Məsələnin siyasiləşdirilməsini yolverilməz hesab edirik - “Birinci Kanal” verilişlərinin bağlanması barədə 

“Gürcü Arzusu”nun rus qanunu müstəqil medianın və ictimai təşkilatların mövcudluğuna təhlükə yaradır, Gürcüstanın Avropa İttifaqına üzv olmasına mane olur.

Rus qanunu Gürcüstanda, eynilə Rusiyada söz azadlığını yox edən Putinin qaydalarının təməlini qoyur.

Məzlum olduğunuz zaman probleminizi işıqlandıran və yanınızda duran olmayacaq.

“Gürcüstan Xəbərləri” “Gürcü Arzusu”nun rus tipli qəsdinə sona qədər müqavimət göstərəcək!

Gürcüstanın İctimai Yayımçısın dünən Davit Qorqiladzenin verilişinin bağlanması ilə bağlı yayılan məlumatlara bəyanatla münasibət bildirir və yazır ki, “Qorqiladzenin Dözülməz Yüngüllüyü” ilə yanaşı, “Tele Məktəb”, “Günün Kodu”, “Ferma”, “Qiorqi Qvimradze ilə sərbəst baxış”“Hopla biz yaşayırıq”, “Natalia və Datuna ilə”, “Kişilər Play”  verilişləri də bağlanıb. Gürcüstanın birinci kanalı buna səbəb kimi yayımçının maliyyələşdirmə metodunun və binasının dəyişməsini göstərir.

“Yayım haqqında qanuna edilən dəyişikliklə yayımçının modeli və maliyyələşmə qaydaları dəyişib. Həmçinin, məlumdur ki, 2024-cü ildə yayımçı binanı dəyişir və yeni ünvana köçür və bu, infrastruktur və texnoloji dəyişikliklərlə bağlıdır ki, bu da öz növbəsində təşkilatın kapital xərclərini artırır.

Mövcud vəziyyət bir tərəfdən fasiləsiz yayımı davam etdirməyə, məzmun öhdəliklərini yerinə yetirməyə, digər tərəfdən isə yeni şəraitə uyğun olaraq planlaşdırılan verilişləri dəyişdirməyə borclu olan qurumu yeni reallıq qarşısında qoyur.

İctimai yayımda bütün verilişlər eyni dərəcədə dəyərli, keyfiyyətli və vacibdir. Rəngarənglik - hər bir ictimai yayımçının təməl daşı olan informasiya, bilik, əyləncə və idman bütün növ tamaşaçıların zövqünü nəzərə alır və verilişlərin siyasiləşdirilməsini istisna edir.

İllərdir kanalda müxtəlif siyasi, sosial və ya mədəni məzmunlu verilişlər var və bu yanaşma dəyişməz olaraq qalır, restrukturizasiya verilmiş maliyyə dəyişiklikləri əsasında planlaşdırılıb və bütün layihələrə, eləcə də təşkilatın hər bir əməkdaşına müxtəlif formada təsir edəcək. 

İstənilən verilişlə bağlı məsələnin siyasiləşdirilməsini qətiyyən yolverilməz hesab edirik, çünki bu mərhələdəki dəyişikliklərdən asılı olaraq, müxtəlif tipli tamaşaçıların hər bir verilişdə öz zövqünə və seçiminə uyğun olaraq əksiklikləri olacaq.

Dəyişikliklərlə bağlı bütün autsorsinq şirkətləri (6 şirkət) ilə də danışıqlar aparılır.

İctimai Yayımçının 2024-cü il büdcəsinin dekabrın 14-də təsdiq edildiyini və bütün layihələrin yaradıcı qrupları ilə üzbəüz ünsiyyətin dünən başa çatdığını əsas götürərək,  ictimai yayımçı ideyasının  vacib olduğu kəslərə mövcud vəziyyət barədə bu gün məlumat verəcəyik, çünki şərh yalnız real mənzərəni görməyə mane olacaq”, - Birinci Kanalın bəyanatında deyilir.

Birinci kanal bu verilişləri bağlamaqla nə qədər pula qənaət edəcəyini və onların arasında tələb olunan layihələri ləğv etməyin nə dərəcədə zəruri olduğunu açıqlamayıb.

Dato Qorqiladzenin proqramının bağlanması ilə bağlı məlumat dekabrın 15-də yayılıb. Qeyd edək ki, aparıcı “xarici təsir agentləri” haqqında, “Gürcü Arzusu”nun bu ilin martında qəbul etməyə çalışdığı Rusiya qanuna adlanan qanuna qarşı mövqeyini açıq şəkildə bildirib. Martın 6-da Qorqiladze qanun layihəsini dəstəkləyən deputatlar haqqında yazıb:

“Salam verməyin. Cəsarəti olanlarını üzlərinə deyin ki, vicdanı yuyulmuş, alın damarı çatlamış insanlardırlar. Utandırın [çətin olacaq, amma cəhd edin].Onlarla gürcü süfrəsində bir yerə gəlsəniz, ayağa qalxın və oranı tərk edin. Bu qanunu dəstəkləyən hər kəs buna layiqdir. Onsuz da zaman bunu edəcək, bu qaçılmazdır, amma gəlin buradanca başlayaq”.

Gürcüstan xəbərləri
Gürcüstan xəbərləri
müstəqil, ictimai-siyasi onlayn nəşrdir. Vebsayt İnformasiya Resursları Şəbəkəsi (IRN) tərəfindən idarə olunur