cəhətdən müstəqil olan qeyri-hökumət və media təşkilatlarını “xarici təsir agenti” kimi qeydiyyatdan keçməyə məcbur edən və məqsədi ölkədə müstəqil ictimai təşkilatları yoxa çıxarmaq olan rus qanunu “Gürcü Arzusu” tərəfindən martın 7-də birinci dinləmədə qəbul edilib. Həmin gün on minlərlə insan Tbilisidə hakimiyyətin bu qərarına qarşı çıxıb. Nümayişçilər rus qanununun ləğvini tələb ediblər. Hökumət gözyaşardıcı qaz, su şırnaqları və bibər qazından istifadə edərək aksiyanı dağıdıb. Çoxminlik aksiya martın 8-də də keçirilib və bu aksiya hökumət tərəfindən yenidən dağıdılıb. Xüsusi təyinatlılar gecə boyu nümayişçiləri küçələrdə təqib edərək onları saxlayıb və döyüblər. Qəddarcasına dağıdılmadan sonra etirazçılar Daxili İşlər Nazirliyinin maşınlarını sındıraraq yandırıblar. Çoxsaylı müraciətlərə baxmayaraq, Səhiyyə Nazirliyi aksiyada neçə iştirakçının xəsarət aldığı barədə məlumat açıqlamır. Polisin tərəfində aksiyanın dağıdılması zamanı nümayişçilərdən birinin görmə qabiliyyətini itirdiyi məlum olub.
Güclü etiraz və bənzəri görünməmiş beynəlxalq təzyiq nəticəsində “Gürcü Arzusu” martın 10-da keçirilən plenar iclasda rus qanununu ikinci dinləmədə ləğv edib.