2024-cü ilin martından xərçəngin erkən diaqnostikası proqramına start veriləcək, bu proqram çərçivəsində erkən tədqiqatlar maliyyələşdiriləcək. Gürcüstan Səhiyyə Nazirliyi bildirir ki, proqrama yüksək texnoloji müayinələr və mütəxəssis konsultasiyası daxildir ki, bu da onkoloji xəstəliklərin erkən mərhələdə aşkar edilməsini təkmilləşdirəcək.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
Bir neçə həftədir ki, Tbilisidə hökumət administrasiyası qarşısında xərçəng xəstələrinə – “Mən yaşamaq istəyirəm” adlı aksiya keçirilir. Aksiya iştirakçıları illik 25.000 lari limitinin götürülməsini və onkoloji diaqnozu qoyulmuş xəstələrin müalicəsinin dövlət tərəfindən tam, fərdi şəkildə maliyyələşdirilməsini tələb edirlər. Bundan əlavə, xərçəng xəstələri deyir ki, maliyyənin ayrılması çox vaxt hər günün həlledici ola biləcəyi bir və ya iki ay gecikir.
Səhiyyə Nazirliyi bəyan edir ki, universal səhiyyə proqramı çərçivəsində onkoloji xəstəliklərin müalicəsi hər bir benefisiar üçün eyni dərəcədə əlçatandır və bunun üçün son illər mühüm islahatlar həyata keçirilib.
"2022-ci ilin noyabr ayından bütün benefisiarlar üçün onkoloji diaqnozu olan xəstələr üçün müalicənin [hormon terapiyası, kimyaterapiya, şüa terapiyası] və dərman preparatlarının illik limiti pasiyentin əlavə ödənişi olmadan 25.000 lariyə qədər artırılıb.
Ötən ildən Gürcüstanın bütün vətəndaşları üçün kimyaterapiya, hormon və şüa terapiyası, eləcə də onkocərrahiyyə xidmətləri maliyyələşdirilib.
“Roche” və “Novartis” şirkətləri ilə bağlanmış müqavilə nəticəsində dövlət tərəfindən xeyli ucuz qiymətə bahalı dərmanlar alınıb ki, bu da xəstələrin tələbatının ödənilməsinə, daha çox dərman preparatları ilə təmin olunmasına və benefisiarların sayının artmasına xidmət edir. Nazirlik 2024-cü ildə onkoloji dərmanların birbaşa istehsalçıdan xeyli aşağı qiymətə alınması və aparılan islahatlar hesabına 350 milyon laridən artıq dərman və xidmətlərin büdcəsini müəyyən etmək imkanı əldə edəcək.
Səhiyyə Nazirliyi universal səhiyyə proqramından başqa xəstələrin ehtiyaclarını referal komissiyası çərçivəsində də nəzərə alır, belə ki, tibbi xidmətlər və dərmanlar xəstə üçün fərdi şəkildə maliyyələşdirilir", - Bu barədə Səhiyyə Nazirliyinin məlumatında deyilir.
Nazirlik qeyd edir ki, onkoloji xəstəlikləri olan xəstələrlə görüşlərin keçirilməsi, onlara onlar üçün vacib olan hər hansı məsələ ilə bağlı ətraflı məlumat verilməsi nəzərdə tutulur.