Məhkəmə Lazare Qriqoriadisi barəsində 9 il müddətinə azadlıqdan məhrum etmə seçib

“Gürcü Arzusu”nun rus qanunu müstəqil medianın və ictimai təşkilatların mövcudluğuna təhlükə yaradır, Gürcüstanın Avropa İttifaqına üzv olmasına mane olur.

Rus qanunu Gürcüstanda, eynilə Rusiyada söz azadlığını yox edən Putinin qaydalarının təməlini qoyur.

Məzlum olduğunuz zaman probleminizi işıqlandıran və yanınızda duran olmayacaq.

“Gürcüstan Xəbərləri” “Gürcü Arzusu”nun rus tipli qəsdinə sona qədər müqavimət göstərəcək!

Tbilisi Şəhər Məhkəməsi rus qanunlarına qarşı mart aksiyalarının iştirakçısı Lazare Qriqoriadisi 9 il müddətinə azadlıqdan məhrum edib. Hakim Zviad Şaradze onu polislərin sağlamlığına zərər vurmaqda və dövlət əmlakını məhv etməkdə təqsirli bilib.

Xüsusilə, hakim Qriqoriadisini polisin sağlamlığına zərər vurma maddəsi ilə 9 il, dövlət əmlakını məhv etmə maddəsi ilə 4 il müddətinə azadlıqdan məhrum edib, lakin, daha ağır cəza daha yüngül cəzanı əhatə edib. Hakimin sözlərinə görə, 29 mart 2023-cü ildən 25 oktyabr 2023-cü il tarixinədək olan həbs müddəti Lazare Qriqoriadisinin cəza çəkmə müddətinə daxil ediləcək.

“Biz təqsirli hökmü gözləyirdik, lakin, 9 il yenə də gözlənilməz idi. Bu qərarı məhkəmə verməyib. Bu, siyasi qərardır”, - vəkil Lika Bitadze bildirib.

Müdafiə tərəfi hökmün ədalətsiz və qanunsuz olduğunu hesab edir. Hakim Zviad Şaradzenin sözlərinə görə, məhkəmənin hansı sübutlara əsaslandığını ətraflı təsvir edən əsaslandırılmış qərar qanunla müəyyən edilmiş müddətdə tərəflərə veriləcək.

Lazare Qriqoriadisi özünü təqsirli hesab etmir. Ailə əfv üçün prezident Salome Zurabişviliyə müraciət etmək niyyətindədir.

21 yaşlı Lazare Qriqoriadisi 2023-cü il, martın 29-da polis tərəfindən həbs edilib. İttiham tərəfinin sözlərinə görə, martın 7-də Rustaveli prospektində, Qriqoriadisi “Xarici agentlər” haqqında “rus qanunu”na qarşı keçirilən aksiyada DİN-in Xüsusi Təyinatlı Təyinat İdarəsinin xidməti vəzifəsini yerinə yetirən əməkdaşları istiqamətində iki dəfə “Molotov kokteyli” atıb. Həmçinin, martın 9-da Çanturia küçəsində təqsirləndirilən şəxs Daxili İşlər Nazirliyinə məxsus “Toyota Corolla” markalı avtomobilə qəsdən od vurub, nəticədə avtomobil hadisə yerindəcə yanıb və dövlət büdcəsinə 39500 lari dəyərində maddi ziyan dəyib.

Prokurorluq Lazare Qriqoriadisiyə Cinayət Məcəlləsinin 353-cü maddəsinin ikinci hissəsi (polis əməkdaşının xidməti fəaliyyəti ilə əlaqədar sağlamlığına qəsd etmə) və 187-ci maddənin ikinci hissəsinin “a” yarımbəndi (özgənin əmlakını yandıraraq məhv etmə) ilə ittiham edib ki, bu da, cəza tədbiri kimi 7 ildən 11 ilədək azadlıqdan məhrum etməni nəzərdə tutur.

Sentyabrın 25-də məhkəmə iki il əvvəlki məişət zorakılığı işi üzrə Lazare Qriqoriadisini 1,5 il müddətinə azadlıqdan məhrum edib. İşdən apellyasiya şikayəti verilib, proses bitməyib.

Gürcüstanınkeçmiş baş naziri İrakli Ğaribaşvili dəfələrlə Lazare Qriqoriadisiyə qarşı təqsirsizlik prezumpsiyasını pozub. Aprelin 3-də baş nazir deyib ki, “o [Lazare] polisi diri-diri yandırmaq niyyətində olub”. İyunun 30-da Ğaribaşvili parlamentdə çıxışı zamanı Lazare Qriqoriadisini növbəti dəfə günahkar elan edib: “Hansısa çirkin adam birbaşa polisə molotov kokteyli atıb onu diri-diri yandırmaq qərarına gəlib. Kim olduğu mənə maraqlı deyil. Bunu sizə hiddətlə deyirəm. Mən burada tamamilə barışmaz olacağam. Belə şeyə görə heç kəsi bağışlamayacağıq. Bu dövlətə əl qaldırmaqdır. Qoy bunu hamı yaxşı yadında saxlasın. İndi çıxıb müdafiə etsinlər. Niyə müdafiə etmirlər?! Niyə həbsdən çıxarmırlar?! Onu heç kim çıxara bilməz, polisə əl qaldırılan bu ağır cinayəti heç kim bağışlaya bilməz”.

Tbilisi şəhər məhkəməsi Lazare Qriqoriadisinin İrakli Ğaribaşviliyə və “Gürcü Arzusu”nun hazırkı sədri İrakli Kobaxidzeyə qarşı iddiasını qəbul etməkdən üç dəfə imtina edib. Lazare Qriqoriadisi böhtan faktının müəyyən edilməsini, şərəf və ləyaqətə toxunan ifadələrin rədd edilməsini, mənəvi ziyanın ödənilməsini tələb edib.

Gürcüstan xəbərləri
Gürcüstan xəbərləri
müstəqil, ictimai-siyasi onlayn nəşrdir. Vebsayt İnformasiya Resursları Şəbəkəsi (IRN) tərəfindən idarə olunur