Aleksey Navalninin anası Lyudmila Navalnaya bildirib ki, onu şantaj edirlər və siyasətçinin harada, nə vaxt və necə dəfn edilməsi ilə bağlı şərtlər qoyurlar.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
“Salexard şəhərinin İstintaq Komitəsinin binasından indicə çıxdım. Demək olar ki, bir günümü orada tək-tənha, müstəntiqlər və məhkəmə-tibb ekspertləri ilə keçirdim. Vəkili içəri ancaq bu gün, günorta buraxdılar.
Dünən axşam gizlicə məni morqa apardılar, orada Alekseyi göstərdilər. Müstəntiqlər ölümün səbəbini bildiklərini deyirlər. Onlarda hazır gördüyüm bütün tibbi və hüquqi sənədlər var və ölüm haqqında şəhadətnaməni imzaladım. Qanuna görə, Alekseyin cəsədi dərhal təhvil verilməli idi, lakin indiyədək bu edilməyib. Əvəzində məni şantaj edirlər, Alekseyi harada, nə vaxt və necə dəfn etməyim barədə şərt qoyurlar. Bu qanunsuzdur.
Mənim hüzurumda onlar Kremldən və ya İstintaq Komitəsinin Mərkəzi Aparatından əmr alırlar. Onlar bunun vidalaşmadan, gizli şəkildə baş verməsini istəyirlər. Məni qəbiristanlığın kənarındakı yeni qəbrə aparıb: “Bax, oğlunuz burada yatır” demək istəyirlər.
Mən razı deyiləm. Mən istəyirəm ki, Alekseyin onlar üçün əziz olduğu, ölümü şəxsi faciəsi olanların onunla vidalaşmaq imkanı olsun.
Məni hədələməyə başladıqları üçün bu videonu yazıram: gözümün içinə baxıb deyirlər ki, gizli dəfn etməyə razı olmasam, oğlumun meyitinə nəsə edəcəklər. Müstəntiq Voropayev mənə açıq-aşkar dedi: “Zaman sənin xeyrinə işləmir, meyit çürüyür”. Mən xüsusi şərtlər istəmirəm, sadəcə hər şeyin qanuna uyğun olmasını istəyirəm. Oğlumun meyitinin dərhal mənə verilməsini tələb edirəm”, - Lyudmila Navalnaya videoda deyir.
Rusiya qanunvericiliyinə görə, meyit ölüm səbəbi müəyyən edilən andan iki gün ərzində yaxınlarına təhvil verilməlidir.
Fevralın 16-da Yamal-Nenta Muxtar Dairəsinin Federal Cəzaçəkmə Xidməti məlumat yayıb ki, Aleksey Navalni 3 nömrəli İslah Koloniyasında gəzintidən sonra özünü pis hiss edib və demək olar ki, dərhal huşunu itirib. “Bütün zəruri reanimasiya tədbirləri görülsə də, müsbət nəticə verməyib. Təcili yardım həkimləri məhkumun ölümünü təsdiqləyiblər. Ölümün səbəbləri müəyyənləşdirilir”, - deyə agentlik məlumat yayıb. “Russia Today” təbliğat kanalının mənbəyi ölüm səbəbi kimi qan laxtalanmasını göstərib.
Yanvarın 17-də səhər saatlarında Lyudmila Navalnaya Xarp koloniyasına gəlib. Orada ona deyiblər ki, oğlu “qəfil ölüm sindromu”ndan dünyasını dəyişib.
Müxalif siyasətçinin 47 yaşı var idi. O, cəzasını Sibirin Yamal yarımadasının Xarp qəsəbəsində yerləşən “Qütb Canavarı” adlı xüsusi rejimli koloniyanda çəkirdi.