Tbilisi Şəhər Məhkəməsi jurnalist, “Publika” ictimai-siyasi internet nəşrinin direktoru Zurab Vardiaşvilini qanun pozan kimi tanıyıb və onu 2200 lari məbləğində cərimələyib.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
Jurnalist martın 2-də “xarici təsir agentləri haqqında” rus qanun layihəsinə qarşı keçirilən aksiyada xırda xuliqanlıq və polisin tələblərinə tabe olmamaq səbəi ilə inzibati qaydada saxlanılıb və təxminən 2 saat sonra sərbəst buraxılıb. Tbilisi Şəhər Məhkəməsi işə aksiyadan təxminən bir ay sonra, martın 31-də gecə saat 2-də baxıb. Hakim Nino Şerbakov qərarı bu gün, aprelin 18-də elan edib.
Zurab Vardiaşvili Parlament binasının yanında, Çitadze küçəsində patrul polis idarəsinin direktoru Vaja Siradzenin əmri ilə sırf ona “satqın” dediyi üçün saxlanılıb. Saxlanılan zaman patrul polisinin yüksək rütbəli əməkdaşlarından biri Vardiaşvilini zorla Daxili İşlər Nazirliyinin maşınına mindirib. “Publika”nın məlumatına görə, qanun pozuntusu aktında Zurab Vardiaşvilinin “ucadan söyüş söydüyü, nalayiq sözlər işlətdiyi, yolun açılması ilə bağlı polisin dəfələrlə qanuni tələblərinə əməl etmədiyi” yazılıb. Vardiaşvili ittihamı qəbul etmir.
Martın 2-də parlament binası yaxınlığında ümumilikdə 36 nümayişçi xırda xuliqanlıq və polisə tabe olmamaqda ittiham edilərək saxlanılıb. Həbs olunanlar arasında Zurab Vardiaşvili ilə yanaşı, “Tabula” nəşrində çalışan jurnalist Beka Jikuraşvili də var idi. Jikuraşvili də cinayət törətdiyini inkar edir. Onun işi üzrə qərar aprelin 19-da açıqlanacaq.
Hökumətdən maliyyə cəhətdən müstəqil olan qeyri-hökumət və media qurumlarını “xarici təsir agenti” kimi qeydiyyatdan keçməyə məcbur edən və məqsədi ölkədə müstəqil ictimai təşkilatların yoxa çıxması olan rus qanunu “Gürcü Arzusu” tərəfindən martın 7-də birinci dinləmədə qəbul edilib. Həmin gün on minlərlə insan Tbilisidə hakimiyyətin bu qərarına qarşı çıxıb. Nümayişçilər rus qanununun ləğvini tələb ediblər. Hökumət gözyaşardıcı qaz, su şırnaqlı və bibər qazından istifadə etməklə etiraz aksiyasını dağıdıb. Çoxminlik aksiya martın 8-də də keçirilib və bu aksiya hökumət tərəfindən yenidən dağıdılıb. Xüsusi təyinatlılar gecə boyu nümayişçiləri küçələrdə təqib edərək onları saxlayıb və döyüblər. Qəddarcasına dağıdılmalardan sonra etirazçılar Daxili İşlər Nazirliyinin maşınlarını sındıraraq od vurublar.Çoxsaylı müraciətlərə baxmayaraq Səhiyyə Nazirliyi, neçə aksiya iştirakçısının xəsarət aldığı barədə məlumat açıqlamır. Nümayişçilərdən biri Zaza Biğiaşvili aksiyanın dağıdılması zamanı aldığı xəsarət nəticəsində bir gözündə görmə qabiliyyətini itirib.
Güclü etiraz və misli görünməmiş beynəlxalq təzyiq nəticəsində “Gürcü Arzusu” martın 10-da keçirilən plenar iclasda rus qanununu ikinci dinləmədə ləğv edib.