Saçxere Rayon Məhkəməsi 153 gündür Koroxnali və Şukruti mədənlərində piket keçirən Çiaturnın Şukruti kənd sakinlərinə etirazlarını bu formada bildirməyi qadağan edib. Hakimin hökmü dərhal icra olunmalıdır. “Georgian Manganese” MMC şirkətin filiz hasilatı nəticəsində evləri dağılan, həyətlərində böyük çatlar əmələ gələn zərərçəkənləri məhkəməyə verib. “Georgian Manganese” hər gün uzunmüddətli aksiyada iştirak edən Şukruti sakinlərini məhkəməyə verir və onlardan 5,5 milyon lari təzminat tələb edir.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
Məhkəmənin qərarı aksiyaiştirakçılarına dünən çatdırılıb. Qərardan aydın olur ki, avqustun 8-də “Georgian Manganese”nin eksklüziv podratçısı olan “Mağaroeli” MMC Saçxere Rayon Məhkəməsinə müraciət edib – lisenziya sahibi ona manqan çıxarmaq səlahiyyəti verib. Şirkət aksiya iştirakçılarını maddi ziyan vurmaqda ittiham edir və onlardan 5 563 481 lari təzminat tələb edir.
“14 mart 2024-cü il tarixindən etibarən cavabdeh fiziki şəxslər “Georgian Manganese” MMC-yə məxsus Koroxnalı və Şukruti mədənlərində və yeraltı sahələrin girişlərində piketlər keçiriblər/bağlayıblar. Təqsirləndirilən şəxslər özbaşına havalandırma sistemini bağlayıb, bununla da yeraltı qurğulara təmiz havanın verilməsini dayandırıblar, nəticədə Koroxnali və Şukruti mədənləri, eləcə də oradakı ərazilər fəaliyyətini dayandırıb. Mədənlərə girişin bağlanması təqsirləndirilən şəxs kimi adları çəkilən şəxslərin qanunsuz hərəkətində özünü göstərir. Xüsusən də ərazilərin girişində dayanaraq şirkət işçilərinə fiziki müqavimət göstərirlər ki, ərazilərə daxil olub mədən işləri apara bilməsinlər. Sözügedən qanunsuz qrup və cinayət əməlləri “Mağaroeli” MMC-nin işinə mane olur, bununla da “Mağaroeli” MMC-yə, “Georgian Manganese” MMC-yə və dövlət büdcəsinə külli miqdarda ziyan vurur”, - iddiası ilə yanaşı, şirkət məhkəməyə təmiat tədbirinin görülməsi tələbi ilə də müraciət edib - “Təminat tədbiri həm dəymiş zərərin minimuma endirilməsinə, həm də təqsirləndirilən şəxslərin cinayət məsuliyyətindən yayındırılmasına xidmət edəcək. Bu, həm də şirkətə mübahisəni məhkəmədə əldə edilmiş razılaşma yolu ilə mahiyyətcə baxılmadan həll etməyə imkan verəcək”.
Hakim İvane Kipiani şirkətin - aksiya iştirakçılarının ““Mağaroeli” MMC-nin manqan hasilatına mane olmaması” barədə tələbinə bir gündə baxaraq təmin edib. “Məhkəmə hesab edir ki, müəssisənin öz funksiyasını yerinə yetirməməsi təkcə müəssisənin özünün iqtisadi vəziyyətinə deyil, həm də vahid orqanizm kimi müəssisənin sosial və maddi məsuliyyətinin keyfiyyətinə mənfi təsir göstərir. Şübhəsiz ki, müttəhimlərin müdaxilə etməyə davam etməsi təhlükəsi var”, - deyə qərarda bildirilir. Etirazçıların apellyasiya şikayəti vermək üçün 5 gün vaxtı var.
