Rus qanunlarına qarşı keçirilən aksiyada saxlanılan jurnalistlər gecə yarısı mühakimə olunublar

“Gürcü Arzusu”nun rus qanunu müstəqil medianın və ictimai təşkilatların mövcudluğuna təhlükə yaradır, Gürcüstanın Avropa İttifaqına üzv olmasına mane olur.

Rus qanunu Gürcüstanda, eynilə Rusiyada söz azadlığını yox edən Putinin qaydalarının təməlini qoyur.

Məzlum olduğunuz zaman probleminizi işıqlandıran və yanınızda duran olmayacaq.

“Gürcüstan Xəbərləri” “Gürcü Arzusu”nun rus tipli qəsdinə sona qədər müqavimət göstərəcək!

jurnalistlər gecə yarısı məhkəmədə prosesin başlamasını gözləyirlər/Zurab Vardiaşvili

Gecə saat 2-də Tbilisi Şəhər Məhkəməsində 15 saat gecikmə ilə “Publika” nəşrinin redaktoru Zurab Vardiaşvilinin məhkəməsi başlayıb. Proses səhər saat 04:40-da başa çatıb. Hakim Nino Şçerbakov qərarın elanını aprelin 18-ə təxirə salıb.

Həmin hakim “xarici təsir agentləri haqqında” rus qanun layihəsinə qarşı martın 2-də keçirilən aksiyada həbs edilən digər jurnalist, “Tabula”nın müxbiri Beka Jikuraşvilinin işinə iki hissədə baxıb. Vardiaşvili kimi Daxili İşlər Nazirliyi Jikuraşvilini də xırda xuliqanlıqda və polisin qanuni tələbinə tabe olmamaqda ittiham edir. Qanun pozuntuları 2000-dən 3000 lariyə qədər cərimə və ya 15 günə qədər inzibati həbslə cəzalandırılır. Hakim Jikuraşviliyə qarşı inzibati xətanın bir hissəsinə martın 30-da, saat 15:00-da, digər hissəsinə isə gecə saatlarında, Vardiaşvilinin işinə baxılana qədər baxıb. Hakim Jikuraşvilinin işi üzrə də qərarın elan olunmasını təxirə salıb.

“Publika”nın redaktoru Zurab Vardiaşvili parlament binasının kənarında, Çitadze küçəsində patrul polisi departamentinin direktoru Vaja Siradzenin əmri ilə yalnız “satqın” deyə səsləndiyinə görə saxlanılıb. Saxlanma zamanı patrul polisinin yüksək rütbəli zabitlərindən biri Vardiaşvilini zorla DİN maşınına yerlşdirib. Xırda xuliqanlıq və ya polisin qanuni tələblərinə tabe olmamaq Jikuraşvili tərəfindən də baş verməyib.

Jurnalistlər saxlanıldıqdan təxminən 2 saat sonra sərbəst buraxılıb. Daxili İşlər Nazirliyi inzibati xətalarla bağlı protokolları məhkəməyə yalnız martın 30-da, demək olar ki, bir ay sonra təqdim edib.

Martın 2-də parlament binası yaxınlığında eyni maddələrlə ümumilikdə 36 nümayişçi saxlanılıb. İnsanlar dinc nümayişdə iştirak edirdilər, heç bir şey etmirdilər, lakin rəhbər şəxslərin təlimatı ilə, seçildikdə və ya yer dəyişdikdə polis onları saxlayırdı.

Məhkəmə qərarları məlum olan saxlanılanların əksəriyyətini sübut olmadığı halda inzibati xəta törətmiş şəxs kimi tanıyıb və onları 2000 lari məbləğində cərimələyib.

Hökumətdən maliyyə cəhətdən müstəqil olan qeyri-hökumət və media təşkilatlarını “xarici təsir agenti” kimi qeydiyyatdan keçməyə məcbur edən və məqsədi ölkədə müstəqil ictimai təşkilatları yoxa çıxarmaq olan rus qanunu “Gürcü arzusu” tərəfindən martın 7-də birinci dinləmədə qəbul edilib. Həmin gün on minlərlə insan Tbilisidə hakimiyyətin bu qərarına qarşı çıxıb. Nümayişçilər rus qanununun ləğvini tələb ediblər. Hökumət gözyaşardıcı qaz, su şırnaqları və bibər qazından istifadə edərək aksiyanı dağıdıb. Çoxminlik aksiya martın 8-də də keçirilib və bu aksiya hökumət tərəfindən yenidən dağıdılıb. Xüsusi təyinatlılar gecə boyu nümayişçiləri küçələrdə təqib edərək onları saxlayıb və döyüblər. Qəddarcasına dağıdılmadan sonra etirazçılar Daxili İşlər Nazirliyinin maşınlarını sındıraraq yandırıblar. Çoxsaylı müraciətlərə baxmayaraq, Səhiyyə Nazirliyi aksiyada neçə iştirakçının xəsarət aldığı barədə məlumat açıqlamır. Polisin tərəfində aksiyanın dağıdılması zamanı nümayişçilərdən birinin görmə qabiliyyətini itirdiyi məlum olub.

Güclü etiraz və bənzəri görünməmiş beynəlxalq təzyiq nəticəsində “Gürcü Arzusu” martın 10-da keçirilən plenar iclasda rus qanununu ikinci dinləmədə ləğv edib.

Gürcüstan xəbərləri
Gürcüstan xəbərləri
müstəqil, ictimai-siyasi onlayn nəşrdir. Vebsayt İnformasiya Resursları Şəbəkəsi (IRN) tərəfindən idarə olunur