Mən böyük nikbinliklə noyabrın 8-də veriləcək qərarı gözləyirəm və bundan sonra, dekabrda artıq yekun qərar veriləcək. Mən xalqımıza bundan artıq bir şey demək istəmirəm”, - Brüsseldə işgüzar səfərdə olan Gürcüstanın baş naziri İrakli Ğaribaşvili bildirib. O, Avropa Komissiyasının təşkil etdiyi “Qlobal Giriş Forumu”nda iştirak edib.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
“Təəssüf ki, demək lazımdır ki, müxalifət tərəfindən həddən artıq maneə törədən hallar, təxribatlar, belə demək mümkünsə, həddən artıq süni maneələr yaradıldı.
Amma sonda biz bu gün elə bir vəziyyətdəyik ki, hadisələri qabaqlamaq və əvvəlcədən nəyisə bəyan etmək istəmirəm, lakin gözləntim belədir: gördüyümüz işləri, geosiyasi vəziyyəti, baş verənləri nəzərə alaraq Dünyada yaranmış, artıq yaradılmış presedentlər nəzərə alınmaqla, bu status ötən il Moldovaya, eləcə də Gürcüstanla müqayisədə xeyli geridə qalan və hələ də qalmaqda olan Ukrayna və Bosniya-Herseqovinaya verilmişdir. Noyabrın 8-dəki qərarı çox nikbinliklə gözləyirik, sonra yekun qərar dekabrda veriləcək”, - deyə baş nazir bildirib.
Hökumət başçısı media ilə söhbətində bir daha bildirib ki, ilk baş nazir olduğu müddətdə müxalifətçilər ortalıqda gəzib, avropalı həmkarlarına yalvarıblar ki, Gürcüstana vizasız rejim tətbiq etməsinlər.
“Biz vizasız rejim üzərində işləyərkən, mənim ilk baş nazir olduğum dövrdə xatırlayırsınız ki, Dato Bakradze, Kandelaki və digər müxalifətçilər ora gedib, avropalı həmkarlarımıza vizasız rejimi qəbul etməmək üçün yalvarıblar. Bu bir fakdır, dostlar və əlbəttə ki, çox üzücüdür. Biz səylərimiz nəticəsində paytaxtımız Tbilisidən, müxalifətçilər tərəfindən bol-bol axan neqativ rəvayətləri, dezinformasiyaları yayındırırıq və onlar, belə deyim, bizim əsl dostlarımız reallığı bilirlər. Mən hamını dincliyə çağırmaq istəyirəm ki, bu daxili və xarici düşmənlərə baxmayaraq, mən belə deyərdim və bu qədər dağıdıcılıq və təxribata baxmayaraq, ölkəmiz hələ də status alacaq”, - deyə Ğaribaşvili qeyd edib və əlavə edib ki, ölkə status aldıqda bu gürcü xalqı ilə birgə hökumətin xidməti olacaq.
Baş nazir yeni dərc olunmuş gğstəricilərə də vurğu edibş. Onun sözlərinə görə, bu göstəricilərə əsasən Gürcüstan Şərqi Avropa və Mərkəzi Asiya regionu ölkələri arasında qanunun aliliyi reytinqində birinci yerdədir:
“Biz Avropa İttifaqına üzv olan fəal dövlətləri, NATO üzvü olan dövlətləri qabaqlayırıq. Bu həm də ölkəmizdə müstəqil məhkəmənin olmadığını, problemlərin qanunun aliliyi sahəsində olduğunu deyən uzunmüddətli dezinformasiyaya, neqativ, anti-gürcü kampaniyasına cavabdır”.
Avropa Komissiyasının Gürcüstana Aİ üzvlüyünə namizəd statusunun verilməsi ilə bağlı tövsiyənin verib-verməyəcəyi yəqin ki, noyabrda məlum olacaq.
Ötən il Avropa İttifaqı Ukrayna və Moldovaya Aİ üzvlüyünə namizəd statusu, Gürcüstana isə Avropa perspektivi verib və namizəd statusunun alınması üçün 12 bəndlik ilkin şərt qoyub. Komissiyanın Gürcüstanın müraciəti ilə bağlı hazırladığı rəydə siyasi qütbləşməyə son qoyulması, məhkəmə islahatlarının aparılması, deoliqarxizasiya, mütəşəkkil cinayətkarlıqla mübarizənin gücləndirilməsi, media azadlığının təmin edilməsi və s. hallanıb.