Məktəb bufetlərində çips, qazlı içkilər və digər zərərli məhsulların satışı qadağan edilib

“Gürcü Arzusu”nun rus qanunu müstəqil medianın və ictimai təşkilatların mövcudluğuna təhlükə yaradır, Gürcüstanın Avropa İttifaqına üzv olmasına mane olur.

Rus qanunu Gürcüstanda, eynilə Rusiyada söz azadlığını yox edən Putinin qaydalarının təməlini qoyur.

Məzlum olduğunuz zaman probleminizi işıqlandıran və yanınızda duran olmayacaq.

“Gürcüstan Xəbərləri” “Gürcü Arzusu”nun rus tipli qəsdinə sona qədər müqavimət göstərəcək!

Təhsil və elm nazirinin 24 noyabr tarixli sərancamına əsasən, məktəb bufetlərində saqqız, konfet, şokolad, aroamlaşdırılmış qəlyanaltılar - çips, jelibon, duzlu, şəkərli və ya yağlı qoz-fındıq, mayonezlə qarışdırılmış məhsullar, konservləşdirilmiş məhsullar, termik şəkildə işlənmiş yumurta, göbələk, qaymaqlı qənnadı məmulatları, şirin qazlı içkilərin, kofe, hazır meyvə-tərəvəz məhsullarının satışı. Sərəncam elə həmin gün qüvvəyə minib.

Sənədə əsasən, yeməklər üçün az yağlı və az duz/natrium tərkibli qidalar seçilməlidir. Təzə çörək qidanln vacib hissəsidir və yalnız şəkərsiz peçenye və ya çörəklə əvəz edilə bilər. Yetkinlər üçün nəzərdə tutulmuş xüsusi və pəhriz məhsulları şagirdlərin qidalanmasında istifadə edilməməlidir.

Bufetdə yemək, kulinariya və qənnadı məmulatlarının hazırlanması zamanı zinət əşyaları taxmaq, dırnaq boyası sürtmək, siqaret çəkmək; dəri xəstəliyi, dəridə irinli səpgiləri olan şəxslərin işləməsinə icazə verilməsi; qoruyucu geyimlərin sancaqlar və iynələrlə bərkidilməsi, həmçinin şəxsi gigiyena vasitələrinin və/və ya digər boş əşyaların ciblərdə aparılması; Qoruyucu geyim olmadan kənar şəxslərin daxil olması qadağandır.

Sərəncam məktəbə ibtidai və/və ya orta sinif şagirdləri, şagirdlərin valideynləri, müəllimlər (biologiya olması arzuolunandır), məktəb həkimi/tibb bacısı, məktəb rəhbərliyinin nümayəndələrinin də daxil olacağı bufetin fəaliyyətinə nəzarət etmək üçün monitorinq qrupu yaratmağı tapşırır. Məktəbin monitorinq qrupuna qoşulmaq üçün rayon səhiyyə mərkəzinin və bələdiyyə səhiyyə və sosial xidmətlər xidmətinin nümayəndələrinə xahişlə müraciət etmək hüququ var. Mümkün kritik uyğunsuzluqlar aşkar edildikdə, monitorinq qrupu dərhal məktəb direktoruna və Milli Qida Agentliyinin 15 01 qaynar xəttinə məlumat verir.

Oktyabrın 18-də Saçxere bələdiyyəsinin Savani məktəbində 9 şagird yeməkdən zəhərlənib. Plansız yoxlama nəticəsində Milli Qida Agentliyinin nümayəndələri Savani məktəbinin (biznes operatoru İ.M. “Maia Ğonöadze”) bufetindən istehsal tarixi 05/o4/2024 il olan 3 qutu “Donut” peçenyesini çıxararaq möhürləyiblər. Onun son istifadə tarixi 05/10/2024 olub. Laboratoriya tədqiqatlar nəticəsində müəyyən edilib ki, mikroorqanizmlərin - kif göbələklərinin norması yol verilən həddi xeyli keçib (müəyyən edilmiş norma - 100 kC/q, tədqiqatın nəticəsi - 2000 kC/q). Biznes operatoru izləmə ilə bağlı sənədləri təqdim edə bilməyib, çünki onun izahatına görə, o,  “donut”ları qeyri-mütəşəkkil ticarət şəraitində alıb.

Gürcüstan xəbərləri
Gürcüstan xəbərləri
müstəqil, ictimai-siyasi onlayn nəşrdir. Vebsayt İnformasiya Resursları Şəbəkəsi (IRN) tərəfindən idarə olunur