Mestia Bələdiyyəsinin 2023-cü il büdcəsindən, hansı ki, dəyəri 19 milyon laridir, 7 milyon laridən çoxu yerli hakimiyyətin ehtiyacları üçün nəzərdə tutulub. Şəhər Şurası işçilərinin maaşları və xərcləri 1.453.000 lari, meriyanınki isə 4.916.230 lari təşkil edir. Keçən illə müqayisədə meriya işçilərinin ehtiyac xərcləri bir milyon laridən çox artıb.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
28 dekabr tarixində Şəhər Şurası tərəfindən təsdiq edilmiş infrastrukturun tikintisi və bərpası üçün büdcənin cari variantında cəmi 3.870.000 lari nəzərdə tutulub ki, bu da 2021-ci ilin maliyyələşdirilməsindən təxminən 5 dəfə, 2022-ci ilin maliyyələşdirilməsindən isə 1,6 dəfə azdır.
Bu il yerli büdcədə yolların və körpülərin baxımı, bərpası və reabilitasiyası üçün cəmi 250 min lari nəzərdə tutulub. Kommunal infrastrukturun tikintisi və bərpası üçün də maliyyə 700 mindən yarım milyon lariyə endirilib. Su sisteminin bərpası üçün nəzərdə tutulan məbləğ də azaldılıb. Mestia bələdiyyəsinin abadlaşdırılmasının maliyyələşdirilməsi ötən illə müqayisədə demək olar ki, iki dəfə azalıb və bu il cəmi 1 milyon 200 min lari olacaq. Bununla belə, “Mestia Təmizlik və Abadlaşdırma Xidməti”nin maliyyələşdirilməsi 300 min lari artıb.
2023-cü ilin büdcəsindən yeni yaradılmış “Gənclərin Özünüidarəsi” təşkilatının 500 min lari ilə maliyyələşdirilməsi nəzərdə tutulub. Biznes reyestrinə əsasən qurum 2022-ci il noyabrın 16-da, yəni 2023-cü ilin büdcəsinin təsdiqinə ay yarım qalmış qeydiyyatdan keçib. Bu təşkilat 2022-ci il büdcəsindən 50 min lari ilə maliyyələşdirilib. “Mestia Bələdiyyəsinin Gənclərin Özünüidarəetmə Təşkilatı”nın direktoru İrakli Mikiani, şuranın üzvləri isə: Levani Kobalia, Ana Çartolani, Nino Uşxvani, Ekaterine Faliani, Mariam Gvarliani, Teona Goşteliani və Laşa Caparidzedir. Nizamnaməyə görə, təşkilat Mestia bələdiyyəsinin merinə hesabat verir və mer birbaşa təşkilatın nəzarətçisdir. Təşkilatın məqsədləri arasında Mestia Bələdiyyəsinin yerli gəncləri üçün demokratiya, qanunun aliliyi, insan hüquq və azadlıqları prinsip və dəyərlərini gücləndirmək; Gənclər arasında narkomaniya və qumar aludəliyi ilə mübarizə; Gənclərin məşğulluğunun təşviqi, yüksək ixtisaslı gənclərin formalaşmasına dəstək və s. var.
2021 və 2022-ci illərlə müqayisədə “Svaneti təyinat idarə təşkilatı “Şan-Land””ın maliyyələşdirilməsi üç dəfə artıb və təşkilat Mestia Bələdiyyəsinin 2023-cü il büdcəsindən 450.000 lari alacaq. Bu təşkilatın direktoru Mestia şəhərinin meri Kapiton Jorjolianinin qardaşı Davit Jorjolianidir.
Mestia Bələdiyyəsinin 2023-cü il büdcəsində əhalinin sağlamlığının qorunması və sosial təminatının maliyyələşdirilməsi 1.425.300 lari, keçən il isə 831.300 lari olub. Bu büdcədən 100 min lari təbii fəlakətlərdən zərər çəkmiş ailələrə yardım üçün, 103 min lari məhdudiyyət imkanlı şəxslər üçün reabilitasiya mərkəzinin birgə maliyyələşdirilməsinə, yalnız 55 min lari evsizlərin mənzillə təminatına ayrılıb.