Xobi Bələdiyyə Şurasında “Milli Hərəkat” fraksiyasının 11 üzvündən 10-u partiyanı tərk edib. Onlar Bələdiyyə Şurası deputatlarının mandatlarından imtina etmək fikrində deyillər və fraksiyanın fəaliyyətini başqa ad altında davam etdirəcəyini bildirirlər.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
Fraksiyanın sədri İa Cişkarianinin sözlərinə görə, partiyanı tərk etmək qərarı “Milli Hərəkat”ın hazırkı liderləri ilə fikir ayrılığı səbəbindən alınıb və onlar siyasi fəaliyyətlərini, əgər o, yeni platforma formalaşdırsa partiyanın keçmiş sədri Nika Melia ilə davam etdirməyi planlaşdırırlar. Cişkarianinin sözlərinə görə, Bələdiyyə Şurasının deputatları ilə birlikdə rayon təşkilatının 30-a yaxın üzvü də partiyanı tərk edib.
“Milli Hərəkat”ı əvvəlki günlərdə Batumi, Zuqdidi və Çiatura təşkilatlarının üzvləri də tərk ediblər.
“Milli Hərəkat”ın sədri Levan Xabeişvili partiyadaşlarının qərarını şərh etməyib. Partiyanın təsisçisi, həbsdə olan üçüncü prezident Mixeil Saakaşvilinin “Facebook” sosial şəbəkəsində bəyanatı dərc olunub və orada onun “daxili intriqalar”la maraqlanmadığı bildirilir.
“Bəlkə də “Vahid Milli Hərəkat” bu yolla keçməli idi və əminəm ki, bu il bu proseslərdən daha güclü, daha mütəşəkkil çıxacaq. Mən də rus oliqarxı və Rusiya ilə sona qədər bu mübarizədəyəm (Lavrov bundan əvvəl Avropadakı çıxışının mühüm hissəsini mənə həsr etdi). Ona görə də mən Gürcüstan üçün ruslara və onların əlaltılarına qarşı mübarizə aparıram və daxili intriqalarla maraqlanmıram. Mən ya indi “Qələbə Koalisiyası” platformasında, ya da bir az sonra, hamı birliyin alternativinin olmadığını başa düşdükdə daha da güclü birlik yaratmaq üçün müxtəlif insanlara və qruplara həmişə açığam”, - Saakaşvili yazır.
Noyabrın 27-də “Milli Hərəkat” bəyanat yayaraq Nika Melianın artıq bu partiyanı təmsil etmədiyini və bu məsələnin qapandığını bildirib.
Levan Xabeişvili 2023-cü ilin yanvarında “Milli Hərəkat”ın sədri seçilib. O, keçmiş daxili işlər naziri Vano Merabişvili və keçmiş müdafiə naziri, “Formula” teleşirkətinin təsisçisi Davit Kezeraşvilinin dəstəklədiyi namizəd idi. Partiyanın sədri kimi səlahiyyət müddəti 2024-cü ildə başa çatmalı olan Nika Melia Kezeraşvili-Merabişvilini partiyadaxili proseslərə müdaxilə etmək cəhdində və qeyri-formal təsirlərdə ittiham edirdi.