Jurnalist Tamar Şarikadze hökumətin təbliğat teleşirkəti “İmedi”dən ayrılıb. Özünün dediyi kimi, rəhbər ondan zorakılığa təşviq edən sujet hazırlamağı tələb edirmiş.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
“Mənimlə “İmedi” teleşirkəti arasında demək olar ki, 5 il davam edən əməkdaşlığımız başa çatdı. Mən inanırdım və indi də inanıram ki, heç vaxt heç bir yerdə zorakılığı təşviq etməyəcəm! Mən heç vaxt zorakılığı təbliğ edən belə yoxlanılmamış faktların imzaçısı olmayacağam!
“Daha konkret desəm, mənim bilavasitə rəhbərim məndən zorakılığı mütləq təşviq edəcək bir süjet hazırlamağımı istədi” - jurnalist deyir.
Tamar Şarikadze “Xronika” xəbər relizində işləyirdi. İnformasiya Xidmətinin rəhbəri Natia Sonğulaşvili onun açıqlamasına münasibət bildirməyib.
Mayın əvvəlində rus qanunu ilə bağlı baş verən proseslər fonunda səhər proqramının üç aparıcısı “İmedi” televiziyasından ayrılmışdı.