Parlament üçüncü oxunuşda 74 səslə Təhsil Nazirliyinin təşəbbüsü ilə “Ümumi təhsil haqqında” qanuna ümumi təhsilin baza və orta təhsil pillələrinin müddətinin dəyişdirilməsini nəzərdə tutan dəyişikliyi qəbul edib.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
Qanunla müəyyən edilmişdir ki, Gürcüstanda tam ümumi təhsil üç səviyyədədir: İbtidai (6 il - I-VI siniflər), baza (4 il - VII-X siniflər) və orta (2 il - XI-XII siniflər).
Gürcüstan Konstitusiyasının 27-ci maddəsinə əsasən, ibtidai və baza təhsili almaq məcburidir. İndiyədək ümumi təhsilin müddəti ibtidai pillədə 6 il, baza və orta təhsil pilləsində isə 3-3 il idi. Buna görə də şagirdin 9 il məktəbdə oxuması, ibtidai və baza təhsil səviyyəni keçməsi məcbur idi.
9-cu sinifdən sonra məktəbi tərk edən şagirdlərin sayı şagirdlərin təxminən 5%-ni təşkil edir. Qanun layihəsinin izahat qeydində deyilir ki, 2023-cü ildə 3222 şagird ümumi təhsilin baza səviyyəsini başa vuraraq məktəbi tərk edib ki, onların da 99 faizi dövlət ümumtəhsil müəssisələrindəndir.
Təhsil Nazirliyi hesab edir ki, 9-cu sinifdən sonra məktəbi tərk edən şagirdlərin sayı kifayət qədər çoxdur.
"9-cu sinfi bitirdikdən sonra əldə etdikləri biliklərdən və yaşlarından asılı olaraq onların əmək bazarında işlə təmin olunma perspektivi çox aşağıdır, çünki məktəbə qəbul yaşı 6-dır, Gürcüstanın Əmək Məcəlləsinə görə isə əmək qabiliyyəti şəxsin 16 yaşından etibarən yaranır.
Həmçinin yeniyetmələrin uşaq nikahı, yaşa uyğun olmayan məşğulluq və/və ya insan alveri, qeyri-qanuni fəaliyyətlər və ytişkinlik yaşına çatnayanların ədliyyə sisteminə cəlb olunması kimi risklərlə üzləşmə ehtimalı da artır.
Buna əsaslanaraq, təhsil formatında baza səviyyəsinin bir il artırılması və dörd illik təlim proqramlarının təklif edilməsi məcburidir, hansı ki, bu, aparıcı Avropa ölkələrinin təhsil sistemlərinə uyğunluq təşkil edir. Şagirdlər təhsillərini ümumi təhsil müəssisəsində və ya peşə məktəbində davam etdirmək barədə daha əsaslı qərar qəbul etmək üçün daha yaxşı hazırlanıb formalaşacaqlar. Şagird təhsili tərk etmək qərarına gələrsə, o, 15-16 yaşında olacaq (mövcud qaydalara əsasən bir yaş böyük) və təklif olunan möhkəm dörd illik baza proqramı daha hazırlıqlı gəncin əmək bazarına daxil olmasını təmin edəcək", - Qanun layihəsinin izahat qeydində oxuyuruq.
Ümumi təhsilin baza səviyyəsinin müddətinin dəyişdirilməsi 2024-2025-ci dərs ilində IX sinifdə oxuyacaq şagirdlərə də şamil olunacaq, bu o deməkdir ki, onların məcburi baza təhsili 1 il uzadılacaq.