Gürcüstan Milli Bankı valyuta hərracında daha 60 000 000 ABŞ dolları satıb. Orta məzənnə 2,8635 olub.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
Milli Bankda deyildiyi kimi, bu müdaxilənin məqsədi birdəfəlik iri əməliyyatlar nəticəsində bazar gözləntilərinə mümkün mənfi təsirləri azaltmaqdır.
“Birdəfəlik iri əməliyyatlar, xüsusən də maliyyə sektoru tərəfindən əvvəlki illərdə verilmiş lari ilə ifadə olunmuş öhdəliklərin ödənilməsi, dividendlərin ödənilməsi valyuta bazarında xarici valyutaya tələbi müvəqqəti artırır. Bu əməliyyatların məzənnədə həddindən artıq dalğalanmalara səbəb olmaması üçün Milli Bank zərurət yarandıqda valyuta hərracları vasitəsilə bazara xarici valyuta təqdim edir”, - deyə Milli Bank izah edir.
Gürcüstan parlamenti tərəfindən “xarici agentlər” haqqında rus qanununun qəbulundan sonra, son bir ayda Milli Bank ümumilikdə 168 700 000 ABŞ dolları satıb: mayın 16-da – 60 milyon, mayın 28-də – 48,7 milyon, iyunun 11-də – 60 milyon. Buna baxmayaraq, lari dollar və avro qarşısında ucuzlaşmaqda davam edir. Əgər mayın 11-də bir ABŞ dollarının rəsmi dəyəri 2,6755 lari, avronun isə 2,8837 lari idisə, bu gün rəsmi məzənnəyə əsasən, 1 ABŞ dolları 2,8490 kari, 1 avro isə 3,0584 lari təşkil edir.