Gürcüstan Prezidenti Salome Zurabişvili “Xalqın Gücü” hərəkatının parlamentə təqdim etdiyi qeyri-hökumət və media qurumlarına “xarici agent” statusunun verilməsini nəzərdə tutan qanun layihəsini dəstəkləməyəcəyini bəyan edib. Zurabişvili deyir ki, belə bir qanun Gürcüstanı Rusiya ilə yaxınlaşdıracaq.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
“Avropa Komissiyasının 12 tövsiyəsinin icrasının ilkin qiymətləndirilməsinin hazırlandığı, fevralın 24-nün yaxınlaşdığı və Avropanın gələcəyi məsələsinin əlaqəli üçlüyün hər üç ölkəsi üçün getdikcə aktuallaşdığı bir vaxtda, məhz bu zaman siyasi qruplardan biri qanun təşəbbüsü seçir ki, bu da öz məzmununa görə bizi Avropanın yox, Rusiyanın pis modelinə yaxınlaşdırır.
Və bu, Amerika senatorlarından ibarət nümayəndə heyətinin ölkəyə gəldiyi bir vaxtda baş verir! Bütün bunları təsadüflərə bağlaya bilmərik.
Elə bir qüvvə formalaşıb ki, Gürcüstanın Avropa yolunu gücləndirmək əvəzinə, başqa yolu Gürcüstanın marağı hesab edir. Gürcüstan prezidenti bu cür qanunvericiliyə və yeni agentlərin təqibinə dəstək verə bilməz”, - Salome Zurabişvili bəyanatında deyir.
Fevralın 20-də Gürcüstan Parlamentinin Bürosu “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsinin nəzərdən keçirilməsi proseduruna başlamağı məqsədəuyğun hesab edib.
- Qanun layihəsinə əsasən xarici təsir agenti gəlirinin 20 %-dən çoxunu xaricdən əldə edən qeyri-sahibkar (qeyri-kommersiya) hüquqi şəxs (qeyri-hökumət təşkilatı) və KİV-dir, inzibati orqan (dövlət və ya bələdiyyə orqanı/qurum) və ya milli idman federasiyaları tərəfindən yaradılmış təşkilatlar istisna olmaqla.
- Belə hüquqi şəxslər maliyyə hesabatı üzrə öhdəliklərə tabe olacaqlar, bu, keçmiş təqvim ili ərzində xərclənmiş pul vəsaitlərinin məbləği və təyinatı barədə məlumatların təqdim edilməsini əhatə edir. Xarici təsir agentlərinin reyestrinə daxil edilmiş məlumatlar açıqdır.
- Qanun layihəsinə əsasən “xarici təsir agenti”ni müəyyən etmək üçün Gürcüstanın Ədliyyə Nazirliyi monitorinq aparmaq imkanı əldə edəcək və bu monitorinq çərçivəsində ona bütün lazımi məlumatları emal etmək səlahiyyəti veriləcək, şəxsi məlumatlar daxil olmaqla.
- Monitorinqin başlanması üçün əsas təşkil edir: Ədliyyə Nazirliyinin müvafiq səlahiyyətli şəxsinin qərarı; Xarici təsirin konkret agentinə müvafiq istinadı ehtiva edən Nazirliyə təqdim edilmiş yazılı ərizə.
- Qanun layihəsi nazirliyə 10, 20 və 25 min lari məbləğində cərimələr tətbiq etmək, təşkilatları məcburi qeydiyyata almaq səlahiyyəti də verir.
Qanun layihəsinin təşəbbüskarları parlament çoxluğunun üzvləridir: Sozar Subar, Mixeil Kavelaşvili, Dimitri Xundadze, Quram Maçaraşvili, Viktor Caparidze, İrakli (Daçi) Beraya, Eka Sepaşvili, Davit Kaçarava və Zaal Mikeladze. Büro “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsi üzrə əsas komitə kimi Hüquq Məsələləri Komitəsini, Xarici Əlaqələr və Müdafiə və Təhlükəsizlik Komitələrini isə məcburi komitələr kimi təyin edib.
Bu mövzuda:
Təsadüfi deyil ki, Kremlin hədəflərindən biri Gürcüstandakı vətəndaş cəmiyyətidir