Məhkəmə Korrupsiyaya Qarşı Mübarizə Bürosuna sanksiya tətbiq edilən hakimlərin əmlakını yoxlamağı qadağan edib

“Gürcü Arzusu”nun rus qanunu müstəqil medianın və ictimai təşkilatların mövcudluğuna təhlükə yaradır, Gürcüstanın Avropa İttifaqına üzv olmasına mane olur.

Rus qanunu Gürcüstanda, eynilə Rusiyada söz azadlığını yox edən Putinin qaydalarının təməlini qoyur.

Məzlum olduğunuz zaman probleminizi işıqlandıran və yanınızda duran olmayacaq.

“Gürcüstan Xəbərləri” “Gürcü Arzusu”nun rus tipli qəsdinə sona qədər müqavimət göstərəcək!

"Azadlıq Radiosu"nun fotosu

Tbilisi Şəhər Məhkəməsi nüfuzlu hakimlər Mixeil Çinçaladze, Levan Murusidze, Serqo Metopişvili və Vasil Mşvenieradzenin iddiasını təmin edib, nəticədə Korrupsiyaya Qarşı Mübarizə Bürosu indiki mərhələdə onların əmlak bəyannaməsini yoxlaya bilməyəcək. Bu hakimlərdən ikisi - Mixeil Çinçaladze və Levan Murusidze ABŞ Dövlət Departamenti tərəfindən “əhəmiyyətli korrupsiya işlərində iştiraka görə” sanksiyaya məruz qalıb.

“12 yanvar 2024-cü ildə Korrupsiyaya Qarşı Mübarizə Bürosunun yaratdığı müstəqil komissiya 2024-cü ildə əmlak bəyannaməsi yoxlanılmalı olan 300 vəzifəli şəxsi, o cümlədən 27 hakimi seçib. Komissiya bu qərarı yüksək ictimai maraq və yüksək korrupsiya riski meyarlarından irəli gələrək qəbul edib.

Seçilmiş şəxslər siyahısına Mixeil Çinçaladze, Levan Murusidze, Serqo Metopişvili və Vasil Mşvenieradze də daxil edilib. Həmin hakimlər Tbilisi Şəhər Məhkəməsinə müraciət edərək komissiyanın iclas protokolunun etibarsız hesab edilməsini istəyiblər. Hakimlər Leila Poladişvili, Valeriane Pilişvili, Nino Buaçidze və Lela Mildenberger hakimlər, Çinçaladze, Murusidze, Metopişvili və Mşvenieradzenin bəyannamələrinin araşdırılmasını dayandırıblar. Qeyd etmək lazımdır ki

Seçilmiş 300 siyasi və peşəkar vəzifəli məmurdan yalnız hakimlər onların aktivlərinin yoxlanılması prosesinin dayandırılmasını istəyib.

Hakimlər Gürcüstan adından ədalət mühakiməsini həyata keçirir və ədalət mühakiməsi korrupsiyanın ən həssas olduğu sektorlardan biridir. Eyni zamanda, ictimaiyyətə açıq olan bir sıra məlumatlar, o cümlədən “Monitor” studiyasının  jurnalist araşdırması Mixeil Çinçaladze və Levan Murusidzenin gəlirlərinin diqqətlə öyrənilməsinin zəruriliyindən xəbər verir.

Dürüst hakim Korrupsiyaya Qarşı Mübarizə Bürosunun onun bəyannaməsinə daxil olan məlumatları yoxlamasına etiraz etməməlidir. Hakimlərin əmlak vəziyyəti haqqında bəyannamələrin yoxlanılmasına mane olması isə onların bəyannamələrində yer alan məlumatların etibarlılığına əsaslı şübhələr yaradır”, - “Gənc Hüquqşünaslar Assosiasiyası”, “Beynəlxalq Şəffaflıq Gürcüstan” və “İnformasiya Azadlığının İnkişafı İnstitutu”nun birgə bəyanatında bildirilir.

Təşkilatlar Korrupsiyaya Qarşı Mübarizə Bürosunu hakimlərin qaldırdığı iddiaları, habelə məhkəmənin qəbul etdiyi aralıq aktları ictimailəşdirməyə və müzakirə olunan, məhkəməyə etimadı xeyli sarsıdan faktla bağlı ictimaiyyətə dolğun məlumat verməyə çağırır. 

Gürcüstan xəbərləri
Gürcüstan xəbərləri
müstəqil, ictimai-siyasi onlayn nəşrdir. Vebsayt İnformasiya Resursları Şəbəkəsi (IRN) tərəfindən idarə olunur