Gürcüstanın baş naziri İrakli Kobaxidze bildirib ki, ölkənin tərəfdaşları tərəfindən tənqid edilən “xarici agentlər” haqqında rus qanununu “sonadək müdafiə edəcəklər”.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
“Bu, sıradan bir qanun deyil. Bunu qəti şəkildə söyləmək lazımdır. Bu, şəffaflıq haqqında qanundur ki, bu da təbii ki, suverenliyimizin daha da möhkəmlənməsinə mühüm töhfə verəcək. Ona görə də mən bu qanunu suverenlik konstitusiyası adlandırardım.
Bu qanun əslində Gürcüstanın suverenliyinin konstitusiyasıdır. Ona görə də bəziləri onu bəyənmir. Bəziləri Gürcüstanı daha qüdrətli, daha suveren görmək istəmir, halbuki bu, dövlətimizin marağıdır. Ona görə də biz suverenlik konstitusiyası adlandırdığım qanunu sona qədər qoruyacağıq”, - deyə İrakli Kobaxidze bildirib.
“Agentlər qanunu” gəlirinin 20%-dən çoxu xaricdən olan qeyri-hökumət təşkilatları və mediaları xarici dövlətin maraqlarını daşıyan təşkilatlar elan edir. Belə təşkilatlar avqust ayında dövlət qeydiyyatı orqanına ərizə ilə müraciət etməli və xarici dövlətin maraqlarını daşıyan təşkilat kimi qeydiyyatdan keçməyi tələb etməlidirlər. Qeydiyyatdan yayınmaq və ya müəyyən edilmiş müddətdə maliyyə bəyannaməsini təqdim etməmək 25.000 lari məbləğində cərimə ilə nəticələnir. Qanun Ədliyyə Nazirliyinin tələblərinin yerinə yetirilməməsinə görə əlavə olaraq 10.000 və 20.000 lari cərimə də nəzərdə tutur.
Qanunun hədəf aldığı təşkilatlar rus qanunua tabe olmaq niyyətində deyillər. Onlardan bəziləri qanundan Gürcüstanın Konstitusiya və Avropanın İnsan Haqları Məhkəmələrinə şikayət verəcəklər.
Bu mövzuda baxın:
ATƏT/DTİHB: “Agentlər haqqında qanun” demokratik standartlar və insan haqları ilə bir araya sığmır