Gürcüstan parlamentində xalq müdafiəçiliyənə namizəd kimi irəli sürülmək istəyən şəxslərdən ibarət qiymətləndirmə qrupu öz işini başa çatdırıb. “İnsan Haqları Naminə Tərəfdaşlıq” (PHR) təşkilatının rəhbəri, hüquqşünas Ana Abaşidzenin namizədliyi ən yüksək balla (321) qiymətləndirilib.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
Qalan namizədlərin qiymətləndirilməsi aşağıdakı kimidir:
- Nazi Canezaşvili, “Gürcüstan Məhkəməsinin müşahidəçisi” qeyri-hökumət təşkilatının direktoru – 288 bal;
- Nuqzar Koxreidze, “Nəsillərin dialoqu” Elmi-İntellektual Klubunun sədri – 237 bal;
- Giorgi Burcanadze, Gürcüstanın ictimai müdafiəçisinin müavini - 231 bal;
- Serqo Maxaradze, Gürcüstan Peşəkar İttifaqlar Birliyinin hüquqşünası - 223 bal;
- Marika Arevadze, “Arevadze, Qonaşvili və Partnyorlar” hüquq bürosunun hüquqşünası – 221 bal;
- Tinatin Erkvaniya, GIPA Hüquq və Siyasət Məktəbinin dosenti - 221 bal;
- Giorgi Mariamidze, “Vətəndaşların Müdafiəsi İnstitutu”nun direktoru – 171 bal;
- Lela Qaprindaşvili, "Qadınların Bərabərlik Təşəbbüsü"nün rəhbəri - 166 bal;
- Sofio Demetraşvili, Texniki Universitetin Hüquq və Beynəlxalq Münasibətlər fakültəsinin dosenti - 162 bal;
- Ketevan Çaçava, “İnkişaf və Demokratiya Mərkəzi”nin icraçı direktoru – 154 bal;
- Nikoloz Nikoladze, Gürcüstanın diplomatik xidmət ehtiyatı - 105 bal;
- Aleksandre Kobaidze, “Gənc Hüquq Müdafiəçiləri Assosiasiyası”nın sədri, hüquqşünas – 78 bal;
- İaqo Xviçia, Gürcüstan parlamentinin üzvü - 62 bal;
- Cemal Natelaşvili, Gürcüstan Vəkillər Kollegiyasının üzvü, keçmiş prokuror - 56 bal;
- Giorgi Tsobexia, idarəedici tərəfdaş, "Giorgi Tsobekhia and Partners" hüquq bürosunun direktoru - 53 bal;
- Levan Kokoraşvili, Kvareli rayon Gənc Hüquqşünaslar İttifaqının idarə heyətinin sədri - 53 bal;
- Maka Mindiaşvili “Xalqın səsi” Qeyri-sahibkar (qeyri-kommersiya) hüquqi şəxsinin təsisçisi– 17 bal;
- Evgeniya Tavadze, tibb elmləri doktoru, müvəqqəti işsiz - 4 bal;
Qiymətləndirmə qrupunun üzvləri namizədləri dürüstlük, qərəzsizlik, müstəqillik, yüksək reputasiya, insan hüquqları və əsas azadlıqlar sahəsində müvafiq peşə bilikləri və praktiki təcrübə meyarına uyğun olaraq 0-10 bal arasında qiymətləndiriblər. Qiymətləndirmə şifahi müsahibəsiz, namizədlərin təqdim etdikləri sənədlər əsasında aparılıb. Qrupun hər bir üzvünün qiymətləndirməsi Parlament tərəfindən dərc edilib:
- “Gürcüstan Hüquqşünaslar Assosiasiyası”nın sədri Davit Asatianinin qiymətləndirilməsi;
- Tbilisi Dövlət Universitetinin Hüquq fakültəsinin dekanı Tamar Zarandiyanın qiymətləndirilməsi;
- “Regional Yayımçılar Assosiasiyası”nın sədri Natia Kupraşvilinin qiymətləndirilməsi;
- Gürcüstan Peşəkar İttifaqlar Birliyinin sədr müavini Raisa Lipartelianinin qiymətləndirilməsi;
- “Qadın İnformasiya Mərkəzi”nin direktoru Elena Rusetskayanın qiymətləndirilməsi;
- “Çoxmillətli Gürcüstan”ın sədri Arnold Stepanyanın qiymətləndirilməsi;
- “Gürcüstan Yaşıllar Hərəkatının” sədri, keçmiş ətraf mühit və təbii sərvətlərin mühafizəsi naziri Nino Çxobadzenin qiymətləndirilməsi (1995-2004);
- “Demokratiya İndeksi - Gürcüstan”ın sədri Eka Tsimakuridzenin qiymətləndirməsi;
- “Çoxpartiyalı Demokratiya üçün Şərqi Avropa Mərkəzi” təşkilatının icraçı direktoru Levan Tsutskiridzenin qiymətləndirilməsi;
Prosedura görə, 21 Oktyabr da daxil olmaqla, parlamentin səlahiyyətli subyektləri - müxalifət, fraksiyalar, siyasi qruplar, 7 nəfərlik bitərəf deputat qrupu Xalq müdafiəçiliyinin 19 namizəddən birini və ya bir neçəsini Milli Məclisə təqdim edə bilər. Namizədlərin sayı 7 nəfərdən az olmadıqda namizədlərin nəzərdən keçirilməsinə başlanılacaq. Əks halda prosedurlar yenidən başlanacaq.
Gürcüstanın ictimai müdafiəçisi vəzifəsinə 52 qeyri-hökumət təşkilatı tərəfindən üç namizəd - Ana Abaşidze, Giorgi Burcanadze və Nazi Canezaşvilinin namizədliyi irəli sürülüb. Qeyri-hökumət təşkilatları namizədləri səsvermə yolu ilə seçiblər.
“QHT-lər klanı öz namizədlərini tam qapalı rejimdə irəli sürür. Bu, yolverilməzdir və onların hadisələrə münasibətini göstərir. Onlardan hər hansı biri öz ərizəsini verə bilər, müvafiq qeyri-hökumət təşkilatları buna qiymət verəcək, sonra müxalifət partiyaları qərar versələr, namizədliyini irəli sürəcəklər”, - bu fakta “Gürcü arzusu” partiyasının sədri İrakli Kobaxidze belə cavab verib.
Hazırkı ictimai müdafiəçi Nino Lomcariyanın səlahiyyət müddəti dekabrın 8-də başa çatır.