Tbilisidə ailənin evdən çıxarılması əleyhinə keçirilən aksiyada Milli İcra hakimiyyəti Bürosunun avtomobilinə qrup şəklində ziyan vurmaqda ittiham olunaraq həbs edilən Qiorqi Xasaia və Akaki Çikobava həbsdən azad edilib.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
Prokurorluq həbs qətimkan tədbirinin girovla əvəz olunması tələbi ilə Tbilisi Şəhər Məhkəməsinə müraciət edib. İttiham tərəfi 5000 lari girov tələb edib, lakin hakim Aleksandre İaşvili vəsatəti qismən təmin edib və müttəhimlərə 3000-3000 lari girov təyin edib.
“Təqsirləndirilən şəxslər cinayət əməllərini etiraf ediblər. Həmçinin dəymiş ziyanı tam ödəyiblər. Müvafiq olaraq, ittiham tərəfi həbsin artıq zəruri qabaqlayıcı tədbir olmadığını hesab edib və girovdan istifadə etmək xahişi ilə məhkəməyə müraciət edib”, - prokuror Levan Vepxvadze bildirib.
Təqsirləndirilən şəxslərin vəkili Quram İmnadze bildirib ki, Akaki Çikobava və Qiorqi Xasaia törətdikləri əməli başından bəri etiraf ediblər, maddi ziyanı inkar etməyiblər və dəymiş ziyanı ödəməyə hazır olduqlarını bildiriblər.
“Aydındır ki, bu qərar onların həbsdə qalmasından daha ədalətlidir”, - vəkil qeyd edib.
Yanvarın 23-də Tbilisi şəhəri, Kekelidze küçəsi N1-də Xatiaşvili ailəsinin zorla evdən çıxarılmasına qarşı keçirilən aksiyada ümumilikdə 20 nəfər saxlanılıb. Akaki Çikobava və Qiorqi Xasaia Milli İcra Hakimiyyəti Bürosuna məxsus avtomobilə qəsdən qrup şəklində ziyan vurmaqda ittiham olunub ki, bu da 3 ildən 6 ilə qədər həbs cəzası ilə cəzalandırılır. Prokurorluğun məlumatına görə, Çikobava və Xasaianın hərəkətləri nəticəsində dövlətə 3380 lari dəyərində ziyan dəyib. Yanvarın 25-də Tbilisi şəhər məhkəməsi onların barəsində həbs qətimkan tədbiri seçib. Apellyasiya Məhkəməsi də qərarı qüvvədə saxlayıb.
Kekelidze küçəsində saxlanılan qalan 18 nəfərə gəlincə, Daxili İşlər Nazirliyi onları inzibati xəta törətməkdə - xırda xuliqanlıq və polisin qanuni tələbinə tabe olmamaqda ittiham edir. Məhkəmə saxlanılanların bəzilərini qanun pozucuları kimi tanıyıb və 2000-2000 lari məbləğində cərimələyib. Hakim Nino Şçerbakov aksiyanı işıqlandırarkən qanunsuz şəkildə saxlanılan jurnalist Qela Mtivlişvilini də 2000 lari cərimələyib. Məhkəmə prosesləri hələ bitməyib.