Rus qanununun əleyhinə keçirilən aksiyada həbs edilən “Lelo” partiyasının baş katibi İrakli Kupradze iki günlük həbsdən sonra Tbilisi Şəhər Məhkəməsinin iclas zalından azadlığa buraxılıb.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
Televiziya müsahibəsi zamanı İrakli Kupradze həbsinin və ona qarşı fiziki hesablaşmanın təfərrüatlarını xatırladıb:
“Vətəndaşlardan birinin döyülərək huşunu itirdiyini gördüm. Kömək etməyə gəldikdə mənə dörd tərəfdən əl, ayaq, dəyənəklər dəydi, söyüş syülürdü. Məni cəmi 20 saniyəyə həbs etdilər və dəhşətli fiziki təzyiq ilə bütün 9 aprel küçəsi ilə, maşınların şəfərbər olduğu İnqoroqvanın küncünə apardılar. Məni xüsusi təyinatlıların dəhlizinə saldılar və orada hər kəsin məni döyürdü. Məni maşının yanında saxladılar, hətta maşına da mindirmədilər və 2 dəqiqəyə yaxın orada məni döyməyə davam etdilər”.
İrakli Kupradzenin sözlərinə görə, Daxili İşlər Nazirliyinin Xüsusi Tapşırıqlar Departamentinin direktoru “Xareba” ləqəbli Zviad Xarazişvili polis maşınında onu və “Qirçi – Daha Çox Azadlıq”ın üzvü Qela Xasaianı görüb.
“Məni maşına mindirəndə sözdə “Xareba”– “Milli Hərəkat” dövründə də, indi “Gürcü Arzusu” dövründə də insanları döyüb terror edən zonder – mənə və Qela Xasaianın pis döyüldüyünü görüb, məmnun gülümsəmə ilə oradan uzaqlaşdı. Yəqin ki, orada da döyülən vətəndaşları görmək üçün başqa maşınlara baxmalı idi. Burnumuzdan, dodaqlarımızdan qan axırdı.
Bu, Bidzina İvanişvilinin göstərişi ilə baş verib. Bu bir hesablaşma idi. Yolda bizə deyitdilər - “bu, rus qanununa görədir”, “bu İvanişviliyə görədir”, “bu Xarebaya görədir” və bizi döyürdülər. Bədənimin təxminən 15 yerində Samxarauli eksperti tərəfindən çəkilmiş və təsvir edilmiş qançırlar var. “Mən hər qançırdan qürur duyuram, çünki, rus dəyənəyinin mənə rus hakimiyyətindən niyə dəydiyini bilirəm”, - “Lelo”nun baş katibi deyir.
İrakli Kupradze və Qela Xasaia aprelin 16-da keçirilən aksiyada inzibati qaydada saxlanılıblar. Daxili İşlər Nazirliyi onları və digər saxlanılan şəxsləri xırda xuliqanlıqda və polisin qanuni tələblərinə tabe olmamaqda ittiham edir.
Qela Xasaia da döyülüb. “Polis bizə təkrar edirdi ki, bu, Kobaxidzenin, Ğaribaşvilinin, Qomelaurinin adına və s. Mən maşına tərəf gedirdim ki, maskalılardan biri növbəti aksiyaya getməmək üçün məni o qədər döyürlər ki, dedi. Bütün bunları zinətli deyirəm, bizi söydükləri kimi, bizə dedikləri sözləri təkrarlamaq istəmirəm. İlk dəfə deyil ki, həbs olunuram, amma heç bir mitinqdə belə rəftar, fiziki və ya şifahi təhqir görməmişəm”, - deyə Xasaia azadlığa çıxdıqdan sonra bildirib.
İrakli Kupradze və Qela Xasaianın məhkəməsi aprelin 24-də keçiriləcək.