Tbilisinin Kekelidze küçəsində ailənin evdən çıxarılması əleyhinə aksiyanı işıqlandırarkən saxlanılan “Dağ Xəbərləri” və “Gürcüstan Xəbərləri” nəşrlərinin redaktoru, jurnalist Qela Mtivlişvili əlyazma qeydi əsasında azadlığa buraxılıb. Jurnalist 6 saata yaxın şöbədə saxlanılıb. Daxili İşlər Nazirliyi onu polisin qanuni tələbinə tabe olmamaqda ittiham edir. Bu pozuntu 2000-3000 lari məbləğində cərimə və ya 15 günə qədər inzibati həbslə cəzalandırılır. Jurnalist qanunu pozmadığını və saxlanıldıqdan sonra polislərin ona fiziki təzyiq göstərdiyini deyir.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
“Məni tamamilə əsassız və qanunsuz yerə saxladılar. Aksiyanı işıqlandırmaq üçün 2-3 dəqiqə idiki gəlmişdim. Necə hiddətlidirlər, daha danışmayacağam.
Məni maşına mindirdikdə saxlanılmanın səbəbini, əsaslarını izah etməyi və vəkil çağırmağı qəti şəkildə tələb etdikdə beş polisdən üçü qeyri-adekvat oldu. Biri arxa oturacaqdan tullandı, o biri yanımda idi və məni boğurdular. Onların qeyri-insani hərəkətlərinə başqa nə ad vermək olar.
Stressə görə tibbi yardıma ehtiyacım oldu və təcili yardım çağırmadılar. 40 dəqiqə polis maşınında əsir qaldım. Sonra əmr aldılar və məni Vake-Saburtalo polis şöbəsinə apardılar. Birinci mərhələdə polis əməliyyatçıları məni orda da aşağıladılar – təxribatçı, o yana aparın, intriqan – bu və bu kimi sözləri əsirgəmədilər. Təxminən bir saat sonra, artıq şöbədə olan bir həkim çağırıldı, mənə yalnız o kömək etdi. Uzun fikir və tərəddüddən sonra digər saxlanılanlardan fərqli olaraq əlyazma qeydilə azadlığa buraxıldım.
Mən heç bir qanun pozuntusu etdiyimi qəbul etmirəm, çünki törətməmişəm. Məhkəmə mənə qarşı nə tətbiq etsə də, mən bu işi sona qədəraparacağam”, - Qela Mtivlişvili deyir.
Evdən çıxarılma zamanı polis digər jurnalistlərə qarşı da güc tətbiq edib. “Mautskebeli” onlayn platformasının jurnalisti Rati Ratiani maşının üzərində dayanaraq hadisələri canlı yayımlayarkən polis onun əlini qıvırıb yerə yıxıb. Nəşrin məlumatına görə, polis daha üç jurnalistə - Natia Karçiladze, Ani Qiorqadze və Qiorqi Arobelidzeyə də fiziki təzyiq göstərib.
Daxili İşlər Nazirliyinin əməkdaşları Kekelidze küçəsində ümumilikdə 20 nəfəri saxlayıblar. Saxlanılan şəxslərdən ikisi Milli İcra hakimiyyəti Bürosunun avtomobilinə ziyan vurmaqda, 18 nəfər isə polis əməkdaşının qanuni tələbinə tabe olmamaqda və ictimai asayişi pozmaqda ittiham olunur.
Media Vəkilliyi Koalisiyasının fikrincə, jurnalistlərin fəaliyyətinə qanunsuz müdaxilə faktları və jurnalistin həbsi media mühitini pisləşdirir və jurnalistlərin fundamental hüquqlarının açıq şəkildə pozulmasını göstərir.
Koalisiya Xüsusi İstintaq Xidmətini jurnalistlərə qarşı zorakılıq, onların peşə fəaliyyətinə qanunsuz müdaxilə və qanunsuz saxlanılma hallarını dərhal araşdırmağa çağırıb. “Qeyd olunan hadisələrin tez və hərtərəfli araşdırılması vacibdir, bundan sonra təqsirkar şəxslərin müəyyən edilərək cinayət məsuliyyətinə cəlb olunması vacibdir”, - məlumatda deyilir.
Həmçinin, Gürcüstanın Jurnalist Etikası Xartiyası dahüquq-mühafizə orqanlarından jurnalistlərin azadlığının qanunsuz məhdudlaşdırılması və saxlanma zamanı polislər tərəfindən həddindən artıq güc tətbiqi faktlarını araşdırmağı tələb edir.