Zərərçəkmiş Şukruti sakinlərinin vəkili, Mülki Fəaliyyətlər Mərkəzinin hüquqşünası Vladimer Kutateladzenin sözlərinə görə, qərar qanunsuzdur və mütləq apellyasiya şikayəti veriləcək.
“Qərardan da göründüyü kimi, “Mağaroeli” MMC-nin yeganə iddiası aksiyada iştirak edən şəxslərə 5 563 481 lari ödənilməsinin tapşırılmasıdır.
Əhalinin etiraz aksiyası keçirməsinin və mədənin girişlərində dayanmasının məhdudlaşdırılmasının qərarın icrasını və əhaliyə qarşılanılması tapşırılan milyonlarla larinin ödənilməsini necə təmin edəcəyi isə tamamilə anlaşılmazdır.
Bu qeyri-qanuni qərar dərhal qüvvəyə minir və apellyasiya şikayəti onun icrasını dayandırmır. Şikayətə baxılıb qərar verilməsi isə aylar çəkəcək. Bu müddət ərzində Şukruti əhalisinin konstitusiya ilə zəmanət verilən sərbəst toplaşmaq, birləşmək və ifadə azadlığına tamamilə əsassız məhdudiyyətlər qoyulacaq.
Bu qərar qanunauyğunluq fasadına bükülmüş repressiv tədbirdir, onun yeganə məqsədi əhalini qorxutmaq və şirkətin şərtləri ilə razılaşmağa məcbur etməkdir”, - vəkil bildirib.
Koroxnali və Şukruti mədənlərinin yaxınlığında keçirilən aksiyanın təşkilatçılarından biri Qiorqi Neparidze deyir ki, etiraz aksiyası “Gürcü Arzusu”nun fəxri sədri Bidzina İvanişvilinin Saçxerenin Çorvila kəndindəki evinin yaxınlığında davam edəcək.
“Georgian Manganese” MMC-nin podratçısı “Mağaroeli” Şukrutililərə qarşı daha bir iddia qaldırmazdan əvvəl:
- “Georgian Manganese”nin menecerləri aksiyanın təşkilatçılarını müxtəlif təkliflərlə aksiyanı dayandırmağa inandırmağa çalışsalar da, rədd cavabı alıblar.
- Şirkət aksiya iştirakçılarını polisə şikayət edib. Prokurorluq etiraz aksiyasının üç iştirakçısını - Qiorqi Neparidze, Malxaz Labadze və Roman Meqrelişvilini 226-cı, yəni qrup aksiyası təşkil etməklə müəssisənin işinə mane olmağı nəzərdə tutan maddə ilə cinayət məsuliyyətinə cəlb edib. Cinayət cərimə və ya üç ilədək azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Onların heç biri ittihamla razılaşmır. Eyni hakim İvane Kipiani hər üç təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri kimi girov müqabilində zaminə buraxılmanı seçib. Kutaisi Apellyasiya Məhkəməsi qətimkan tədbirinin ləğvi ilə bağlı tələbi təmin etməyib.
- “Georgian Manganese”in podrastçı şirkətləri aksiyanın iki iştirakçısını - Cumber Tsutskiridze və Qiorqi Bitsadzeni işdən çıxarıblar. Tsutskiridze ekskavator maşinisti idi, Bitsadze isə manqan yuyan zavodda işləyirdi. Tsutskiridze qanunsuz işdən çıxarılma qərarını məhkəməyə şikayət şikayət edib.
