2014-2023-cü illərdə Gürcüstanda 200-dən çox qadın qətlə yetirilib

“Gürcü Arzusu”nun rus qanunu müstəqil medianın və ictimai təşkilatların mövcudluğuna təhlükə yaradır, Gürcüstanın Avropa İttifaqına üzv olmasına mane olur.

Rus qanunu Gürcüstanda, eynilə Rusiyada söz azadlığını yox edən Putinin qaydalarının təməlini qoyur.

Məzlum olduğunuz zaman probleminizi işıqlandıran və yanınızda duran olmayacaq.

“Gürcüstan Xəbərləri” “Gürcü Arzusu”nun rus tipli qəsdinə sona qədər müqavimət göstərəcək!

Bu gün, yanvarın 9-da Tbilisidə daha bir qadın qətlə yetirilib. Təcili tibbi yardım briqadası tərəfindən bədəninin hər yerində qanayan yaralar olan 27 yaşlı qadın İnqorokva Universitet Klinikasına yerləşdirilib, təcili əməliyyat aparılıb, lakin həkimlər onu xilas edə bilməyiblər. Son 10 gündə bu, Gürcüstanda ərin həyat yoldaşını qətlə yetirməsi ilə bağlı ikinci səs-küylü faktdır.

Kişi özünə də xəsarət yetirib. O, hazırda xəstəxanadadır. Polis faktla bağlı Cinayət Məcəlləsinin 19-109-cu, yəni ağırlaşdırıcı şəraitdə qəsdən adam öldürmə maddəsi ilə istintaqa başlayıb.

Ər-arvad Varketilidə yaşayırmış. Qonşuların dediyinə görə, onların dörd aylıq uşağı var.

Yanvarın 1-də Batumidə 36 yaşlı İrma B-dze əri tərəfindən dəfələrlə bıçaqlanıb. 15 və 20 yaşlı uşaqların anası xəstəxanaya aparıldıqdan dərhal sonra dünyasını dəyişib. Yanvarın 2-də polis əvvəllər dəfələrlə məhkum olunmuş, şərti cəza çəkən 44 yaşlı kişini qəsdən adam öldürmə maddəsi ilə saxlayıb. Məhkəmənin hökmü ilə onun barəsində həbs qətimkan tədbiri seçilib.

“Bu, qısqanclıq zəminində törədilən qətldir”, - prokuror Paata Tsetsxladze bildirib.

Prokurorluğun məlumatına görə, 2014-2022-ci illərdə Gürcüstanda 195 qadın qətlə yetirilib:

  • 2014-cü ildə - 33 qadın;
  • 2015-ci ildə - 17 qadın;
  • 2016-cı ildə - 28 qadın;
  • 2017-ci ildə - 22 qadın;
  • 2018-ci ildə - 18 qadın;
  • 2019-cu ildə - 15 qadın;
  • 2020-ci ildə - 22 qadın;
  • 2021-ci ildə - 18 qadın;
  • 2022-ci ildə - 22 qadın.

Onlardan 98-i ailə zəmnində, 97-si digər səbəblərə görə qətlə yetirilib. Həmin dövrdə 136 qadın qətlinə cəhd, o cümlədən 54-ü ailəvi, 82-i isə digər səbəblərə görə qeydə alınıb.

2014-2022-ci illərdə 9 qadın intihar edib, 58 qadın intihara cəhd edib. Prokurorluq 3 qadın intiharı və 10 intihara cəhd halında ailəvi münaqişə zəmni müəyyən edib.

Gürcüstan Prokurorluğu hələ 2023-cü il üçün qadın qətli ilə bağlı statistikanı dərc etməyib, lakin Xalq Müdafiəçisi İdarəsinin məlumatlarına görə, ötən ilin yanvar-iyun aylarında 13 qadın qətlə yetirilib. 7 halda ailəvi cinayətinin əlaməti müəyyən edilib. Xalq Müdafiəçisi qeyd edir ki, ötən ildən fərqli olaraq, harada ki qadın qətlinə cəhdlərin sayı qətllərin sayını üstələyirdi, 2023-cü ilin 6 ayının məlumatına görə, qadın qətllərinin sayı qətlə cəhdlərin sayını demək olar ki, 54% üstələyib.

Qadını cinsi zəmində, habelə ailə zəminində qəsdən öldürmə 16 ildən 20 ilədək müddətə və ya ömürlük azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Əgər siz də ailədə məişət zorakılığının qurbanısınızsa və ya məişət zorakılığı ilə bağlı məlumatınız varsa 112 nömrəsinə zəng edin.

Gürcüstan xəbərləri
Gürcüstan xəbərləri
müstəqil, ictimai-siyasi onlayn nəşrdir. Vebsayt İnformasiya Resursları Şəbəkəsi (IRN) tərəfindən idarə olunur