“Xarici təsir agentləri” haqqında rus qanununu dəstəkləməyən “Gürcü Arzusu”nun deputatı Vladimir Çaçibaia parlament üzvü mandatını tərk etmək qərarına gəldiyini bildirir.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
Çaçibaianın sözlərinə görə, qanuna səs verməməsi də ona parlamentdə qalmaq hüququ və imkanı vermir.
“Düşünürəm ki, mən parlament həyatına hazır deyildim. Bilirsiniz, mən 30 il orduda olmuşam. Mənim şəxsi istəyim parlamenti tərk etməkdir, amma eyni zamanda partiyamızın sadiq üzvü olaraq qalıram. Mənim şəxsi istəyim mandatı tərk etməkdir, çünki düşünürəm ki, bəlkə ictimai və ya başqa bir xidmətdə özümü parlament həyatından daha çox reallaşdıracam. Hesab edirəm ki, mənim tərəfimdən qəbul edilən bu qərar da mənə parlamentdə qalmaq hüququ və imkanı vermir. Bu da mənim daxili səsimdir, səs verməməyi nəzərdə tuturam”, - Vladimir Çaçibaia Formula TV-yə müsahibəsində bildirib.
Onun sözlərinə görə, mandatı tərk etməsi ilə bağlı “Gürcü Arzusu” ilə ünsiyyətdə olub və bu məsələnin müsbət həll olunmasında israrlıdır: “Bu, mənim son mövqeyimdir. Əgər hansısa yüksək partiya marağı varsa, bu başqa məsələdir, amma mənim təkidli xahişim parlamenti tərk etməkdir”.
Vladimir Çaçibaia 2020-ci il parlament seçkiləri nəticəsində “Gürcü Arzusu”nun partiya siyahısından deputat olub. Parlamentdə Müdafiə və Təhlükəsizlik Komitəsinin sədr müavini vəzifəsini tutur. Çaçibaia deputat olana qədər 2018-2020-ci illərdə Gürcüstan Müdafiə Qüvvələrinin komandanı, 2016-2018-ci illərdə isə Baş Qərargah rəisi olub.
“Gürcü Arzusu” martın 7-də keçirilən plenar iclasda “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsini 78 deputatın dəstəyi ilə birinci dinləmədə qəbul edib. Vladimir Çaçibaia və Davit Sergeenko iclasa qeydiyyatdan keçsələr də, qanun layihəsinə səs verməyiblər. İclasda Xarici Əlaqələr Komitəsinin sədr müavini Giorgi Xelaşvili də iştirak edib, lakin o, qeydiyyatdan belə keçməyib.
Qanun layihəsinin birinci dinləmədə qəbul edilməsindən sonra Rustaveli prospektində bir neçə min nəfərin iştirak etdiyi etiraz aksiyaları keçirilib. Daxili İşlər Nazirliyi dinc nümayişçiləri gözyaşardıcı qaz, şırnaqlı su və digər vasitələrdən istyifadə edərək dağıdıb. Etirazçılardan biri nümayişin dağıdılması zamanı aldığı xəsarət nəticəsində bir gözünün görmə qabiliyyətini itirib.
Səhiyyə Nazirliyi neçə nümayişçinin xəsarət aldığı barədə indiyədək məlumat yaymayıb. Polis 133 vətəndaşı inzibati, bir nəfəri isə cinayət məsuliyyətinə cəlb edib. Daxili İşlər Nazirliyi bildirir ki, zorakılıq hadisələri ilə bağlı Cinayət Məcəlləsinin 353 prima və 187-ci (polis əməkdaşlarına hücum və özgənin əmlakına ziyan vurma) maddələri ilə istintaq davam etdirilir. Vətəndaşların etirazı nəticəsində “Gürcü Arzusu” rus qanunundan imtina etmək məcburiyyətində qalıb və martın 10-daki ikinci dinləmdə onu ləğv edib. Digər qanun layihəsi isə parlamentdən geri götürülüb.