- “Mağaroeli” MMC etiraz iştirakçılarını may ayında da məhkəməyə verib və “mədənin işinə mane olan hərəkətləri” qadağan edilməsini; Şukruti əhalisinin evlərinin altından manqan çıxarmağa davam etsə belə şirkətə mane olunmamasını; Aksiya iştirakçılarının “birinci xahişlə” dörd il müddətinə şəxsi evlərindən və torpaq sahələrindən məhrum edilərək manqan hasilatı üçün şirkətə təhvil verilməsini; Cavabdehlərə qeyd olunan torpaq sahələrini boş vəziyyətdə şirkətə təhvil verilməsini - əmlak sahibinin evin və ya anbarın tikildiyi torpağı söküb təmizləməsini tələb edib. Tələblər yerinə yetirilməyənə qədər “Georgian Manganese”in podratçısı yerli əhalinin yaşayış üçün təhlükəli ərazidə olan şəxsi əmlaklarını satmaması və yeni sahiblərlə mübahisələrin baş verməməsi bəhanəsi ilə Şukrutililərin əmlakına həbs qoyulmasını tələb edib.. Məhkəmə əmlaka həbs qoyulması ilə bağlı vəsatəti təmin etməyib. Təqsirləndirilən şəxslər iddiaya geniş, təfərruatlı cavab veriblər, lakin məhkəmə hələ də ona baxmağa başlamayıb.
“Georgian Manganese” ona vurğu edir ki, aksiya iştirakçılarının bəziləri artıq evlərinə dəymiş ziyana və ya sökülməsinə görə kompensasiya alıblar. Əslində şirkət bu məbləği zərərçəkənlərə avans kimi ödəyib. Və 2021-ci ildə uzun etiraz, aclıq aksiyası və bir çox iştirakçıların özünü tikməsindən sonra müqavilə razılaşdırıldı və “Georgian Manganese” Şukrutidə dəyən ziyanı qiymətləndirmək üçün Milli Məhkəmə Ekspertizası Bürosundan ekspertlər dəvət etməyi öhdəsinə götürdü. İndi isə şirkət yalnız işə götürdüyü auditin qiymətləndirilməsi əsasında dəymiş ziyanı ödəməyə razıdır. Aksiya iştirakçıları hesab edirlər ki, “Georgian Manganese” ekspert bürosunun hesabatını gizlədir, çünki zərər onların auditinin dediklərindən qat-qat çoxdur.
Mütəxəssislərin obyektiv hesablaması əsasında şirkət zərər çəkmiş Şükrüti sakinlərinə dəymiş ziyanı ödəsə, belə olan halda digər kəndlərin zərər çəkmiş sakinləri də mübahisəyə başlaya bilər ki, şirkət buna icazə vermək istəmir.
Qiorqi Neparidze və aksiyanın digər iştirakçılarının sözlərinə görə, buna görə də şirkət hətta 2021-ci ildə dəymiş ziyanın ödənilməsi ilə bağlı müqavilənin şərtlərinin məxfi saxlanılmasını və prosesdə qeyri-hökumət təşkilatlarının vəkillərinin danışıqlarda iştirak etməməsini təkid edib.
Artıq 7-ci ildir ki, Çiaturada ekoloji fəlakətə bərabər vəziyyət yarandığından və təcili düzəliş tələb olunduğundan Milli Ətraf Mühit Agentliyi tərəfindən “Georgian Manganese” MMC-yə xüsusi dövlət meneceri təyin edilib. Əslində, Çiaturada ekoloji vəziyyət xüsusi dövlət idarəetmə rejimi altında daha da pisləşib və kritik vəziyyətdədir.
Bu mövzuda baxın - Çiatura - fəlakət zonası [jurnalist araşdırması]
2023-cü ilin dekabrında Çiaturada manqan hasilatı lisenziyası 17 il ərzində ilk dəfə şikayət olunub. 87 yaşlı Quram Qaprindaşvili Çiaturada yeganə şəxsdir ki, bu problemlə bağlı hüquqi mübahisəyə başlamağa cəsarət edib və açıq mədən işləri ilə bağlı lisenziyanın ləğvini tələb edir. Quram Qaprindaşvilinin maraqlarını “Mülki Fəaliyyətlər Mərkəzi” qoruyur. Tbilisi Şəhər Məhkəməsi iddianı qəbul edib, lakin hələlik ilk iclası təyin etməyib.