Keçmiş hərbi xidmətçi Mamuka Çxikvadze 21 aylıq həbsdən sonra Tsxinvali həbsxanasından azad edilib. Onunla birlikdə işğalçı qüvvələr tərəfindən həbs edilən daha bir Gürcüstan vətəndaşı, Kaxaber Natadze də azad edilib.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
Dövlət Təhlükəsizliyi Xidmətinin məlumatına görə, Kaxaber Natadze və Mamuka Çxikvadzenin qanunsuz həbsdən azad edilməsi prosesində “qaynar xətt” mexanizmindən fəal istifadə edilib. Onların qanunsuz həbsdən dərhal azad edilməsi məsələsi Gürcüstanın mərkəzi hökuməti tərəfindən “İnsidentlərin Qarşısının Alınması və Reaksiya Mexanizmi” (IPRM) və “Cenevrə Beynəlxalq Müzakirələri” formatlarında mütəmadi olaraq qaldırılıb.
Mamuka Çxikvadze Tsxinvali həbsxanasında qanunsuz olaraq 3,8 il idi ki cəza çəkirdi. O, 2021-ci ilin dekabrında Qori bələdiyyəsinin Nikozi kəndi yaxınlığında həbs edilib. Qondarma sərhədi qanunsuz keçməklə yanaşı, narkotik qaçaqmalçılığında ittiham olunub. 2022-ci ilin mayında de-fakto məhkəmə Çxikvadzeni 5 il 6 ay müddətinə azadlıqdan məhrum edib. Apellyasiya şikayətindən sonra Mamuka Çxikvadzenin qanunsuz cəzası azaldılıb.
1977-ci il təvəllüdlü Kaxaber Natadze də Cənubi Osetiyanın de-fakto təhlükəsizlik komitəsi tərəfindən qondarma sərhədi qanunsuz keçməkdə ittiham ounub. O, 2021-ci il dekabrın 10-da işğal olunmuş Tsinqari kəndi yaxınlığında qanunsuz şəkildə həbs edilib. Kaxaber Natadze Qori sakinidir.
Hazırda daha 4 Gürcüstan vətəndaşı Tsxinvali həbsxanasında qanunsuz həbsdədir.