Prezident Salome Zurabişvili Avropa İttifaqının Siyasi və Təhlükəsizlik Komitəsinin nümayəndə heyəti ilə Gürcüstan və Avropa İttifaqı arasında münasibətləri, rus qanununun nəticələrini və Qara Dənizin təhlükəsizlik məsələlərini müzakirə edib.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
Prezident administrasiyasının məlumatına görə, Salome Zurabişvili parlamentdə ikinci dəfə irəli sürülmüş rus qanununu ölkə üçün çətinlik adlandırıb və qeyd edib ki, qanunun qəbulu vətəndaş cəmiyyətinə təsir edəcək, Avropa İttifaqının dəyərlərini qoruyan vətəndaş sektorunun məhvi isə, məhz Rusiyanın məqsədidir.
“Məsələ Avropa və Rusiya arasında seçim olduqda, prezident burada bitərəf ola bilməz!” – prezident bildirib.
Salome Zurabişvili qeyd edib ki, Avropaya inteqrasiya prosesi gürcü xalqı üçün çox vacibdir və Avropa İttifaqının dəyərlərini bölüşür.
“Gürcü Arzusu” bir il əvvəl genişmiqyaslı ictimai etirazlar nəticəsində ləğv etdiyi “Xarici agentlər haqqında” qanun layihəsini “qeyd-şərtsiz” parlamentdən geri götürədüyü barədə söz verdikdən sonra, onu təkrardan geri qaytarıb. Qanun layihəsinin mətni olduğu kimi qalıb – yalnız “xarici təsir agenti” “xarici dövlətin maraqlarını daşıyan təşkilat” ifadəsi ilə əvəz edilib. Hakim partiya Gürcüstanın Avropaya inteqrasiya prosesinə xələl gətirə bilmə ehtimalı olsa da, rus qanununu yaz sessiyasının sonuna kimi qəbul etmək niyyətindədir.
Prezident Salome Zurabişvili rus qanunu qəbul olunarsa, ona veto qoymaq qərarına gəlib, lakin “Gürcü Arzusu” bunu aşmaq üçün parlamentdə kifayət qədər səsə malikdir.