Rusiya hakimiyyəti 7-9 tarixlərində Tbilisidə keçirilən etiraz aksiyalarının arxasında Qərbin Gürcüstandakı vəziyyəti sarsıtmaq və höküməti Rusiya ilə münasibətləri kəsməyə inandırmaq istəyində görür. Bu barədə Rusiya Xarici İşlər nazirinin müavini Mixail Qaluzin məlumat verib. Oxşar bəyanatlarla Gürcüstan hökumətinin yüksək vəzifəli şəxsləri də çıxış edirlər.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
RTVI telekanalına müsahibəsində Qaluzin Tbilisidə keçirilən son etirazların ikitərəfli münasibətlərə necə təsir göstərə biləcəyi ilə bağlı sualı şərh edib.
“Mart etirazlarının arxasında Gürcüstan hökumətinin praqmatik kursundan narazı olan Qərbin respublikada vəziyyəti sarsıtmaq, onun rəhbərliyini Ukraynanı daha fəal dəstəkləməyə inandırmaq, Rusiya ilə münasibətləri kəsmək istəyini görürük”, - o deyib.
Qaluzinin sözlərinə görə, "xarici təzyiqlərin artmasına və diplomatik münasibətlərin olmamasına baxmayaraq" Gürcüstanla Rusiya arasında münasibətlər, ilk növbədə, ticari-iqtisadi sahədə inkişaf etməkdədir.
“Biz əminik ki, ortaq tarix və mədəniyyəti, milyonlarla insanın taleyini birləşdirməklə bütövləşən Rusiya və Gürcüstan arasında münasibətlərin daha da normallaşması ölkələrimizin xalqlarının maraqlarını tam təmin edir”, - deyə Rusiya xarici işlər nazirinin müavini bildirib.
Mixail Qaluzin qeyd edib ki, Moskva və Tbilisinin “iki dövlət arasında yeganə hərəkətdə olan magistralın fasiləsiz fəaliyyətini təmin etmək” üzrə birgə işi “uğurlu Rusiya-Gürcüstan əməkdaşlığı”nın nümunəsidir: “Gürcüstan tərəfindən yol infrastrukturunun modernləşdirilməsi, Xaç keçidinin altında tunelin tikintisi, biz tərəfdən isə Yuxarı Lars keçid məntəqəsinin genişləndirilməsi. Sərhədin hər iki tərəfindəki hərəkətlər bu nəqliyyat arteriyasının tutumunun azalmasının qarşısını almaq üçün kordinasiya olunub”.
7-9 tarixlərində Tbilisidə on minlərlə insan “xarici təsir agentləri” haqqında rus qanununun qəbuluna qarşı çıxıb. “Gürcü Arzusu” müstəqil media və qeyri-hökumət təşkilatlarını məhdudlaşdıran qanun layihəsini martın 7-də birinci dinləmədə dəstəkləyib, etiraz və beynəlxalq təzyiqlər nəticəsində martın 10-da rədd edib. Etirazları hökumət gözyaşardıcı qaz, su şırnaqları və bibər qazı ilə dağıdıb.
Bu mövzu haqqında:
Kobaxidzenin sözlərinə görə, rus qanunlarına qarşı aksiyaların məqsədi hökuməti devirmək olub