Heyvan hüquqlarının müdafiəçisi, fəal Luka Kintsuraşvili Daxili İşlər Nazirliyinin əməkdaşlarını səlahiyyətlərini aşmaqda və düzgün rəftar etməməkdə ittiham edir. Onun sözlərinə görə, iyulun 9-da qeyri-qanuni olaraq avtobus dayanacağında saxlanılıb, Tbilisidən Qurcaani təcridxanasına aparılıb və iki gün ərzində vəkilinə zəng etməyə icazə verilməyib. Fəal deyir ki, polis idarəsində onu qorxutmağa çalışıblar və saxlamazdan əvvəl çəkilmiş videonu silməyə məcbur ediblər.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
Luka Kintsuraşvili "Facebook"da dərc etdiyi yazıda deyir ki, iyulun 9-da, günorta saat 3-də o, ev heyvanları mağazasına gedərkən, üç mülki geyimli polis onu avtobus dayanacağında saxlayıb və sənədlərini təqdim etməyi tələb edib. Kintsuraşvilinin sözlərinə görə, polis əməkdaşları onunla kobud danışıblar və niyə onu yoxladıqlarını izah etməyiblər, bu səbəbdən video çəkməyi zəruri hesab edib. Onun dediyinə görə, videonu çəkərkən polislərdən biri əlini uzadıb və telefonunu götürmək istəyib.
"Telefonu buraxmadım. Təxminən 10 dəqiqədən sonra qeyri şəffaf şüşəsi olan qara rəngli avtomobil gəlir. Başqa bir formasız adam çıxır, məndən soruşur ki, nə baş verir Luka. Mənə uzanır - əlini tutmuram, nə baş verdiyini izah edirəm. Əlimə uzanıb telefonumu götürür. Maşına soxun, bunun... Əllərimi elə bükdülər ki, iki gün ağrıdı. Bir neçə dəqiqədən sonra o, maşını saxladı, özümü təhlükəsiz hiss etmədiyim üçün ondan məni polis bölməsinə aparmasını istədim. Qışqırırdı, məni söyürdü. Sonra maşında mənim çantamı axtardılar. Həmin vaxt mən xahiş etdim ki, oradan keçən kimdənsə axtarışda iştirak etməsini xahiş etsinlər. Çantada heç nə tapmayanda məni qandallı polis bölməsinə apardılar", - Luka Kintsuraşvili yazır.
Luka Kintsuraşvilinin sözlərinə görə, departament ona izah edib ki, o, polisin fəaliyyətinə maneçilik törətdiyinə görə həbs edilib və protokolu imzalaması tələb olunub.
"Ailə ilə və ya vəkillə əlaqə saxlamağı tələb edirdim. Şöbədə məndən sapmalar haqqında, 17 may haqqında nə düşündüyümü soruşdular, mənə qoyun kəsib qanını içməyi təklif edirdilər (mən vegeterianam), abort haqqında nə düşündüyümü soruşurdular - heyvanların həyatına görə narahatsansa, niyə uşaqları (ziqotları) “öldürməyin” tərəfdarısan deyirdilər və ən ürəksıxanı da bunu bir qadının soruşması idi.
Min bir cəfəngiyat söhbətdən sonra məni əvvəl söyən polis rəisi çıxıb söhbət eləməyə başlayır, indi mənim oğlum da ət sevmir, min boşboğazlıqla mənim etibarımı qazanmağa çalışırdı. Bu bölgədə yenisən və buna görə yoxlayırıq boş yerə problemlər yaratmısan", - Kintsuraşvili deyir.
O deyir ki, Polis rəisi həbs olunmazdan əvvəl çəkilmiş videonun silinməsi müqabilində onu azad edəcəyini deyib, əks halda onu “kapeze”yə (müvəqqəti saxlama təcridxanasına) keçirəcəyi ilə hədələyib.
İndiyə qədər inzibati qaydada saxlanmamışam, itim də xəstə idi, 4 gün qan köçürürdüm və uzun tərəddüddən sonra "kapeze"yə aparmamaları və məni buraxmaları şərti ilə videoları silməyə razılaşdım. Onlar qandalları çıxarıb mənə telefon verdilər, videonu sildim və qandalları taxıb və məni “kapezeyə”ya aparmalarını əmr etdilər.
İyulun 11-də məni kapezedən çıxarıb Qurcaaniyə apardılar. Polisxanaya qayıdanda telefonum yanımda olmadığı üçün vəkillə əlaqə saxlamaq imkanım olmadı. Ona görə də polisin işinə mane olduğumla razılaşdığımı təsdiq edən sənədə bir daha imza atmadım", - Luka Kintsuraşvili deyir.
Onun işi üzrə məhkəmə artıq keçirilib və Luka Natsvlişvilinin tələbi ilə iyulun 22-dək təxirə salınıb. Vətəndaşın sözlərinə görə, Daxili İşlər Nazirliyi iki polis əməkdaşını şahid qismində gətirib - Telefonu ilk götürməyə cəhd edən və başqa bir işçi – “mənim sözümün polis sözündən dəyərli olacağına çox da ümidim yoxdur. Yerdən göyə kimi haqlıyam. Əvvəlcə polisi təhqirə və maneçiliyə görə saxlamaq istəyiblər. Polis qarnıma sığal çəkdi və mən deyəndə ki, sən həyasızsan, bunu təhqir hesab etdi, yəqin ki, məni də kobud sözlərlə danlayırdılar. Bu heç nə", - deyir vətəndaş.
Polis əməkdaşlarının törətdiyi cinayətlərin araşdırılması ilə məşğul olan Xüsusi İstintaq Xidməti hadisə ilə bağlı araşdırmalara başlayıb. Luka Kintsuraşvilinin sözlərinə görə, avtobus dayanacağında onun qanunsuz həbsinin şahidi üç nəfər olub.
Konstitusiya Məhkəməsi hakiminin böyük köməkçisi Tornike Obolaşvili də polisi vəzifə səlahiyyətlərindən sui-istifadədə və qeyri-düzgün rəftarda ittiham edir. Onun sözlərinə görə, iyulun 15-də mülki geyimli polislər şəxsi məlumatlarını əldə etmək üçün onu küçədə qanunsuz olaraq həbs edib, fiziki təzyiq göstərib və telefonunu əlindən alıblar. O, 4 saatdan artıq polis bölməsində saxlanılıb və bu müddət ərzində vəkilinə zəng etməyə icazə verilməyib. Obolaşvili deyir ki, polislər onun qanunsuz həbsdən əvvəl çəkə bildiyi bir neçə saniyəlik videonu onun telefonundan siliblər.