“ATƏT/Demokratik Təsisatlar və İnsan Haqları Bürosu” (ATƏT/DTİHB) “xarici agentlər” haqqında qanunla bağlı fövqəladə rəyini dərc edir. Rəydə qeyd olunur ki, “qanunda ciddi qüsurlar var” və bu səbəbdən o, beynəlxalq insan haqları standartları və Gürcüstanın “ATƏT” üzvü kimi öhdəlikləri ilə bir araya sığmır. “ATƏT/DTİHB” hesab edir ki, qanun ləğv edilməlidir.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
Bu gün dərc edilən hüquqi təhlildə deyilir ki, vətəndaş cəmiyyəti və media qurumlarını sırf xaricdən maliyyə aldığı üçün “xarici gücün maraqlarını da.;yan təşkilatlar” kimi müəyyən edən qanun beynəlxalq insan haqları qanunvericiliyinin ciddi tələblərinə cavab vermir.
“ATƏT/DTİHB” həmçinin vurğulayır ki, məsələn, ABŞ-ın “Xarici Agentlərin Qeydiyyatı Aktı” (FARA) və ya Avstraliyanın “Xarici Təsirin Şəffaflığı Sxemi Aktı” Gürcüstanda qəbul edilmiş qanundan əsaslı şəkildə – “məqsəd və əhatə dairəsi baxımından çox fərqlidir”.
“Bu qanunlar birbaşa xarici hökumətin adından vəkillik və ya lobbiçiliklə məşğul olan özəl şirkətləri və ya qeyri-kommersiya təşkilatlarını açıq şəkildə qeydiyyata almaq üçün nəzərdə tutulsa da, bütün vətəndaş cəmiyyəti təşkilatını və ya media orqanını sadəcə olaraq xaricdən maliyyələşdiyinə görə xarici gücü təmsil edən kimi damğalamırlar” - “ATƏT/DTİHB” bildirir.
Rəydə o da qeyd olunur ki, qanun risklərin və ya vətəndaş cəmiyyəti təşkilatlarına potensial təsirlərin qiymətləndirilməsinə əsaslanmır və hakimiyyət tərəfindən qanuna haqq qazandırmaq üçün irəli sürülən səbəblər münasib deyil və mövcud qanunvericilik bazası və qeydiyyat/hesabat təqdim etmə kimi öhdəliklərin nə üçün qeyri-kafi və/və ya səmərəsiz olduğunu sübut etmir.
“ATƏT/DTİHB” Gürcüstan hakimiyyətini qanunu ləğv etməyə və ölkə qanunvericiliyinin beynəlxalq standartlara uyğunlaşdırılması üçün addımlar atmağa çağırır. Bu, lobbiçilik fəaliyyətinin tənzimlənməsi, siyasi partiyaların və seçki kampaniyalarının maliyyələşdirilməsi qaydalarının sərtləşdirilməsi, antikorrupsiya və ya terrorla mübarizə qanunlarının qəbulu ola bilər ki, bu da ictimai qərarların qəbulu prosesində şəffaflığın artırılmasına töhfə verəcək.
“Vətəndaş cəmiyyəti təşkilatlarının üzərinə qoyula biləcək və insan hüquqları nöqteyi-nəzərindən əsaslandırılan bütün növ öhdəliklərin mövcud olduğu halda, onlar xüsusi olaraq vətəndaş cəmiyyəti sektoruna yönəlməməli və ya xaricdən maliyyə alan bütün vətəndaş cəmiyyəti təşkilatlarının xarici qüvvələrin maraqlarını təmsil etməsi ehtimalını yaratmamalıdırlar.”, - “ATƏT/DTİHB bildirir.
“Xarici agentlər” haqqında rus qanununun hüquqi qiymətləndirilməsini Avropa Şurasının Venesiya Komissiyası da hazırlayıb və Gürcüstan hakimiyyətinə qanunu geri götürməyi tövsiyə edib. Lakin Gürcüstanın hakim partiyası tövsiyəni nəzərə almayıb, Venesiya Komissiyasının peşəkar əsaslandırmasını tənqid edib və ona rəyin “yazdırıldığını” bəyan edib.