Tbilisi Şəhər Məhkəməsi Kekelidze küçəsində köçürülmə əleyhinə aksiyanın işıqlandırılması zamanı saxlanılan jurnalist, “Dağ Xəbərləri” və “Gürcüstan Xəbərləri”nin redaktoru Qela Mtivlişvilini qanunu pozan şəxs kimi tanıyıb. Hakim Nino Şerbakov jurnalisti 2000 lari məbləğində cərimələyib.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
İş üzrə məhkəmə prosesi yanvarın 25-də keçirilib və hakim bu gün, yanvarın 31-də qərarı elan edib.
“Məhkəmə zamanı Daxili İşlər Nazirliyi zorakılıq edən polisin yalan ifadəsi istisna olmaqla, mənim cinayət törətdiyimi sübut edəcək heç bir dəlil təqdim edə bilmədi. Əksinə, peşə fəaliyyətimi yerinə yetirərkən tamamilə qanunsuz saxlanıldığımı sübut edən videomaterialı təqdim etdik. Hakim hansı qərarı çıxarsa, biz DİN-də saxlanmanın (protokolun) qanunauyğunluğundan ayrıca şikayət verəcəyik. Yaxın günlərdə polislərin verdikləri yalan ifadələrə görə (biri məhkəmədə dedi ki, saxlanılan şəxsi onların əlindən almağa çalışırdım, onların analarına söyürdüm; protokola digər polis işçisi də imza atıb) istintaqa başlamaq üçün ən yaxın zamanda prokurorluğa müraciət edəcəyəm. Məhkəmə mənə bəraət qazandırmasa, qərardan apellyasiya məhkəməsinə şikayət edəcəyik və ondan sonra Strasburqa gedəcəyik!”, - Mtivlişvili qərar elan olunmazdan əvvəl bildirib.
Daxili İşlər Nazirliyinin əməkdaşları Qela Mtivlişvilini yanvarın 23-də Tbilisinin Kekelidze küçəsinin N1 ünvanında, Xatiaşvili ailəsinin evdən çıxarılmasını işıqlandırmaq üçün ora gedən zaman polisin qanuni tələbinə tabe olmamasını əsas gətirərək saxlayıblar. Təxminən 6 saatdan sonra saxlanılan jurnalist əl yazısı əsasında sərbəst buraxılıb. O, heç bir cinayət törətmədiyini və peşə fəaliyyətinə maneçilik törətmək məqsədilə qanunsuz saxlanıldığını bildirib. Qela Mtivlişvilinin sözlərinə görə, həbsdən sonra polis əməkdaşları ona fiziki təzyiq göstəriblər.
Kekelidze küçəsində ümumilikdə 20 nəfər saxlanılıb - onlardan 18-i xırda xuliqanlıqda və polisin qanuni tələblərinə tabe olmamaqda, iki nəfər Qiorqi Xasaia və Akaki Çikobava cinayət əməli törətməkdə, xüsusən, Milli İcra Hakimiyyəti Bürosuna məxsus avtomobilə qrup halında qəsdən zərər vurmaqda ittiham olunublar ki, bu da 3 ildən 6 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə saxlanılanların bəzilərini qanun pozucuları kimi tanıyıb və 2000-2000 lari məbləğində cərimələyib. Məhkəmə prosesləri hələ başa çatmayıb.
Qeyd edək ki, hakim Nino Şerbakov 2023-cü ilin martında agentlərlə bağlı “rus qanunu”na qarşı keçirilən aksiyada polisin qanuni tələbinə tabe olmadıqları bəhanəsi ilə qanunsuz olaraq həbs edilən jurnalistlər Zurab Vardiaşvili və Beka Jikuraşvilinin işlərinə baxıb. Bu işdə də onların hər ikisi inzibati xəta törətmiş şəxs kimi tanınıb və 2200 lari məbləğində cərimə edilib. 2023-cü ilin sentyabrında həmin hakim parlamentin qarşısında saxlanılan beş fəalı - əlində ağ vərəq tutan Eduard Marikaşvili və üzərində “ირაყლი” yazısı olan plakatları tutan Saba Braçveli, Nika Romanadze, Qriqol Pranqişvili və Nodar Sixarulidzeni də qanunu pozan kimi tanıyıb. Nodar Sixarulidze polisin tələbinə tabe olmamağa və xırda xuliqanlığa görə 2000 lari, digərləri isə xırda xuliqanlığa görə 500 lari cərimələnib.