“Gürcü arzusu” fraksiyasının sədri Mamuka Mdinaradze deyir ki, müxalifət hakim partiyanın təklif etdiyi beş “bitərəf” namizəddən heç birini dəstəkləməsə, yeni xalq müdafiəçinin seçilməsi prosesi uğursuzluğa düçar ola bilər. Qeyri-hökumət təşkilatlarının təqdim etdikləri Giorgi Burcanadze və Ana Abaşidzenin namizədliyi “Gürcü arzusu” üçün qəbuledilməzdir.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
“Eliminasiya üsulu ilə qalan səkkiz namizəddən, hansı ki, əvvəlki halda bizim tərəfimizdən adları çəkilmişdi, müxalifətə təklif etmişdik ki, heç olmasa onlardan birini dəstəkləsinlər. Tərəfimizdən güzəşt verilmişdi ki, istədikləri 5 namizəddən (Lela Qafrindaşvili, Tinatin Erkvania, Nuqzar Koxreidze, Giorgi Mariamidze, Ketevan Çaçava) birini seçsinlər. Onların qəti mövqeyi ondan ibarətdir ki, təqdim etdikləri iki namizəddən (Giorgi Burcanadze, Ana Abaşidze) başqa heç bir başqa namizədi dəstəkləməyəcəklər. Biz onu deyirik ki, bütün digər arqumentləri bir kənara qoysaq, əsas arqumentlərdən biri, bizim üçün başlanğıc nöqtəsi siyasi neytrallıqdır. Bilirik ki, onların təqdim etdiyi namizədlərdən bunun ehtimalı istisnadır, onlar arasında İaqo Xviçiaya qarşı da müəyyən yöndəmsiz məqam mövcuddur. Lakin siyasi partiya liderinin (İaqo Xviçia) seçiləcəyi təqdirdə gələcəkdə siyasi neytral olmağı bacaracağını təsəvvür etmək yəqin ki, çətindir. Ona görə də siyasi neytrallığına az-çox qarantiyamız olan beş namizəd qalıb. Bizim hələ də ümidimiz var, şəxsən mən nəzəri şans görürəm ki, onlar hadisələri bir daha dəyərləndirsinlər, bir daha Avropanın tövsiyələrini yerinə yetirmək kimi üstünlük təşkil edən qlobal, dövlət maraqlarını ortaya qoysunlar və bəlkə də dəyişmiş mövqe ilə qayıtsınlar. Bu baş verməsə, təbii ki, uğursuzluq riski var. O zaman yenə axtarası olacağımız yeni namizədlər, yeni proses və.s. olacaq”. – deyə Mamuka Mdinaradze bildirib.
“Milli Hərəkat” fraksiyasının sədri Xatiya Dekanoidzenin sözlərinə görə, onlar “Gürcü arzusu”nun irəli sürdüyü 5 namizəddən heç birini dəstəkləməyəcəklər.
“Bizim tərəfimizdən iki namizəd konkretləşdirilib. “Gürcü arzusu” deyir ki, onların heç bir namizədi yoxdur, ancaq siyahıdan 5 nəfərin səsvermədə yer almasını təklif edirlər. İndiki mərhələdə razılığa gəlmək mümkün olmadı. Ən əsası odur ki, Burcanadze və Abaşidze “Gürcü arzusu”nun təqdim etdiyi beşlikdən peşəkar keyfiyyətlərinə və standartlarına görə seçilir”. - Dekanoidze qeyd edib.
O hesab edir ki, “Gürcü arzusu” üzvlərinin Giorgi Burcanadze və Ana Abaşidzeyə qarşı arqumentləri siyasidir və peşəkar deyil, çünki hər iki namizəd seçim müsabiqəsi zamanı ən yüksək bal toplayıb. “Gürcü arzusu” Ali Ədliyyə Şurasının keçmiş hakim olmayan üzvü, “Gürcüstan Məhkəməsi Gözətçisi”nin təsisçisi Nazi Janezaşvilini də dəstəkləmir.
Giorgi Burcanadze 2018-ci ilin əvvəlindən Gürcüstan xalq müdafiəçisinin müavinidir, Ana Abaşidze isə “İnsan Haqları Naminə Tərəfdaşlıq” qeyri-hökumət təşkilatına rəhbərlik edir.
Nino Lomjariyanın Xalq Müdafiəçisi kimi səlahiyyət müddəti dekabrın 8-də başa çatıb. Yeni xalq müdafiəçisinin seçilməsi prosesinin şəffaf keçirilməsi və müstəqil namizədin seçilməsi Avropa Komissiyasının iyun ayında Gürcüstan üçün müəyyən etdiyi 12 prioritetdən biridir ki, onların yerinə yetirilməsi ölkəyə Avropa Birliyinə namizəd hüquqi statusun verilməsi üçün zəruridir.