Tbilisi şəhər məhkəməsi Mədəniyyət, İdman və Gənclər Naziri Tea Tsulukiani ilə bağlı “Facebook”da yayımladığı posta görə vətəndaş Ketevan Qabianini cinayət əməlində təqsirli bilib və 2 min lari məbləğində cərimə kəsib.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
Məhkəmənin hökmü ilə bağlı məlumatı Tsulukianinin özü yayıb. Onun sözlərinə görə, bu hökm mühüm presedentdir.
Vətəndaş Ketevan Qabiani öz paylaşımında Tsulukianini söyərək “onu basdıracağını” yazırdı.
“Tea Tsulukianini dəfn etməliyəm. Məzarına işəməyəcəm. Svandı onsuz da bu… məzarını heç kim görə bilməyəcək sənin, söz verirəm”, - postda bu cür yazılmışdı, hansı ki, artıq yoxa çıxıb.
“Bunlar keçən fevral ayında müəllifin sonradan sildiyi ölüm təhdidləridir. Sözügedən varlıq, hansısa Ketevan Qabiani, ilk dəfə gördüm, məhkəmə zalına gəlmişdi bu gün, birinci instansiya məhkəməsinin hökmü ilə o Gürcüstan Cinayət Məcəlləsinin 151-ci maddəsinin birinci hissəsi ilə təqsirli bilinib və cəza olaraq 2000 lari məbləğində cərimə təyin edilib. Bundan sonra o, yer üzündə milli səxavətin bərqərar olması uğrunda mübarizə aparan Engo-Amozanlı deyil, cinayətkardır”, - Nazir Tsulukiani yazır.
Gürcüstan Cinayət Məcəlləsinin 151-ci maddəsinə əsasən öldürmək və ya sağlamlığa zərər vurmaqla və ya əmlakı məhv etməklə hədələmə, təhdid edilən şəxs təhlükənin həyata keçirilməsindən əsaslı şəkildə qorxuya düşdükdə, bu əməl 120 saatdan 180 saata qədər ictimai işlə və ya cərimə ilə və ya bir ilə qədər müddətə islah işləri ilə və ya 6 aydan 2 ilədək müddətə ev dustaqlığı ilə və ya bir ilədək müddətə azadlıqdan məhrum etməcə ilə cəzalandırılır.