Böyük Britaniyanın xarici işlər üzrə dövlət katibi Ceyms Kleverli Gürcüstanı tərk etməzdən əvvəl gürcü jurnalistlərlə görüşüb. Müstəqil medianın əhəmiyyətinə diqqət çəkən Kleverli bu gün keçirilən müxtəlif görüşlərdə də bu məsələnin müzakirə edildiyini bildirib.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
“Bəli, biz media azadlığını müzakirə etdik, çünki mən hesab edirəm ki, bu, özünə güvənən hökumətin əsas xüsusiyyətlərindən biri olmaqla yanaşı, fəaliyyət göstərən demokratiyanın mühüm hissəsidir. Rəqabətli siyasi mühitə, eləcə də azad, ədalətli və açıq cəmiyyətə sahib olmalısınız. Bu məsələdə media azadlığı çox önəmlidir.
Konkret şəxslər haqqında danışmamışıq, amma mən vurğuladım ki, azad və müstəqil ədalət mühakiməsi, şəffaf məhkəmə prosesləri çox önəmlidir. Böyük Britaniya Avropa ölkələri və təşkilatları ilə daha sürətli inteqrasiyaya nail olmaq üçün Gürcüstanın güclü demokratiya olmasını istəyir”, - deyə Kleverli bildirib.
Bu gün Böyük Britaniyanın xarici işlər üzrə dövlət katibi baş nazir İrakli Qaribaşvili, xarici işlər naziri İliya Darçiaşvili və vətəndaş cəmiyyətinin nümayəndələri ilə görüşüb.
“Onun verdiyi sual Böyük Britaniyanın Gürcüstanın və ölkənin demokratik inkişafına necə kömək edə biləcəyi ilə bağlı idi. Mən Rusiyadan gələn təhdidlərdən, gürcü xalqının və hakimiyyətinin ritorikasının, məqsədlərinin tamamilə itirilməsindən danışdım. Xüsusilə Rusiyanın Ukraynaya hücumundan sonra hökumətin ritorikası Rusiyanın ritorikasına çox bənzəyir” – deyə keçmiş Keçmiş Xalq müdafiəçisi Nino Lomjaria bildirib.
“Media azadlığı məsələləri onlar, bizim tərəfdaşlarımız üçün çox vacib mövzudur. Olduqca çətinləşdirilmiş media mühitindən, Rusiya qanunlarından və bu qanunun xüsusilə media üçün yaratdığı təhlükələrdən danışdıq. Biz Nika Qvaramiyanın siyasi həbsindən, eləcə də jurnalistlərin tez-tez fiziki və ya şifahi zorakılığın qurbanına çevrildiyi şəraitlərdən danışdıq”, - Açıq Cəmiyyət Fondunun media proqram meneceri Xatia Jinjixadze bildirib.
Ceyms Kleverli Gürcüstana səfəri çərçivəsində işğal xətti yaxınlığında yerləşən Odzisi kəndinə baş çəkib. Onun sözlərinə görə, Rusiyanın 2008-ci ildə Gürcüstana təcavüzü və Cənubi Osetiya və Abxaziyada mövcudluğunu davam etdirməsi çox dərin insan iztirablarına, ailələrin parçalanmasına, onların ata-baba torpaqlarına və dini müqəddəs yerlərə çıxışın məhdudlaşdırılmasına səbəb olub.
Kleverli bildirib ki, Cənubi Osetiya və Abxaziya Gürcüstanın ayrılmaz hissələridir və Böyük Britaniya Gürcüstanın suverenliyini və ərazi bütövlüyünü dəstəkləməyə davam edəcək.