Tbilisi Şəhər Məhkəməsi Temur Şarikadze və Maia Pataridzenin Mədəniyyət Nazirliyinin tabeliyindəki Milli Muzeydən azad edilməsini qanunsuz hesab edib.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
Hakim Nana Şamatava Temur Şarikadzenin iddiası üzrə qərarı martın 5-də, hakim Soso Ğurtskaia isə Maia Pataridzenin iddiası ilə bağlı qərarı fevralın 28-də elan edib.
Hər iki halda iddialar əsasən təmin edilib. O cümlədən, Milli Muzeyin direktor müavini Nika Axalbedaşvilinin Temur Şarikadze və Maia Pataridzenin işdən çıxarılması ilə bağlı əmri qüvvədən düşmüş hesab edilib. Milli Muzeyə zərərçəkmişlərin işdən azad olunduqları gündən məhkəmə qərarı icra olunana qədər dəymiş ziyanın ödənilməsi tapşırılıb. Bundan əlavə, Milli Muzey Temur Şarikadzeyə 3000 lari, Maia Pataridzeyə isə 2000 lari ödəməli olacaq.
“Elm, Təhsil və Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı” Milli Muzeydən qanunsuz olaraq işdən çıxarılan işçilərin maraqlarını qoruyur. Vəkil Davit Omsaraşvilinin sözlərinə görə, muzeydə aparılan yenidənqurma nəticəsində Temur Şarikadze və Maia Pataridzenin tutduğu vəzifələr ləğv edilib və məhkəmə onları iş yerlərinə bərpa etmək üçün muzeyi məcbur edə bilməz.
Regional muzey kolleksiyalarının qeydiyyatı-mühafizəsi və idarə olunması sektorunun müdiri Temur Şarikadze və numizmat, tarix elmləri doktoru Maia Pataridze 2022-ci ildə Gürcüstan Milli Muzeyindən azad ediliblər. Onların və digər 19 əməkdaşın işdən çıxarılmasına səbəb kimi yenidən qurma göstərilib.
2021-ci ilin mart ayında Mədəniyyət, İdman və Gənclər Nazirliyinin ayrılmasından və Tea Tsulukianinin nazir təyin edilməsindən sonra nazirliyin tabeliyində olan müxtəlif qurumlarda yenidənqurma və genişmiqyaslı kadr dəyişikliklərinə başlanılıb. Nazirlik sistemində qanunsuz olaraq işdən çıxarılan 10-dan çox şəxs əmək mübahisələrində məhkəmədə qalib gəlib, onların arasında Eka Kiknadze, Lika Mamatsaşvili, İrma Manaqadze, Dinara Vaçnadze, Nana Qabrichidze-Buadze, Quqa Qoqadze, Qiorqi Camburia, Tina Vaşakçamadze və s. var.