“Bizdə məişət zorakılığı, qadınlara qarşı zorakılıq, femisid, qadın qətli baxımından çətin mənzərə var. Bütün bunlar artıq bərabərsizlik yox, birbaşa ölkə üçün biabırçılıqdır ki, biz bu cür hadisələrlə üzləşirik”, - Gürcüstan prezidenti Salome Zurabişvili Beynəlxalq Qadınlar Günü münasibətilə Orbeliani sarayında keçirilən tədbirdə deyib.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
Prezident qeyd edib ki, bu gün Gürcüstanda qadınların çox böyük rolu var, lakin bərabərliyə nail olmaq üçün çox şey etmək olar.
“Mən ən bariz nümunədən - siyasətdən başlayacağam. Siyasətdə parlamentdə qadınların sayının artacağına nail ola bilmədik və bunu edə bilmədik. Biz Avropa və Asiyanın son sıralarında olan, hətta sonuncu ölkələrindən biriyik. Bu, mənim təsvir etdiyim və qadınların bütün sahələrdə ön sıralarda olduğu, möhkəm və güclü şəkildə təmsil olunduğu Gürcüstanda mövcud olan vəziyyəti əks etdirmir. Niyə siyasətdə, parlamentdə, hökumətdə yoxdurlarŞ azdırlar? Bu, ümumi vəziyyətin, mövcud olan zorakılığın, siyasətdə mövcud olan mənəvi zorakılığın nəticəsidir.
Nifrət nitqi və təkcə mövcud olan və hamımızın yaşadığımız ifadələr deyil, hamımızın bildiyimiz və əslində qadınların siyasətə girməsinə mane olan ifadələrdir. Onlar bu vəziyyətə düşməkdən çəkinirlər”, - prezident bildirib.
Bu gün Salome Zurabişvili beş qadını fəxri medalla təltif edib:
- Baia Pataraia (“Safari” təşkilatının həmtəsisçisi) - qadınların gücləndirilməsinə, gender əsaslı zorakılıqla mübarizəyə verdiyi töfəyə, qeyri-zorakı mühitin yaradılmasının təşviqinə xüsusi töhfəyə görə;
- Ana Arqanaşvili (hüquq müdafiəçisi) - uşaq və məhdud fiziki imkanllı qadınların hüquqlarının müdafiəsi, zorakılıq və ayrı-seçkiliyə qarşı mübarizədə xüsusi xidmətlərinə görə;
- Tamuna Museridze (“Vedzeb” təşkilatının təsisçisi) - xüsusi vətəndaş təşəbbüsü və məsuliyyətinə, şəxsi cəsarətinə və görkəmli ictimai fəaliyyətinə görə;
- Nato Şavlakadze və Eliso Amirejibi (“Zorakılıqdan Müdafiə Milli Şəbəkəsi”nin təsisçiləri) - gender əsaslı zorakılığın qurbanı olmuş qadınların müdafiəsinə, onların sosial inteqrasiyasına və iqtisadi imkanlarının artırılmasına xüsusi şəxsi töhfələrinə, zorakılığa qarşı mübarizədə sistemli dəyişikliklərin advoktlaşdırılması və insan resurslarının inkişafında göstərdikləri səyləərə görə.
2014-2023-cü illərdə Gürcüstanda 200-dən çox qadın qətlə yetirilib. Bunlardan, Prokurorluğun məlumatına görə, 2014-2022-ci illərdə 195 qadın qətlə yetirilib. 2023-cü ilin yanvar-iyun aylarında 13 qadın qətli faktı qeydə alınıb.